Əliabbas Müznib 1883-cü ildə Azərbaycanın Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. "Zənbur" (1909–1910), "Səhabi saqib" (1911), "Babayi-Əmir" (1915–1916) və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınmışdır.
"Yusif və Züleyxa" (1914), "Tikan kolu" (1917), "Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri" (1928) və s. kitabların müəllifi olmuşdur. 1938-ci ildə Bakıda vəfat etmişdir.
1881-ci ildə Bakıda doğulub. Ədəbiyyatda Müznib təxəllüsü ilə tanınan müəllifin əsl adı və soyadı Əli Abbas Mütəllibzadədir.
Müznib də bir çox yazıçı və şair çağdaşları kimi ədəbiyyat və mətbuat aləminə 1905-ci ilin Rus qiyamından sonra gəlmiş və iti qələm, üsyankar ruhu, milliyyətçi və Türkçü inancları ilə, qısa zamanda ədəbi dairələrdə böyük maraq toplamışdır. O, ilk əvvəl, mollaxanada təhsil almış, bir müddət də rus-tatar (Azərbaycan) məktəbində davam etmişdi. Fars və rus dillərini, Türk tarixinə və İslam mədəniyyətinə dair geniş məlumatlarını şəxsi mütaliə yolu ilə əldə etmiş və bu mövzularda dövrünün məlumatlı şəxsiyyətlərindən biri kimi tanınmışdır.
İlk şeirlərini 1907-ci ildən başlayaraq "Təzə Həyat", "İttifaq", "Zənbur" kimi qəzet və jurnallarda nəşr etdirən Əliabbas Müznib, qısa bir müddət sonra, 1910-cu ildə "Hilal" adlı bir qəzet nəşr etdirmiş; həddindən artıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti çəkən bu qəzetin ilk sayı hələ mətbuatda ikən müsadirə olunmuşdur. Buna səbəb Müznibin "Hökumət, ah bir insan yeyən qurd, nə pul qoyar nə bir yurd" misraları ilə başlayan şeiri olmuşdur. Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi ikinci sayda isə, Müznib milli gəncliyi, öz haqqını tələb etməməsi baxımından günahlandıraraq belə yazmışdır: "Namusu qatı, garet etməklə ka-zanmak olmaz, bəlkə hüquqi-vətən yolunda öl-mekle olar. Görürsünüz mü, ata babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul menasmda olmuş; bu gün səhər kark olmaqla məhv nabud olmadığımız dəxi mühekkek ol-muştur … geyretli cavanlarımız; namuslu ol-madığınız biri birinizi öldürməklə olmaz, o bi-namusluğdur. Əlimizdən gedən ihtiyaratm istirdadına çalımaxla sübut olunabiler " .
"Hilal" 1911-ci ilin ilk aylarında bağlanır. Şa-irin yayınlamağa başladığı "Şihab-sağıb" deyir-sinin də aqibəti eyni olar. 1911də Müznib hökumətə istiqamətli yazılarından ötəri, əvvəl qısa müddət üçün həbs olunar və günahlandırılar. Daha sonra isə, çar hökuməti tərəfindən ömür boyu Sibirə sürgün edilir.
