Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fyodor Kuzmin
Fyodor Kuzmin (17 aprel 1983) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fyodor Kuzmin Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
İosif Kuzmin
İosif İosifoviç Kuzmin (19 may (1 iyun) 1910, Həştərxan – 12 yanvar 1996, Moskva) — sovet dövlət xadimi. SSRİ Ali Sovetinin 4-cü (Azərbaycan SSR-dən) və 5-ci çağırış deputatı. == Həyatı == 1926—1927 — Həştərxan xarrat fabrikinin işçisi 1929—1931 — Həştərxan elektrostansiyanın çilingəri 1937—1938 — Moskva projektor zavodunun mühəndisi 1938—1939 — Moskva projektor zavodunun partiya təşkilatçısı. 1939—1940 — Kuybışev vilayətinin Sov.İKP MK PKK-də nümayəndəsi . 1940—1947 — Sov.İKP MK PKK sədrin müavini. 1947—1952 — SSRİ Nazirlər Soveti Bürosunun sədr müavini. 1952—1957 — Sov.İKP MK şöbə müdiri. 1957—1959 — SSRİ Dövlət Plan Komitəsinin sədri 1959—1960 — SSRİ Nazirlər Sovetinin Dövlət Elmi-iqtisadi Şurasının sədri. 1960—1963 — İsveçrədə SSRİ səfiri. 1963—1972 — SSRİ XİN şöbəsinin müdiri 1972 ildən ittifaq pensiyaçısı.
Mumin Surəsi
40-cı surə əl-Mumin (Mömin) surəsi (Məkkədə nazil olmuşdur, 85 ayədir). Surə adını 28-ci ayətində keçən və inanan, iman gətirən şəxs anlamında işlənən mumin (mömin) sözündən almışdır. Bu surədə Qurandan, Nuh qövmündən Allaha iman edənlərin cənnətə girəcəklərindən, Allahı inkar edənlərin cəzalandırılacaqlarından, Musa peyğəmbərdən, firondan, qiyamət günündən bəhs olunur.
Əl-Mumin
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
Müəzzin
Müəzzin (və ya azançı) (türk. müezzin ərəb. مؤذن‎, mu’aḏḏin) — məscidlərdə azan, namazlarda salam və təsbeh dualarını oxuyan şəxs. Müəzzinlik mövqeyi, İslam peyğəmbəri Məhəmməd bin Abdullah zamanından bəri var. İlk müəzzin Bilal-i Həbəşidir.
Məzmun
Məzmun: Mövzu sözünün sinonimi; Məzmun (kitab) Məzmun (kompüter) — veb saytlardakı materiallar.
Mömin
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Mücin
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.
Mömin xan Mömin
Mömin xan Mömin (1800–12 may, 1851) (urdu مؤمن خان مؤمنؔ‎) — urdu şairi. == Həyatı == Mömin xan Mömin 1800-cü ildə Dehli şəhərində doğulmuşdu. Atası Qulamnəbi xan və babası həkim Namdar xan Böyük Moğollar imperiyasının tanınmış şəxslərindən idi. Mömin xan Mömin urdu şeirinin ustad şairlərindəndir. Bir çox şagirdlər yetirib. Onlardan biri də Qurbanəli bəy Salikdir. Mömin xan Mömin Dehli ədəbi mühitində sayılıb-seçilən şairlərdən idi. O, Mirzə Əsədulla xan Qaliblə dostluq edirdi. Kəlbəli xan Faiq yazır: "Mömin, sadəcə şairliklə məşhur olmayıb eyni zamanda tibb, astronomiya və sahmatla da məşğul olur, bir çox peşə və sənətdə zamanəsinin öndə gələn şəsiyətlərindən idi. Onun evi sənət ərbabının mərkəzi durumuna çevrilmişdi.
Bəzmin (Miyanə)
Bəzmin (və ya Bəzməhin) — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, Türkman qəsəbəsindən 22 km cənub-şərqdə, Miyanə-Təbriz avtomobil yolunun üstündədir.
