Müttəfiqlik

Birinci Dünya Müharibəsində iştirak edən İttifaq dövlətlərinin liderləri, soldan sağa: Alman İmperatoru II VilhelmAvstriya-Macarıstan İmperatoru Frans İosif, Osmanlı Sultanı V Mehmed, Bolqarıstan çarı I Ferdinand. Qərbdə Müttəfiq (Allied) sözü Antanta dövlətlərinə aiddir.
Britaniya feldmarşalı Bernard Montqomeri, Sovet feldmarşalları və generalları Berlində Brandenburq qapısında, 12 iyul 1945-ci il.

İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur.

Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır.

Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir. Eyni termin eyni zamanda da ABŞ tərəfindən Vyetnam müharibəsində Cənubi Vyetnama kömək etmiş olan dövlətləri təsvir etmək üçün istifadə olunur.[1]

Bu gün xüsusilə də Qərb mənşəli tərcümələrdə Körfəz Müharibəsindəki BMT koalisiyası üçün Alyans qüvvələri ifadəsi ilə paralel olaraq, bu gün İraqda mövcud olan İraqdakı Çoxmillətli Qüvvələr üçün Azərbaycan dilində qarşılığı Koalisiya qüvvələri kimi tərcümə edilə biləcək termin istifadə olunur. Koalisiya qüvvələrinin tərifi də bir növ Alyans Qüvvələridir.

Birinci Dünya Müharibəsində iştirak etmiş olan İttifaq Qüvvələri (Üçlü Alyans) Almaniya, Avstriyaİtaliyadan təşkil olunmuşdur ki, sonradan İtaliya Müttəfiq Dövlətlərin tərəfinə keçmişdir. Bu ittifaq daha sonralar Osmanlı İmperiyasıBolqarıstanın bu ittifaqa qoşulması ilə genişlənmişdir.

  1. Larsen, Stanley; Collins, James. Allied Participation in Vietnam (Vietnam Studies). Washington, D.C.: Department of the Army. 1975. OCLC 1119579. 27 yanvar 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2013.