Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu
== Tarixi == "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu qanunvericilik çərçivəsində Abşeron Regional Səhmdar Su Cəmiyyətinin tərkibində (Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamı ilə Abşeron Regional Səhmdar Su Cəmiyyəti "Azərsu" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır) 1961-ci ildə yaradılmış keçmiş "VODGEO" Elmi-Tədqiqat İnstitutu və 1990-cı ildə yaradılmış keçmiş "AzərbSETLİ" Elmi-Tədqiqat və Layihə İnstitutunun birləşdirilməsi nəticəsində 6 avqust 1997-ci il tarixdə təşkil olunmuşdur. == Haqqında == "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu Azərbaycan Respublikasında yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, yenidən qurulması üçün müvafiq layihələrin, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında, tikinti üçün kompleks mühəndis axtarışlarının, sahə üzrə elmi-tədqiqat və tədqiqat işlərinin aparılmasında aparıcı elmi-tədqiqat və layihə təşkilatıdır. == Rəhbərlik == "Sukanal" ETLİ-nin hal-hazırda direktoru Vüqar Mirzəyevdir. == Fəaliyyəti == İnstitutun əsas fəaliyyət istiqamətlərinə ölkənin yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası və beynəlxalq standartlara cavab verən tikinti üçün kompleks mühəndis axtarışlarının aparılması, sahə üzrə elmi-tədqiqat işlərinin aparılması, normativ-hüquqi sənədlərə uyğun olaraq idarə və müəssisələrin ekoloji, su təsərrüfatı pasportlarının hazırlanması daxildir. "Sukanal" ETLİ-nin tədqiqat sahəsinə yeraltı və səth suları əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj şəbəkələri, müxtəlif tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, ilk növbədə "Azərsu" ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı əsas və yardımçı bina və qurğuların layihələndirilməsi də daxildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Lisenziyalaşdırma Qaydasına uyğun olaraq Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi və müvafiq mühəndis-axtarış işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutuna 2016-cı ildə müddətsiz lisenziyalar verilmişdir. İnstitutda geniş tərkibdə Elmi-Texniki Şura fəaliyyət göstərir. İçməli və çirkab suların, qruntların beynəlxalq standartlara cavab verən analizlərinin aparılması üçün İnstitutda müasir tədqiqat laboratoriyası fəaliyyət göstərir. İnstitutun layihələndirmə prosesinin bütün mərhələlərində müasir kompüter proqramlarından istifadə olunur. == Nailiyyətləri == "Sukanal" ETLİ-nin tərkibinə daxil olan elmi-tədqiqat və layihə bölmələrində müxtəlif ixtisaslardan olan mütəxəssislər çalışır ki, bunların da arasında 3 nəfər elmlər doktoru və 8 nəfər fəlsəfə doktoru (elmlər namizədi) vardır.
Ə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu

Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu
Azdövsutəslayihə — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturunda olan su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutudur. Əsas binası Bakı şəhərində yerləşir. == Tarixi və fəaliyyəti == === 1930–1950-ci illər === 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində "Su təsərrüfatı obtektlərinin layihələndirilməsi və axtarışı" üzrə "Layihə şöbəsi" kimi yaradılmışdır. Bununla da "Azdövsutəslayihə" institunun əsası qoyulmuşdur. Fəaliyyətin ilk aylarında "Layihə şöbəsi bağlanmış müqavilələr əsasında kanallar, kanal üzərində qurğuların, gözətçi binaların layihələri hazırlanırdı. Meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərin yayılma sahəsinin genişlənəcəyini nəzərə alaraq, Azərbaycan Su Təsərrüfatı İdarəsinin "Layihə Şöbəsi" əsasında 1933-cü il aprel ayının 8-də Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə təşkil olundu. Qısa dövr ərzində layihə-axtarış idarəsində Mil düzündəki qədim suvarma sistemlərinin bərpası layihəsi, Şimali Muğan ərazisində suvarma və kollektor-drenaj sistemlərinin layihə sənədləri hazırlandı. Xudat massivində topoqrafiya işləri görüldü. Bununla yanaşı Salyan düzündə suvarma sisteminin sxematik layihəsi və kollektor suyığıcı sisteminin texniki iqtisadi layihəsi, Kür çayı sahillərindən daşqınlara qarşı mübarizə bəndlərinin layihələri, Araz çayının su qəbul etməklə Mil düzünə və Qarabağın düzən hissələrini suvarılması üçün tədbirlər həyata keçirildi. Bu dövrlərdə Azərbaycanda torpaqların şoranlaşması xəritəsidə tərtib olundu və bataqlıqların qurudulmasında hidromexanizasiya üsulundan istifadəyə başlandı.
Avtomatlaşdırılmış layihələndirmə
Avtomatlaşdırılmış layihələndirmə(Computer-Aided Design) – sadə alətlərin modellərindən tutmuş, binaların, təyyarələrin, inteqral sxemlərin və molekulların modellerinədək hər cür mühəndis, memarlıq və elmi modellərin layihələndirilməsində proqramların (və işçi stansiyaların) tətbiq edilməsi. CAD proqramları riyazi hesablamalara əsaslanır və, adətən, əlavə hesablama gücləri və yüksək məhsuldarlı işçi stansiyalar tələb edir.