Kozmin burnu
Kozmin burnu — Şərqi Sibir dənizində, Çukot Muxtar Dairəsi ərazisinə yerləşən burun. Burun 1823-cü ildə Ferdinant Vrangel tərəfindən onun ekspedisiyasının üzvü olan Prokofiy Kozminin şərəfinə adlandırılmışdır. Burada işıqlı naviqasiya işarəsi qoyulmuşdur.
Müzamil Abdullayev
Müzamil İmran oğlu Abdullayev (10 aprel 1941, Qazaxyolçular, Dəstəfur rayonu – 17 iyun 2022) — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri. == Həyatı == Muzamil Abdullayev 1941-ci ildə AzSSR-in Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1961−1966-cı illərdə mədən və filiz kombinatında laborant işləmişdir. 1961–1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Krasnodar Politexnik İnstitutunda bir şərabçı-texnoloq kimi əlavə təhsil almışdır. 1967–1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1970–1975-ci illərdə Kirovabaddakı Nizami şərab zavodunun baş mühəndisi idi. 1972–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsində çalışıb. 1975–1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmuşdur. 1988–1991-ci illərdə AzSSR Nazirlər Soveti sədrinin birinci müavini və AzSSR Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Vədud Müəzzin
Vədud Müəzzin — azərbaycanlı heykəltaraş, rəssam və musiqiçi. == Həyatı və təhsili == Vədud Səlim oğlu Müəzzin 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olmuşdur. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanır. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb. == Fəaliyyəti == 1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilir. 1990 və 2000-ci illərdə Los-Anceles şəhərində, 1992–ci ildə Fransada, 1995–ci ildə Kanadada, 1997 – 1999 - 2012-ci illərdə Tehranda, 1998-ci ildə Dubayda, 2000 - 2013 - 2018-ci illərdə Bakıda, 2004–cü ildə Təbrizdə, 2005 - 2007-ci illərdə Ərdəbildə fərdi sərgiləri keçirilmişdir. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb.
Əliabbas Müznib
Mütəllibzadə Əliabbas (Əlabbas) Mütəllib oğlu (1883, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 28 avqust 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi, yazıçı, jurnalist, ədəbiyyatşünas və tərcüməçi. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əliabbas Müznib 1883-cü ildə Azərbaycanın Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. "Zənbur" (1909–1910), "Səhabi saqib" (1911), "Babayi-Əmir" (1915–1916) və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınmışdır. "Yusif və Züleyxa" (1914), "Tikan kolu" (1917), "Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri" (1928) və s. kitabların müəllifi olmuşdur. 1938-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == 1881-ci ildə Bakıda doğulub.
Məzmun moderasiyası
Məzmun moderasiyası — istifadəçiləri şərh yazmağa dəvət edən internet saytlarında tez-tez senzura və ya zidd görüşlərin sıxışdırılması məqsədilə faydalı və ya məlumatlandırıcı töhfələrdən fərqli olaraq, əhəmiyyətsiz, ədəbsiz, qeyri-qanuni, zərərli və ya təhqiredici töhfələrin aşkarlanması prosesi. Məzmun moderasiyasının məqsədi problemli məzmuna xəbərdarlıq etiketini silmək və ya tətbiq etmək, ya da istifadəçilərə məzmunu özləri bloklamaq və filtrləmək imkanı verməkdir. İnternet forumları, bloqlar və phpBB, viki və ya "PHP-Nuke" və s. kimi skriptlərlə dəstəklənən xəbər saytları daxil olmaqla, müxtəlif növ internet saytları istifadəçi tərəfindən yaradılan məzmuna, o cümlədən şərhlərə icazə verir. Saytın məzmunundan və nəzərdə tutulan auditoriyadan asılı olaraq, saytın administratorları hansı növ istifadəçi şərhlərinin uyğun olduğuna qərar verir, sonra şərhləri yoxlamaq məsuliyyətini daha kiçik moderatorlara həvalə edirlər. Əsas platformalar alqoritmik alətlər, istifadəçi hesabatları və insan baxışının birləşməsindən istifadə edir. Sosial media saytları nifrət nitqi və ya digər xoşagəlməz məzmun üçün işarələnmiş məzmunu əl ilə yoxlamaq və ya silmək üçün məzmun moderatorlarından istifadə edə bilər. Digər məzmun məsələlərinə qisas pornosu, qrafik məzmun, uşaq istismarı materialları və propaqanda daxildir. Bəzi veb-saytlar da öz məzmununu reklamlar üçün qonaqpərvər etməlidir. == Nəzarətçi moderasiyası == Birtərəfli moderasiya kimi də tanınan bu cür moderasiya sistemi tez-tez internet forumlarında müşahidə olunur.