Amma üsyankar ruhlu şair, Sibirdə də yazmaqdan qalmaz. Burada yazmış olduğu şeirlərini Bakı matbuatında nəşr etdirir. 1913-cü ildə Romanovlar sülaləsinin qurulmasının 300 ili qeyd olunduğu sırada, Müznib də əfv olunaraq Bakıya qayıdır və yenidən mətbuat və nəşriyyat aləminə atılar. 1914-cü ilda böyük qardaşı Əbülfəz Mütəllibzâdənin adına "Dirilik" adlı bir məcmuə qurar. "Müsavat" partiyasının lideri, Azərbaycan Parlamentinin ilk başçısı Məhəmməd Əmin Rəsulzadənin "Milli dirilik" adlı ardıcıl yazıları ilk dəfə bu jurnalın sahifələrində nəşr olunmuşdur. Azərbaycanda türkçülüyün fikrinin yayılmasında, Müznib və onun "Dirilik" jurnalı ətrafına yığdığı ədəbi qüvvələr əhəmiyyətli rol oynamışdır. 1915-ci ildə Müznib bu jurnalın səhifələrində Rus imperatoru Deli Petronun Türk-Müsəlman düşmənliyi ilə dolu "Vasiyyef'ini nəşr etdikdən sonra, yenidən təkiblərə məruz qalar; az sonra da jurnal bağlanır. Daha sonra Müznib" Türkün səsi "adlı bir qəzet çıxartmaq fikrinə düşsə də, rəsmi dairələrdən lazım olan izini ala bilməz.
1913–1917 illəri arasında Müznib, milli yayım səhnəsində geniş bir şəkildə çalışır. Özgün əsərlərlə birlikdə Şərq və Qərb ədəbiyyatından tər-cümə edər. Öz əsərlərindən və tər-cümə ibarət olan onlarla kitab yayınlatır.
Rus imperiyasının süqutundan sonra Müznib ədəbi və siyasi sahələrdə daha geniş fa-aliyet göstərir. 1919da yeni Azərbaycan Cumhuriyeti'inin Dövlət Marşını yazar. Respublikanın rəsmi nəşr orqanı olan "Azərbaycan" qəzetində Türklüyün tarixi və məsələləri üzərinə bir ardıcıl maqalalar nəşr etdirir.
Sovet rejimi dövründə bir müddət 1920–1926-cı illərdə Müznib yenə mətbuatda çalışır. Amma, burada ona hər zaman millətçilik sahəsində köhnə yazdıqları xatırladılar və nəhayət, 1926-cı ildə, erkən yaşda təqaüdə ayrılmağa məcbur edilir. Türkçü və milliyyətçi olduğu iddia edildiyi üçün Müznib Sovet dövründə də, Çar dövründə olduğu kimi təzyiq və reaksiyalara məruz qalır.
20 ilini mətbuatda çalışmış Müznib 1926-cı ildə 44 yaşında mətbuatdan ayrılır; siyasətdən tam uzaqlaşır və ədəbiyyat araşdırmaçılığı ilə məşğul olur. 1927–1937-ci illərdə XIX–XX əsr Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət olan on kitab yayımlayır. Bütün bu əsərləri özü yığmış, onlara geniş ön söz, bioqrafiya və şərhlər əlavə etmişdir.
1937-ci ildə yenidən həbs olunan Müznib milliyyətçiliklə və pantürkizmdə ittiham edildi və ölüm cəzasına məhkum edildi. Son zamanlarda ortaya çıxan sənədlər Əli Abbas Müznibin 27 avqust 1937-ci ildə güllələndiyini açıqlayır.
1956-da dövlət tərəfindən təqsirsizliyi etiraf edilib, ölümündən sonra bəraət alan Müznibin əsərləri, hələ ki, toplanıb nəşr olunmamış, yaradıcılığı tədqiq edilməmişdir.
