Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mütərəqqi rok
Art-rok (ing. Art Rock) — 1960-cı illərdə Böyük Britaniyada yaranmış rok musiqi janrıdır. Art Rok roka avanqard yanaşmanı əks etdirən, modernist, eksperimental və qeyri-ənənəvi elementlərdən istifadə edən rok musiqisinin alt janrıdır. Bu janr rok musiqisini incəsənətlə əlaqələndirməyə çalışaraq musiqiyə daha eksperimental və konseptual baxış sərgiləyir. Klassik musiqi, avanqard musiqi, folk musiqi, psixodelik rok, caz kimi musiqi janrlarından təsirlənir. Art-rok janrında musiqi rəqs etməkdən daha çox dinləmək və düşünmək niyəti ilə bəstələnir. Janrın populyarlığı, əsasən, Britaniyalı sənətçilər vasitəsilə 1970-ci illərin əvvəllərində idi. Musiqi və bu musiqi ilə uyğunlaşmış tamaşalar öz teatral xarakteri və lirik mürəkkəbliyi ilə bədii təmayüllü gəncləri və incəsənət sevərləri cəlb edə bilirdi. Art rok 1966–1967-ci illərdə başlayan və 1970-ci illərin ortalarında pank rokun yaranması ilə bitən müəyyən rok musiqi dövrü ilə əlaqələndirilir. Daha sonralar isə art-rok 1970–90-cı illərdə populyar olan musiqi janrları ilə birləşərək təkamülünü və varlığını davam etdirir.
Mühəqqiq İrəvani
Şeyx Əbdülkərim İrəvani (?-1858) — İslam alimi, müctəhid. == Həyatı == Ayətullah Şeyx Əbdül-Kərim İrəvani XVIII əsrin axırlarında yaşayıb-yaratmış zahid və fəzilətli şiə müctəhidi və fəqihlərindən biridir. Alimin fəzilətindən və zöhdündən təkcə onu demək kifayətdir ki, o Kərbəla və Nəcəfi-Əşrəfdə mərcəiyyət məqamını qoyub İranın Qəzvin şəhərinə köçür, pərhizkarlıqla, dinə xidmətlə məşğul olur. O, XVIII əsrin axırlarında İrəvan şəhərində dünyaya göz açmış ərəb və fars dillərinin müqəddimatını, fiqhi və üsul bəhslərini orta səviyyədə əvvəlcə İrəvanda sonra isə Ərdəbil şəhərində oxumuşdur. daha sonra elmi və mənəvi cəhətdən kamala çatmaq üçün Kərbəlaya köçür və orada "Riyaziül-məsail" kitabının müəllifi Seyid Əli Təbatəbainin fiqh dərslərində iştirak edir. Fitri istedadına və elmi məharətinə görə bu ustadın seçilmiş şagirdlərindən hesab olunur və çox çəkmir ki, ictihad məqamına çatır. Alim özü buyurur: "Biz üç nəfər Seyyid Əli Təbətəbainin dərsində iştirak edirdik. Tələbələrin hamısından qabaqda biz idik. Biz üç nəfər mən, Mərhum Molla Şərifül-Üləma Mazandarani və Molla Əhməd Türk birlikdə bəhs edirdik." Hətta "Qisəsül-üləma"-nın müəllifinin nəql etdiyinə körə, İrəvani elmdə və bilikdə, zəmanəsinin ən elmli müctehidlərindən biri olan Şərifül-Üləmadan da üstün olub. Təəssüflər olsun ki, alimin həyatı haqqında "Rical" kitablarında bir şey yazılmayıb.