Askar Mamin
Askar Uzakbay oğlu Mamin (qaz. Асқар Ұзақбайұлы Мамин; 23 oktyabr 1965, Selinoqrad) – Qazaxıstanın keçmiş baş naziri. 9 sentyabr 2016–21 fevral 2019-cu illər arasında baş nazirin müavini, 21 fevral 2019-cu il tarixindən isə baş nazir postuna təyin edilmişdir. Bir müddət "Qazaxıstan Dəmir Yolları" qurumuna rəhbərlik etmişdir. 2008-ci ildən isə "Qazaxıstan Buzüstü Hokkey Federasiyası"nın rəhbəri mövqeyindədir. == Həyatı == Mamin Tselinoqrad İnşaat Mühəndisliyi İnstitutunu və Plexanov adına Rus İqtisad Universitetini mülki mühəndislik və iqtisadiyyat ixtisasları ilə bitirmişdir. Kariyerasına "Tselintyazstroy" etimadının bir hissəsi kimi başladı. Qazaxıstanın İnnovativ Müəssisələr Birliyinin Baş Direktor müavini vəzifəsində çalışmışdır. 1996-2008-ci illər arasında Astana şəhərinin birinci müavini, Qazaxıstan Respublikası Nəqliyyat və kommunikasiya nazirinin müavini, Qazaxıstan Respublikası Sənaye və Ticarət nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
Kreyq Mazin
Kreyq Mazin (ing. Craig Mazin) — ABŞ ssenaristi və kinorejissoru. == Erkən həyatı == Nyu York şəhərinin Bruklin bölgəsində doğulub. Staten-Aylend bölgəsində böyümüşdür.
Mömin (dəqiqləşdirmə)
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Güzin Çorağan
Güzin Çorağan (1943 – 2022) — Türk kino aktrisası. == Çəkildiyi filmlər == 1974: Askerin Dönüşü 1986: Asiye Nasıl Kurtulur?
Anar Əliyev (müavin)
Anar Rəhim oğlu Əliyev (1980, Bakı) — Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini. == Həyat və fəaliyyəti == 1980-ci ildə Bakı şəhərində anadan olmuş; 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirmiş; 2002-ci ildə magistr dərəcəsi almış; 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi almış; 2000–2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləmiş; 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının 2018-ci ilə qədər üzvü olmuş; 2018-ci ildə Nazirin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri – Nazirlik Aparatının rəhbəri təyin edilmişdir. == Mükafatları == (19.06.2012) — Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Müzzil şah (Kedah)
Paduka Şri Sultan Muzzil Şah ibni əl-Marhum Sultan Məhəmməd Şah (v. 1280) — dördüncü Kedah sultanı. Onun hakimiyyəti 1237–1280-ci illəri əhatə edir. O, dövlətin paytaxtını Kota Meryamdan Kota Sunqay Mas şəhərinə köçürmüşdür.