Hürriyyəti-bəşəriyyə. (Naşiri Hacı İsrafil Aydəmirov). Bakı: Orucov qardaşlarının çapxanası, 1909;
Şeyx Bəhlul. Lətifələr. Birinci ədəd. (Naşiri: S.H.Sadıqzadə, M.İ.Abdullazadə, Ə.M.Mütəllibzadə). Bakı: "Kaspi" şirkəti mətbəəsi, 1910;
Əməl çiçəyi. (Came və naşiri Ə.Müznib). Bakı: "Baku" qəzetinin elektrik mətbəəsi, 1911;
Çəkməsilən. (Naşiri Ə.Müznib). Bakı: "Baku" qəzetinin elektrik mətbəəsi, 1911;
Uşaqlara ibrət. (Naşiri bəradəran Orucov). İkinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911;
Dərvişi-Kəhkəşan. (Naşiri bəradəran Orucov). Birinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911;
İstər ağla, istər gül. Hekayə. (Naşiri bəradəran Orucov). İkinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913;
Sibirya məktubatı. Vəzifeyi-bəşəriyyə. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913;
Tikan kolu. Həcv və mənzumə məcmuəsidir. (Naşiri Əliabbas və Əyyub). Bakı: Polismeystr mətbəəsi, 1913 [Kitabda müəllifin dustaqlıq vaxtında çəkdirdiyi şəkil çap olunub];
Ürək yanğısı. (Naşiri Ə. Müznib). Bakı: Polismeystrerstvo mətbəəsi, 1913;
Qiraət. İqtibas. Bu kitabçada iyirmi altı ibrətli hekayələr cəm edilmişdir. Yarısı nəsr, yarısı nəzmdir. Ən açıq, ən sadə bir tərzdə yazılmışdır, hər kəsin oxuyub anlayacağı dərəcədə. Bu kitabça istər böyük, istərsə uşaqlar üçün oxumağa əlverişlidir. (Naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1914;
Yusif və Züleyxa. Roman. (Naşiri M.Ə.Ələkbərov) Bakı: "Baku" qəzetinin elektrik mətbəəsi, 1914;
Əşrəfin macərası. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1916;
İbrət taziyanəsi. Qayət maraqlı mənzum bir hekayə. Şeir. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1916;
İnsaf güzgüsü. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1916;
Yaşayış özülü. Qayət əhəmiyyətli bir mənzumə. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1916;
Tac-Mahal. Türk-İslam sənayeyi-memarisindən biri. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1916;
Müxtəsər ənbiya və İslam tarixi. İbtidai məktəblərə məxsus tərtib olunmuşdur. (Naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1917;
Tikan kolu. "Babayi-Əmir", "Molla Nəsrəddin", "Məzəli", "Kəlniyyət" məcmuələrində müxtəlif imzalarla dərc olunmuş qeyri-ciddi əşar kitabıdır. (Naşiri bəradəran Orucov). İkinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1917;
Bakü fatehi-alilərindən namdar türk qəhrəmanından minbaşı Məhəmməd Töfviq bəyin "Zopası". Bakı: "Dirilik" jurnalı nəşriyyatı, 1919;
Rusiyanın qəhrəmanı Rasputin. Bakı: Elektrik "Turan" mətbəəsi, 1919;
Xorasanın topa tutulması və II Nikolayın cəzalanması. Bakı: Elektrik "Turan" mətbəəsi, 1919;
Əlabbas Müznib. Şeirlər (səh. 198–200). // Deyilən söz yadigardır. Şeirlər. (Toplayanı və tərtib edəni Cəfər Rəmzi İsmayılzadə). Bakı: Yazıçı, 1981;
Əlabbas Müznib. Şeirlər (səh. 491–505). // "Mollanəsrəddin"çi şairlər. Satirik şeirlər. (Tərtib edənləri A.Zamanov, K.Əliyev; Red. və ön sözün müəllifi A.Zamanov). Bakı: Yazıçı, 1986;
Əlabbas Müznib. Şeirlər (səh. 92–95). // Deyilən söz yadigardır. Şeirlər. (Toplayanı və tərtib edəni Cəfər Rəmzi İsmayılzadə). Bakı: Yazıçı, 1987;