Modullu layihələndirmə
Modullu layihələndirmə (ing. modular design, ru. модульное проектирование) - aparat və ya proqram təminatının layihələndirilməsində: layihənin, hər biri ayrıca olaraq işlənib hazırlana, yoxlanıla, başa çatdırıla və son məhsul (proqram) halında birləşdirilə bilən kiçik bloklara və ya modullara ayrılması üsulu. Hər bir blok xüsusi məsələnin yerinə yetirilməsi, yaxud xüsusi fəaliyyət üçün hazırlanır və beləliklə başqa proqramlarda istifadə oluna biləcək modullar “kitabxana”sının bir hissəsi ola bilər. Məsələn, modullardan biri ekranda pəncərənin içərisində kursorun yerini dəyişən komandalardan ibarət ola bilər və bu modul əvvəlcədən proqramın başqa bölmələri ilə də işləyə bilən avtonom blok kimi hazırlandığından, həmin moduldan başqa proqramlarda da istifadə etməklə proqramların işlənib hazırlanma və testlənmə vaxtına qənaət etmək olar. Baxmayaraq ki, layihəçi hər bir modula, proqramın digər hissələri ilə işləmək üçün gərəkli vasitələr qoymalıdır, modullu layihələşdirmənin bir neçə dəyərli üstünlükləri vardır: bir böyük blokla işləməkdənsə, kiçik blokların sınaqdan keçirilməsi və sazlanması daha asandır; layihənin ayrı-ayrı hissələri eyni zamanda işlənib hazırlana bilər; modullar aydın və dəqiq sənədləşmənin olmasını nəzərdə tutur (daha doğrusu, tələb edir); bir mürəkkəb proqrama yerləşdirilmiş və ya səpələnmiş komponentlərdənsə, modullar daha asanca genişləndirilə və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Avtomatik layihələndirmə sistemləri
Kompüter texnikasının meydana gəldiyi vaxtdan onlar layihələndirmə işlərinədə tətbiq edilmişlər. İlk zamanlar əsasən hesablama işlərinin yerinə yetirilməsində, sonralar isə həm hesablama işlərində, həm də layihə sənədlərinin alınmasında istifadə edilir. Layihələndirmənin avtomatlaşdırılması həm layihələndirmə prosesinin sürətləndirilməsinə, həm də alınan layihənin keyfiyyətinin yüksəldilməsinə səbəb olur. Layihənin keyfiyyətinin yüksəldilməsi əsasən aparılan hesabatların dəqiqliyinin yüksəldilməsi və çoxvariantlı layihələrdən ən yaxşısının seçilməsi hesabına əldə olunur. Əl ilə layihələndirmə zamanı yalnız bir layihə variantı hazırlanır və təbbi ki, yeganə variant optimal ola bilməz. == Təsnifatı == ALS müxtəlif əlamətlərə görə təsnifata bölünür: Layihələndirmə obyektinin tipinə görə ALS-lər 9 növ olur: Maşınqayırma məmulatları ALS-i; Cihazqayırma məmulatları ALS-i; Maşınqayırma və cihazqayırma texnoloji proseslərininin ALS-i; Tikinti məmulatları ALS-i; Tikinti məmulatları texnoloji proseslərinin ALS-i; Proqram məmulatları ALS-i; Təşkilatı işlərin ALS-i; 8 və 9. Deyilən qruplara aid olmayan obyektlər ücün ehtiyat saxlanılmışdır. == Layihələndirmənin mərhələləri == Layihələndirmə prosesi ideyadan başlayaraq, həmin ideyanın praktikada həyata keçirilməsinə qədər bir neçə mərhələlərdən ibarət yaradıcı prosesdir. Bu mərhələlər aşağıdakılardır: texniki tapşırığın hazırlanması; ilkin layihələndirmə; eskiz layihələndirmə; texniki — işçi layihələndirilmə; seriyalı istehsal; sənaye istismarı. === Texniki tapşırıq === Texniki tapşırıq (TT) layihələndirilən obyektin bütün xüsusiyyətlərini, layihələndirmə xərclərini və s.
Avtomatlaşdırılmış layihələndirmə sistemləri
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Aşağıdan yuxarıya layihələndirmə
Aşağıdan yuxarıya layihələndirmə – proqram təminatının gəlişdirilməsi prosesinin layihələndirmə metodologiyası; öncə proqramın qarşısında aşağı səviyyəli məsələlər müəyyənləşdirilir, daha yüksək səviyyəli funksiyaların strukturu və təyinatı isə aşağı səviyyəli funksiyalardan alınır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal (CAD/CAM — computer-aided design / computer-aided manufacturing) – məhsulun layihələndirilməsi və istehsalı prosesində kompüterlərin tətbiq olunması. CAD/CAM sistemində məhsul (məsələn, maşın detalı) CAD proqramı vasitəsilə layihələndirilir, onun nəticələri isə bilavasitə texnoloji avadanlıqlarda və dəzgahlarda məhsulun hazırlanmasında, yığılmasında və istehsalın idarəedilməsində istifadə olunan göstərişlər ardıcıllığına (təlimata) çevrilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.