Məzmun çatdırılma şəbəkəsi
Məzmun çatdırılma şəbəkəsi (ing. Content delivery network; CDN) — coğrafi olaraq paylanmış proksi serverlər şəbəkəsi və onların data mərkəzləri. Məqsəd xidməti son istifadəçilərə nisbətən məkan baxımından çatdırmaqla yüksək əlçatanlıq və performans təmin etməkdir. CDN-lər 1990-cı illərin sonlarında İnternetin insanlar və müəssisələr üçün iş baxımından kritik bir mühitə çevrilməyə başladığı vaxtda İnternetin performans boğazlarını (bottleneck) yüngülləşdirmək üçün bir vasitə kimi meydana çıxdı. O vaxtdan bəri CDN-lər veb-obyektlər (mətn, qrafika və skriptlər), yüklənə bilən obyektlər (media faylları, proqram təminatı, sənədlər), proqramlar (e-ticarət, portallar), canlı yayım və sosial media saytları da daxil olmaqla bu gün İnternet məzmununun böyük bir hissəsinə xidmət etmək üçün böyüdü. CDN-lər internet ekosistemində bir təbəqədir. Media şirkətləri və e-ticarətçilər kimi məzmun sahibləri məzmunlarını son istifadəçilərinə çatdırmaq üçün CDN operatorlarına pul ödəyirlər. Öz növbəsində CDN də öz serverlərini məlumat mərkəzlərində yerləşdirmək üçün İnternet xidmət provayderlərinə (ISP), daşıyıcılara və şəbəkə operatorlarına pul ödəyir. CDN müxtəlif məzmun çatdırılması xidmətlərini əhatə edən ümumi termindir: video striminqi, proqram yükləmələri, veb və mobil məzmunun sürətləndirilməsi, lisenziyalı/idarə olunan CDN, şəffaf keş və CDN performansını ölçmək üçün xidmətlər, yük balansı, çoxlu CDN keçidi, analitika və bulud kəşfiyyatı. CDN satıcıları təhlükəsizlik, DDoS qorunması və veb tətbiqi qoruyucu divarları (WAF) və WAN optimizasiyası kimi digər sənaye sahələrinə keçə bilər.
Rumın
Rumınlar — roman dilli xalqlardan biri, Rumıniya Respublikasının əsas əhalisidir. == Tarix == == Etimologiya == == Məskunlaşma == == Dil == Moldovan dili daxil olmaqla rumın dilində danışanların sayı təxminən 23,500,000 nəfərdir.
III Mömin Vaçaqan
III Mömin Vaçaqan (487-510) – Qafqaz Albaniyasının Arşakilər sülaləsindən sonuncu hökmdarı. == Hakimiyyəti == 464-484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yenidən üsyanlar başlanmışdı. Bu hərəkat nəticəsində 485-ci ildə əldə olunmuş Nvarsaq sülhünə görə Albaniyada müstəqillik və xristianlıq bərpa edilir. Dövlətin yeni hökmdarı 487-ci ildə III Vaçaqan olur. Onun hakimiyyət illəri Albaniyanın yüksəlişi dövrüdür. Ölkə təsərrüfatı dirçəldilir, ticarət əlaqələri genişlənir, əkinçilik, hevandarlıq və sənətkarlıq durmadan inkişaf edirdi. Albaniyada feodal şəhərləri təşəkkül tapır. Bunlar Bərdə, Dərbənd, Şamaxı, Qəbələ, Beyləqan, Şabran, Xalxal və Şəki idi. Şəhərlərdə iri bazarlar mövcud olmuşdur. Sənətkar və tacirlərin öz ittifaqları yaranırdı.
Mömin (Allahın adı)
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
Müin lüğəti
Müin lüğəti fars dilində lüğət.Müəllifi Məhəmməd Müindir.
Adilbek Mussin
Bey Yuymin
Yuy Min Pey (çin. 貝聿銘, ing. Ieoh Ming Pei; 26 aprel 1917[…], Quançjou, Çin Respublikası – 16 may 2019[…], Manhetten, Nyu-York, ABŞ) — Amerikalı memar, Massaçusets Texnologiya İnstitutunda və Harvard Universitetində Valter Qropiusun sinifdə təhsil alıb. "Mies van der Rohe" beynəlxalq tərzinin ənənələrini davam etdirir. Pritzker mükafatının ilk 5 qalibindən biri. Lyudviq Mis van der Roenin "Beynəlxalq stil" ənənəsini dəvam etdirmək üçün. İlk 5 Pritsker mükafatçılardan biri.
