Mühəqqiq Kərəki Əli bin Əbdül-Əli (ərəb. علي بن حسين بن علي بن محمد بن عبد العالي الكركي العاملي; 1461, Cəbəl Amil və ya Livan – 29 iyun 1534, Nəcəf) — Cəbəl Amilindən köçüb əvvəlcə İraqa, sonra isə İrana gəlmişdir. Səfəvi dövrünün alimlərindəndir. On iki imamçılığı təbliğ etmək üçün Şah İsmayıl Səfəvinin dəvətindən sonra İrana gəlmişdir. Şah Təhmasb onu dövlətin həqiqi sahibi İmam Zamanın ümumi naibi adlandırmış və ona görə də əsl səlahiyyəti o öz üzərinə götürmüşdü. O, xalis müctəhid və prinsipial şəxs olmuşdur.
Mühəqqiq Kərəki | |
---|---|
Əli bin Əbdül-Əli | |
Doğum tarixi | 1461 |
Doğum yeri |
|
Vəfat tarixi | 29 iyun 1534 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Ərəb |
Elm sahəsi | islam |
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Mühəqqiq Kərəki (Livanda) Cəbəl Amülün Nuh Kərək kəndində anadan olub.
Mühəqqiq Kərki (1464–1533) öz vətənində Məhəmməd bin Məhəmməd bin Xatun, Şəmsuddin Məhəmməd Cəzini, Şəmsəddin Məhəmməd Əhməd Səhyoni və Əli bin Hilal Cəzayiridən təhsil alıb. Sonra Misirə gedib və hicri qəməri tarixi ilə 909-cu ildən sonra İraqa hicrət edib və hicri qəməri tarixi ilə 916-cı ildə İrana hicrət edib.
Mühəqqiq Kərəki Səfəvi dövlətinin əvvəlində Baş qazi vəzifəsində çalışmışdır. Mühəqqiq Kərəki yazır: "Hədis Qurandan, mütəvatir sünnədən və ya icmadan olan qəti dəlilə zidd olarsa, təvili və başqa açıqlaması mümkün olmadığı təqdirdə tərk edilməsi vacibdir… Hədislər bu Quranla ölçülməlidir. Lakin azalma hədisləri ona ziddir, çünki onun əsl Quran olmadığını göstərir. Bundan böyük təkzib ola bilərmi?!.. İmamların Quranın dəyişdirilməsi haqda fikirləri isə onun təfsir və təvilinin təhrifi ilə bağlıdır". (Əl-Ərəci M. "Şərh əl-Vafiyə". Quranın höccət olması fəsli).
Əllamə Mühəqqiq Kərəki "Sənəmeyn-Qureyş" (Qureyşin iki bütü) duası haqqında yazır: "Həqiqətən Əmirəl-möminin (ə) Vitr namazında Qureyşin iki bütünə lənət oxumaqla qunut tutması məşhurdur. … Rəvayətlərdə Allah düşmənlərinə lənət göndərməyin müstəhəb olduğu nəql olunmuşdur"… (Əllamə Muhəqqiq Kərəki, "Nəfahatul lahut fi lənil Cibt vət Tağut" kitabı, səh.128)
Səfəvilər dövlətini təsis etdikdən sonra Şah İsmayıl müxtəlif məntəqələrdə yaşayan şiə üləmasını Səfəvi diyarına dəvət etmişdi. Şah İsmayılın dəvətini qəbul edib gələnlər arasında Cəbəl-Amil (Livan) alimləri də var idi və onların ən məşhuru heç şübhəsiz Şeyx əl-Kərəki idi. O, İslam dünyasında böyük nüfuza sahib ali dərəcəli müctəhidlərdən, bütün dövrlərdə, habelə müasir dövrümüzdə şiə üləması tərəfindən böyük ehtiramla yad edilən ali məqamlı fəqihlərdəndir. Əhli-beyt (ə) məktəbinin Səfəvi diyarında təbliği, təlim-tədrisi sahəsində bu dəyərli alimin çox böyük xidmətləri olmuşdur.
Şah İsmayılın vəfatından sonra oğlu Şah Təhmasib də Şeyx əl-Kərəkiyə böyük önəm verirdi. Səfəvilər dövrünün sayğıdəyər din adamlarından, şiə fəqihlərindən, məşhur şiə alimlərindən olan Əllamə əl-Məclisinin tələbəsi Mirzə Abdullah bin İsa əl-İsfahani ət-Təbrizi əl-Əfəndi (1066–1130 h.q.) "Riyədul-uləma" adlı əsərinin 3-cü cildinin 455-ci səhifəsində Şah Təhmasibin Şeyx əl-Kərəki haqqında verdiyi fərmanın farsca mətnini qeyd edir. Həmin fərmanda Şah Təhmasib Şeyx əl-Kərəkini "müctəhidlərin sonuncusu", "Muhəmməd peyğəmbərin (s) varisi", "İmam Əli (ə) dininin, məktəbinin qoruyucusu", "ixlaslı, təqvalı şəxslərin qibləsi", "halalı-haramı bəyan edən", "İmam Mehdinin (ə) naibi" adlandırır, bu və bu kimi başqa gözəl ləqəblərlə onu yad edir. Qısaca desək, Şah Təhmasib bu fərmanda hər kəsə Şeyx əl-Kərəkiyə itaət etməyi, onun əmrlərindən çıxmamağı əmr edir. Bu fərmanın sonunda Şah Təhmasib təvazökarlıq edərək adının qarşısında öz titulunu yazmır, sadəcə "bunu (fərmanı) Təhmasib yazdı" qeyd etməklə kifayətlənir.
O, hicri 940-cı ilin Qədir Xum bayramı günündə Nəcəf şəhərində vəfat edib. Bir rəvayətə görə isə şiə müxalifləri tərəfindən zəhərlənib.