Müxtəsər ənbiya və İslam tarixi. (Çapa hazırlayanı Cahangir Qəhrəmanov). Bakı: Gənclik, 1990;
Yusif və Züleyxa (roman, redaktor Əlirza Balayev) Bakı: Elm və həyat, 2001;
Ürək yanğısı (hekayə, çapa hazırlayan və ön sözün müəllifi Hüseyn Həşimli). Bakı: Nurlan, 2004;
Seçilmiş əsərləri. (Tərtib edəni, ön sözün və lüğətin müəllifi İslam Ağayev). Bakı: Şərq-Qərb, 2006;
Seçilmiş əsərləri. (Nəşrə hazırlayan və ön sözün müəllifi Sona Xəyal). Bakı: Nurlan, 2007;
Məmməd Səid Ordubadi, Əbülqasim Əminzadə, Əlabbas Müznib. Xatirələr. Bakı: Nurlan, 2008;
Əsərləri. (Nəşrə hazırlayan Samirə Gəncəli). Bakı: Elm və təhsil, 2012.[3]
Molla Nəsrəddin məzhəkəsi. (Mütərcimi Ə.Müznib; naşirləri Orucovlar). Birinci ədəd. Bakı: Orucov qardaşlarının çapxanası, 1909;
Əlifleyla. (Mütərcimi Ə.Müznib; naşir Əyyub Ələkbərov). Birinci çap. 1–37-ci hissələr. Bakı: "Kaspi" şirkəti mətbəəsi, 1910–1912;
Əlifleyla. (Mütərcimi Ə.Müznib). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910;
Əlifleyla nam hekayəti-məşhürənin türkcə çıxmasına bir çox rüfəqamın tövsiyəsi səbəb olmuşdur. (Naşir və mütərcimi Ə.Müznib). İkinci təb. I–XXXIV hissələr. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911; İkinci çapı. XXXV–XXXVII hissələr. Bakı: "Baku" qəzetinin elektrik mətbəəsi, 1912;
Əlifleyla. (Farscadan mütərcimi Ə.Müznib). İkinci təb. I cild. Bakı: Polismeystrerstvo mətbəəsi, 1911;
Molla Nəsrəddin məzhəkəsi. (Farscadan mütərcimi Ə.Müznib; naşiri bəradəran Orucov). İkinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911;
Birinci Napoleonun müaşiqəsi. Ədəbi, tarixi və aşiqanə bir romandır. (Fransızcadan tərc. ed. Qəvim; farscadan tərc. ed. Ə.Müznib və Aslan bəy Abdullabəyzadə). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912;
H.Vaqner. Türk əleyhinə bolqar, yunan, sırb və Qaradağ ittifaqı, yaxud Balkan müharibəsi. (Mütərcimi mülazimi-sani Səid; təbdil ed. Ə.Müznib; naşiri M.Ə. Ələkbərov) Bakı: "Baku" qəzetinin elektrik mətbəəsi, 1914;
Cürci Zeydan. Osmanlı inqilabı. Türkiyə inqilabının ibtidasından zühuruna qədər qayət şirin və kəskin bir qələmlə yazılmış səksən fəsilli, tarixi, siyasi və aşiqanə bir romandır. (Mütərcimi Ə.Müznib; naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1914;
Əmir Əbdürrəhman xan. Əfqan tarixi. (Farscadan mütərcimi Ə.Müznib; naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1914;
Əmir Əbdürrəhman xan. Əfqan tarixi. (Farscadan mütərcimi Ə.Müznib; naşiri bəradəran Orucov). I–IX hissələr. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1914; X və XI hissələr. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1915;
Əmir Əbdürrəhman xan. Əfqan tarixi. Əfqanıstan əmiri mərhum Əmir Əbdürrəhman xan həzrətlərinin əsəridir. (Farscadan mütərcimi Ə.Müznib). İkinci təb. I kitab I cild. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1917;
Molla Nəsrəddin məzhəkələri. Bakı: Azərnəşr, 1927;
Muxtarnamə. (Çapa hazırlayanı və ön sözün müəllifi Səbinə Əhmədova). Bakı: Ecoprint, 2018[6];
Cürci Zeydan. Osmanlı inqilabı. (Transfoneliterasiya edib çapa hazırlayan, ön söz və lüğətin müəllifi Səbinə Əhmədova). Bakı, 2022.[7]