Dayan Murzin
Dayan Fatqolbayan oğlu Murzin (tatar. Dayan Fätqolbayan ulı Murzin, Даян Фатколбаян улы Мурзин; 20 yanvar 1921, Köhnə Balıqlı, Ufa quberniyası – 9 fevral 2012, Ufa) — İkinci Dünya müharibəsi və Müqavimət hərəkatının iştirakçısı. == Həyatı == Dayan Fatqolbayan oğlu Murzin 20 yanvar 1921-ci ildə Ufa quberniyasının Köhnə Balıqlı kəndində (indiki Başqırdıstanın Bakalı rayonu) anadan olub. Məktəbi əla qiymətlərlə bitirmişdir. Milliyyətcə tatardır. Müharibədən əvvəl Kuşnarenkovo ​​pedaqoji məktəbini bitirib. Köhnə Balıqlı kəndində kənd müəllimi işləyib, ardınca Taktaqulovskaya natamam orta məktəbinin direktoru olub. 1941-ci ilin mayında Riqa Hərbi Məktəbini bitirmiş, Baltik Hərbi Dairəsinin 10-cu Piyada Diviziyasında taqım komandirinin köməkçisi vəzifəsində çalışmışdır. 1941-ci il iyunun 22-dən cəbhəyə yola düşmüşdür. 10-cu piyada diviziyasında taqım komandiri kimi döyüşmüşdür.
Kim Sunmin
Kim Seung-min,(kor. 김승민;22 sentyabr 2000) səhnə adı ilə Seungmin, Cənubi Koreyanın Stray Kids oğlan qrupunun əsas vokalisti və rəqqasıdir. Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 13 mahnı var. == Bioqrafiya == Kim Sunmin 22 sentyabr 2000-ci ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. Ailənin ən kiçiyi olan Sunminin böyük bacısı var. Sunmin ibtidai və orta təhsilini Bonqeun məktəbində və liseyi isə Çondam liseyində bitirmişdir.9 yaşında ikən Kim peşəkar beysbol komandası olan "SK Wyverns" üçün açılış meydançasına çıxdı. O, bir neçə ay ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bir müddət Los Ancelesdəki məktəbdə oxuduğu üçün ingilis dilində sərbəst danışır. O, orta məktəbdə uşaq xor müsabiqəsində qalib olub və peşəkar müğənni olmaq qərarına gəlib. O, 2017-ci ildə JYP Entertainment-in stajçısı oldu və bu, JYP Entertainment-in 13-cü dinləmələrində ikinci yeri tutduqdan sonra baş verdi. O, müsabiqədə Cənubi Koreyalı müğənni Kim Don Ryolun "Old Song" mahnısını ifa edib.2017-ci ildə JYP Entertainment yeni bir oğlan qrupu yaratmaq üçün oyun şousu keçirdikləri müsabiqəyə qatıldı.
Luis Guzman
Luis Quzman (isp. Luis Guzmán; 28 avqust 1956) — Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Luis Quzman
Luis Quzman (isp. Luis Guzmán; 28 avqust 1956) — Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Marina Kuzmina
Marina Kuzmina (d. 7 oktyabr 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Marina Kuzmina, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Marina Kuzmina, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Muhsin Ertuğral
Muhsin Ertuğral (15 sentyabr 1959, İstanbul) - Türkiyəli futbol mütəxəssisi. Türk əsilli çalışdırıcı indiyədək Almaniya, CAR və Tunis klublarını çalışdırıb. 1995-1996-cı illərdə isə o, Konqo Demokratik Respublikası milli futbol komandasına rəhbərlik edib. Bülənt Uyqunun istefasından sonra baş məşqçi axtarışına çıxan Sivasspor rəhbərliyi komandanın taleyini ona tapşırıb.
