Katrin Denöv

Katrin Denöv (Catherine Deneuve) (22 oktyabr 1943) — məşhur Fransa aktrisası.

Katrin Denövü "Fransanın meqaulduzu" adlandırırlar. 1943-cü il Paris doğumlu olan 67 yaşlı aktrisa çoxdan dünya kinematoqrafının incisinə çevrilib. Aktrisa musiqili "Şerbur çətirləri" (1964) filminin Kann uğurundan sonra ulduz statusu alıb. Növbəti ildə o, Roman Polanskinin "Nifrət" psixoloji trillerində baş rolu ifa etmişdir. Sonrakı illərdə Luis Bunyuel ("Tristana", 1970) və Fransua Tryuffo ("Sonuncu metro", 1980) kimi rejissorlarla işləyib. Onun ən cəsarətli ifalarından biri Bunyuelin "Günorta gözəli" (1967) filmi sayılır.

  1. Şerbur çətirləri (film, 1964) / Les Parapluies de Cherbourg
  2. Roşforlu qızlar (film, 1967) / Les Demoiselles de Rochefort
  3. Axırıncı metro (film, 1980) / Le Dernier Métro
  4. 8 qadın (film, 2002)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]