Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal

CAD/CAM

Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal (CAD/CAM — computer-aided design / computer-aided manufacturing) – məhsulun layihələndirilməsi və istehsalı prosesində kompüterlərin tətbiq olunması. CAD/CAM sistemində məhsul (məsələn, maşın detalı) CAD proqramı vasitəsilə layihələndirilir, onun nəticələri isə bilavasitə texnoloji avadanlıqlarda və dəzgahlarda məhsulun hazırlanmasında, yığılmasında və istehsalın idarəedilməsində istifadə olunan göstərişlər ardıcıllığına (təlimata) çevrilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

CAD/CAM definition