Muhsin Mahmelbaf
Muhsin Mahmelbaf (fars. محسن مخملباف‎; 29 may 1957, Tehran) — məşhur iranlı kinorejissor və ssenaristdir. Hazırda Asiya Kino Akademiyasının prezidentidir. 1979-cu il İran inqilabında fəal iştirak edib. İnqilabdan əvvəl, polislə toqquşduğuna görə 4 il azadlıqdan məhrum edilib. Mahmelbafın filmləri 1990-2000-ci illərdə beynəlxalq kinofestivallarda geniş rəğbət qazanıb. 2001-ci ildə Time jurnalı "Qəndəhər" filmini bütün zamanların ən yaxşı 100 filmindən biri adlandırdı. Eyni 2001-ci ildə Mahmelbaf YUNESKO-nun "Federiko Fellini Qızıl medalı" ilə təltif edilmişdir. 2006-cı ildə Mahmelbaf Venesiya Film Festivalında münsiflər heyətinin üzvü olub. 2006-cı ildə dünya kinosuna verdiyi görkəmli incəsənət töhfəsinə görə Sergey Paracanov mükafatını alıb.
Murman Omanidze
Murman Omanidze (gürc. მურმან ომანიძე; 5 noyabr 1938, Tbilisi – 2020) — Gürcüstan siyasətçisi və 1991-ci ildə Gürcüstanın Xarici İşlər Naziri. == Həyatı == Tbilisidə anadan olan Omanidze Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1977-ci ildən 1985-ci ilədək o, "Suplmsheni" dövlət kənd təsərrüfatı şirkətinin hüquq şöbəsinə rəhbərlik edirdi və 1985-ci ildən 1989-cu ilə qədər Gürcüstan SSR Tikinti Nazirliyinin rəhbəri işləmişdir. Antisovet və müstəqil hərəkatının getdiyi zamanı Omanizde Əfqanıstan müharibəsinin gürcü veteranların təşkilatı olan Gürcüstanın Əfqanıstan İttifaqına qoşuldu, hətta 1990 — 1991-ci illərdə təşkilat sədrinin müavini olmuşdur. O, 1991-ci ilin martı ayından may ayına qədər Gürcüstan nəqliyyat nazirinin müavini kimi işləyirdi. Yeni müstəqil Gürcüstanda prezident Zviad Qamsaxurdiya tərəfindən Omanidze 1991-ci ilin avqustunda baş nazirin birinci müavini və xarici işlər naziri vəzifəsi verildi. Həmən ayda da baş nazir Tengiz Siquanın qalmaqallı istefasından sonra o, qısa müddətdə baş nazirin vəzifələrini icra edirdi. 1991-ci ilin avqustunda SSSRİ-də hərbi çevrilişi cəhdi zamanı Gürcüstan müxalifəti iddia edirdi ki, Omanidze Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvləri ilə görüşmək üçün Moskvaya yola düşmüşdü. Çevriliş cəhdi uğursuz olandan sonra, Gürcüstan rəhbərliyi bu cür ittihamları qətiyyətlə təkzib edirdi.
Rayan Quzman
Rayan Quzman (ing. Ryan Guzman); d. 21 sentyabr 1987, Eybilin) — ABŞ modeli və aktyor. Aktrisa Ketrin MakKormiklə birgə 2012-ci ildə Step Up Revolution adlı 3D formatlı filmdə baş rolda çəkilib. Aktyorluq peşəsindən əvvəl o model biznesində işləyib. == Həyatı == Rayan atası meksikalı, anası isə Avropa kökənli bir amerikan ailəsində anadan olub. Hələ cavan yaşlarında Rayan anasının doğma şəhərinə, Kaliforniya ştatında yerləşən Sakramentoya köçdü. O Roklində yerləşən „Sierra College“inə daxil olur. Aktyorluq peşəsində debüt rol ona Bir addım irəli 4 dans filmi gətirdi. Aktyor peşəsindən əvvəl o model biznesində çalışıb.
Rodriqo Quzman