Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası

Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası (erm. Հայաստանի Առաջադիմական Միացյալ Կոմունիստական Կուսակցություն, Hayastani Aracadimakan Miatsial Komunistakan Kusaktsutyun) — Ermənistanda kommunist siyasi partiya. Vazgen Səfəryan tərəfindən təsis edilmişdir.

Ermənistan MarksistPartiyası

erm. Հայաստանի Առաջադիմական Միացյալ Կոմունիստական Կուսակցություն
Lideri Vazgen Səfəryan
Baş qərargah İrəvan, Ermənistan
İdeologiya Kommunizm

Tarixi[redaktə | mənbəni redaktə et]

Partiya hal-hazırda Ermənistanda səlahiyyətli üç kommunist partiyasından biridir. Buna baxmayaraq, partiyanın heç vaxt Milli Məclisdə təmsilçiliyi olmamışdır. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl partiyanın Ermənistan Kommunist Partiyası ilə siyasi ittifaq quracağı barədə xəbərlər yayılmışdı. İki partiya arasında danışıqlar aparılsa da, Ermənistan Kommunist Partiyası 2012-ci il seçkilərində təkbaşına, Birləşmiş Kommunist Partiyası isə iştirak etməmək qərarına gəlmişdir.[1] Partiya 2018-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində iştirak etməmişdir.

İdeologiya[redaktə | mənbəni redaktə et]

Partiya rəhbərləri "SSRİ dövründə Ermənistanın sərvətini və firavanlığın bərpa etmə"yi qarşısına məqsəd qoymuş, pulsuz təhsilin, pulsuz tibbi xidmətin, iqtisadiyyatın istehsal və sənaye sahələrinin inkişafının tərəfdarı idilər.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Առաջադիմական միացյալ կոմունիստական կուսակցությունը հնարավոր է հանդես գա ՀԿԿ-ի հետ միասնական ցուցակով". armenpress.am. 2019-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.
  2. "ՎԱԶԳԵՆ ՍԱՖԱՐՅԱՆԸ ՆԵՐԹԱՓԱՆՑՈՒՄ Է ՄԱՐԴԿԱՆՑ ՀՈԳԻՆԵՐԸ". A1Plus. 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.