Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müttəfiqlik
Alyans (ittifaq) və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq alyans sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi alyans yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Müttəfiqlər
Müttəfiq — şəxslər, qurumlar və ölkələr arasında bir məqsədə çatmaq üçün ortaqlıqlar və ittifaqlar qurma, həmfikir olma, bərabər hərəkət etmə.
Müttəfiqlər (rəsm əsəri)
Müttəfiqlər — 1914-cü ildə rəssam Raul Dafi tərəfindən yaradılmış mənzərəli rəsm əsəridir. Bu rəsm əsərində müttəfiq ölkələrə uyğun olaraq altı müttəfiq əsgər və onların atları təsvir edilmişdir. Hadisə buludlu, ancaq günəşli, gül dəstələri ilə bəzədilmiş və altı müttəfiq millətlər təşkilatının bayraqları əhatəsində baş tutur. Müttəfiq ölkələr isə bunlardır: Yaponiya, Böyük Britaniya, Belçika, Rusiya, Serbiya və Fransa. Parlaq rəngləri, ornamentləri, stilizə obrazları populyar olan əsər insanı özünə cəlb edir. Bu sənət əsərinin nümayişi Centre national d'art et de culture Georges-Pompidouda həyata keçirilir.
Müttəfiqlər (İkinci Dünya müharibəsi)
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. == Tarixi == Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.