Müttəfiqlər (İkinci Dünya müharibəsi)

     Anti-Hitler koalisiyası
     Pörl-Harbora hücumdan sonra müharibəyə qoşulmuş müttəfiqlər
     Berlin-Roma-Tokio oxu
     Neytral qüvvələr

Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq.

Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatikhüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu. Konfransda ABŞ və İngiltərənin SSRİ-yə hərbi yardımı barədə protokol imzalandı. 1942-ci il yanvarın 1-də (ABŞ rəsmən müharibəyə qoşulduqdan sonra) Vaşinqtonda iyirmi altı dövlətin bəyənnaməsi (1942) imzalandı. Tehran konfransı (1943) anti-Hitler koalisiyasının inkişafında mühüm hadisə oldu. Bu konfransda qərb dövlətləri 1944-ci ilin may ayında 2-ci cəbhəni açacaqlarını vəd etdilər. SSRİ hökuməti Almaniya məğlub edildikdən sonra Yaponiyaya qarşı müharibəyə başlamağı öhdəsinə götürdü. Müharibədən sonra əməkdaşlıq haqqında, həmçinin Polşanın sərhədləri barədə deklarasiyalar qəbul edildi. 1944-ci il iyunun 6-da qərb müttəfiqlərinin Normandiyaya desant çıxarmasından sonra hərbi əməkdaşlıq genişləndirildi. 1943–45-ci illərdə İngiltərə, Amerika və Almaniya arasındakı gizli danışıqlar nəticəsində anti-Hitler koalisiya daxilində münasibətlərin kəskinləşməsinə baxmayaraq, Krım konfransında (1945) müharibədən sonrakı vəziyyət barədə müzakirələr aparıldı. San-Fransisko konfransında (1945) BMT-nin nizamnaməsi qəbul edildi. Potsdam konfransında (1945) müharibədən sonrakı Almaniyanın idarəedilmə prinsipləri razılaşdırıldı. 1945-ci il may ayının 8-də Almaniyanın kapitulyasiyası haqqında aktı qəbul etdikdən sonra anti-Hitler koalisiya Almaniyanı idarə etməyə başladı. Antihitelr koalisiya tərəfindən yaradılmış beynəlxalq tribunal hərbi cinayətkarların məhkəməsinə başladı. 1945-ci ilin yazında SSRİ ilə qərb dövlətləri arasında ziddiyətlər artdı. Buna baxmayaraq SSRİ 1945-ci il avqustun 9-da öhdəliyini yerinə yetirərək Yaponiyaya müharibə elan etdi və onun Kvantun ordusunu darmadağın etdi. 1947-ci ilin 2-ci yarısında «soyuq müharibə» nəticəsində anti-Hitler koalisiyasının fəaliyyəti dayandırıldı.[1]

Polşanın işğalından sonra

Qəribə müharibədən sonra

Barbarossa əməliyyatından sonra

  • SSRİ - 22 iyun 1941
  • USR - 22 iyun 1941
  • BSR - 22 iyun 1941

Pyörl-Harbora hücumundan sonra

Birləşmiş Millətlərin deklarasiyasından sonra

Normandiya əməliyyatından sonra

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 539. ISBN 978-9952-441-02-4.
  2. Weinberg, Gerhard L. (2005) A World at Arms: A Global History of World War II (2nd ed.). Cambridge University Press. pp. 6.
  3. Morgan, Kenneth. Australia: A Very Short Introduction. Oxford: Oxford University Press. 2012. 89. ISBN 9780199589937. 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
  4. 1 2 "1939: Britain and France declare war on Germany". BBC. 6 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2015.
  5. Connelly, Mark. The IRA on Film and Television: A History. McFarland. 2012. 68. ISBN 9780786489619. 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
  6. Weinberg, Gerhard L. A World at Arms: A Global History of World War II. Cambridge University Press. 2005. 65. ISBN 9780521618267. 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
  7. 'New Zealand declares war on Germany', URL: http://www.nzhistory.net.nz/new-zealand-declares-war-on-germany Arxivləşdirilib 2016-11-12 at the Wayback Machine, (Ministry for Culture and Heritage), updated 14-Oct-2014
  8. Selley, Ron; Cocks, Kerrin. I Won't Be Home Next Summer: Flight Lieutenant R.N. Selley DFC (1917Ð1941). Pinetown: 30 Degrees South Publishers. 2014. 89. ISBN 9781928211198. 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Martin, Chris. World War II: The Book of Lists. Stroud: The History Press. 2011. 8–11. ISBN 9780752467047. 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
  10. Kluckhohn, Frank L. "U.S. Declares War, Pacific Battle Widens". The New York Times. 8 December 1941: 1. 9 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2015.
  11. Dear and Foot, Oxford Companion to World War II pp 878-9