Mühəqqiq Kərəki
Mühəqqiq Kərəki Əli bin Əbdül-Əli (1461, Cəbəl Amil və ya Livan – 29 iyun 1534, Nəcəf) — Cəbəl Amilindən köçüb əvvəlcə İraqa, sonra isə İrana gəlmişdir. Səfəvi dövrünün alimlərindəndir. On iki imamçılığı təbliğ etmək üçün Şah İsmayıl Səfəvinin dəvətindən sonra İrana gəlmişdir. Şah Təhmasb onu dövlətin həqiqi sahibi İmam Zamanın ümumi naibi adlandırmış və ona görə də əsl səlahiyyəti o öz üzərinə götürmüşdü. O, xalis müctəhid və prinsipial şəxs olmuşdur. == Həyatı == Mühəqqiq Kərəki (Livanda) Cəbəl Amülün Nuh Kərək kəndində anadan olub. == Təhsili == Mühəqqiq Kərki (1464–1533) öz vətənində Məhəmməd bin Məhəmməd bin Xatun, Şəmsuddin Məhəmməd Cəzini, Şəmsəddin Məhəmməd Əhməd Səhyoni və Əli bin Hilal Cəzayiridən təhsil alıb. Sonra Misirə gedib və hicri qəməri tarixi ilə 909-cu ildən sonra İraqa hicrət edib və hicri qəməri tarixi ilə 916-cı ildə İrana hicrət edib. Mühəqqiq Kərəki Səfəvi dövlətinin əvvəlində Baş qazi vəzifəsində çalışmışdır. Mühəqqiq Kərəki yazır: "Hədis Qurandan, mütəvatir sünnədən və ya icmadan olan qəti dəlilə zidd olarsa, təvili və başqa açıqlaması mümkün olmadığı təqdirdə tərk edilməsi vacibdir… Hədislər bu Quranla ölçülməlidir.
Mütərəqqi partiyası (İsrail)
Mütərəqqi partiyası (ivr. ‏מִפְלָגָה פְּרוֹגְרֶסִיבִית‏‎) — İsraildə bir siyasi partiya idi.Mütərəqqi Partiyasının qurucularının əksəriyyəti müstəqillikdən əvvəl fəaliyyət göstərən Yeni Aliyah Partiyası və HaOved HaTzioni sıralarından gəlmiş liberal bir partiya idi. Əsasən Mərkəzi Avropadan gələn immiqrantlardan ibarət idi. Üç qrup tərəfindən formalaşdırıldı: Birincisi və ən çoxu, ümumiyyətlə sosial məsələlərdə liberal mövqe tutan, əsasən Mərkəzi Avropa, orta təbəqə olan Yeni Aliyah Partiyası idi. İkincisi, Histadrutdakı qeyri-sosialist işçi qrupu HaOved HaTzioni idi, sinif mübarizəsi fikrini rədd etdi. Sonuncu, sənətkarlar, kiçik fermerlər və liberal peşələrin üzvlərindən ibarət olan və "B qrupundan" fərqli olaraq mərkəzdən çıxaraq Histadruta yönəlmiş General Sionistlərin "A qrupu" idi. Sosialist olmasa da, sosialist istəklərinə intellektual rəğbət bəsləyirdilər və koalisiya hökumətində Mapai ilə əməkdaşlıq etməyə açıq idilər.
Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası
Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası (erm. Հայաստանի Առաջադիմական Միացյալ Կոմունիստական Կուսակցություն, Hayastani Aracadimakan Miatsial Komunistakan Kusaktsutyun) — Ermənistanda kommunist siyasi partiya. Vazgen Səfəryan tərəfindən təsis edilmişdir. == Tarixi == Partiya hal-hazırda Ermənistanda səlahiyyətli üç kommunist partiyasından biridir. Buna baxmayaraq, partiyanın heç vaxt Milli Məclisdə təmsilçiliyi olmamışdır. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl partiyanın Ermənistan Kommunist Partiyası ilə siyasi ittifaq quracağı barədə xəbərlər yayılmışdı. İki partiya arasında danışıqlar aparılsa da, Ermənistan Kommunist Partiyası 2012-ci il seçkilərində təkbaşına, Birləşmiş Kommunist Partiyası isə iştirak etməmək qərarına gəlmişdir. Partiya 2018-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində iştirak etməmişdir. == İdeologiya == Partiya rəhbərləri "SSRİ dövründə Ermənistanın sərvətini və firavanlığın bərpa etmə"yi qarşısına məqsəd qoymuş, pulsuz təhsilin, pulsuz tibbi xidmətin, iqtisadiyyatın istehsal və sənaye sahələrinin inkişafının tərəfdarı idilər.