Dayan Murzin

Dayan Fatqolbayan oğlu Murzin (tatar. Dayan Fätqolbayan ulı Murzin, Даян Фатколбаян улы Мурзин; 20 yanvar 1921[1] və ya 12 dekabr 1921[2], Köhnə Balıqlı, Ufa quberniyası[2]9 fevral 2012 və ya 2 fevral 2012[2], Ufa[2]) — İkinci Dünya müharibəsi və Müqavimət hərəkatının iştirakçısı.

Dayan Fatqolbayan oğlu Murzin
tatar. Dayan Fätqolbayan ulı Murzin, Даян Фатколбаян улы Мурзин
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1921(1921-01-20)[1] və ya 12 dekabr 1921(1921-12-12)[2]
Doğum yeri
Vəfat tarixi 9 fevral 2012(2012-02-09) və ya 2 fevral 2012(2012-02-02)[2]
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti tatar
Təhsili
  • Moskva Dövlət Hüquq Universiteti[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Qızıl Ordu
Qoşun növü piyada
Hərbi hissə 1-ci Ukrayna partizan diviziyası
Rütbəsi mayor
Döyüşlər
İstefada Başqırdıstan MSSR Baş Prokurorunun müavini. Başqırdıstan MSSR daxili işlər naziri
Təltifləri "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni "Jukov" medalı "Döyüş xidmətlərinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Vətən müharibəsi partizanına" medalı 1-ci dərəcəli "Vətən müharibəsi partizanına" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Köniqsberqin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "Praqanın azad edilməsinə görə" medalı "Əmək veteranı" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı Order of the Red Banner Medal "For Bravery Before the Enemy" Czechoslovak War Cross 1939–1945
Honored Lawyer of the RSFSR
Czechoslovak Military Order for Freedom Order of the Slovak National Uprising
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dayan Fatqolbayan oğlu Murzin 20 yanvar 1921-ci ildə Ufa quberniyasının Köhnə Balıqlı kəndində (indiki Başqırdıstanın Bakalı rayonu) anadan olub. Məktəbi əla qiymətlərlə bitirmişdir.[3] Milliyyətcə tatardır.[4][5] Müharibədən əvvəl Kuşnarenkovo ​​pedaqoji məktəbini bitirib. Köhnə Balıqlı kəndində kənd müəllimi işləyib, ardınca Taktaqulovskaya natamam orta məktəbinin direktoru olub.[3]

1941-ci ilin mayında Riqa Hərbi Məktəbini bitirmiş, Baltik Hərbi Dairəsinin 10-cu Piyada Diviziyasında taqım komandirinin köməkçisi vəzifəsində çalışmışdır. 1941-ci il iyunun 22-dən cəbhəyə yola düşmüşdür. 10-cu piyada diviziyasında taqım komandiri kimi döyüşmüşdür. S.A.Kovpakın partizan qrupunun tərkibində olan Yampolsk partizan dəstəsində "Vətən uğrunda" kəşfiyyat taqımının komandiri və kəşfiyyat bölümünün rəisi olmuşdur.

Kəşfiyyat xidmətində

[redaktə | mənbəni redaktə et]

1942-ci ilin avqustundan 1943-cü ilin avqustuna kimi Türkistan legionunun 1-ci taborunun qərargahında agent kimi fəaliyyət göstərmişdir. 1943-cü ildə Donbassda Stalino şəhərində gizli özəkdə xidmət edib. Onun fəaliyyəti nəticəsində Türkistan legionunun və İdil-Ural legionunun bir neçə bölməsi Qızıl Ordunun tərəfinə keçmışdir.

1943-cü ilin dekabrında Moldovada bir qrup kəşfiyyatçı ilə V.M.Molotov adına partizan dəstəsi təşkil etmişdir. 1944-cü ilin aprelinə qədər Ukraynanın VinnitsaOdessa vilayətləri ərazisində, Moldovada döyüşmüşdür. 1944-cü ildə Ukrayna Partizan Hərəkatının Xüsusi Kəşfiyyat Məktəbində təhsil alıb.

1944-cü ilin avqustunda bir qrup slovak-çex kəşfiyyatçı olan qrupun tərkibində partizan hərəkatı təşkil etmək üçün Slovakiyaya göndərildi. Burada partizan dəstəsinin qərargah rəisi, sonra Yan Jijka adına beynəlxalq partizan briqadasının komandiri (o, “Qara general” ləqəbi ilə tanınırdı) olmuşdur. 1945-ci il mayın 9-dək MoraviyaÇexiyada döyüşmüşdür.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Həyat yoldaşı ilə partizan dəstəsində tanış olmuşdur. O, dəstədə radist idi. Bütün həyatlarını birlikdə keçiriblər. Müharibədən sonra Murzin Başqırdıstan MSSR-in Bakal rayon xalq maarif şöbəsində işləyib.

Kazan Hüquq Məktəbini və Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirdikdən sonra Əbyəlil rayonu prokurorunun köməkçisi, Sterlitamak şəhər prokurorunun köməkçisi olub.

1955-1960-cı illərdə - Başqırdıstan MSSR prokurorluğunun həbsxanalarda qanuna nəzarət şöbəsinin böyük müstəntiqi, rəisi kimi çalışıb.

Murzin 1961-1962-ci illərdə Başqırdıstan MSSR daxili işlər nazirinin kadrlar üzrə müavini olub. 1962-1969-cu illərdə - yenidən Başqırdıstan MSSR prokurorluğunun həbs yerlərində qanuna nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Dayan Murzin 1969-1986-cı illərdə Başqırdıstan Respublika Hüquqşünaslar Kollegiyasının sədri, 1987-1990-cı illərdə Millətlərarası Dostluq Muzeyinin direktoru olub. 1989-cu ildən - Başqırdıstan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Rəyasət Heyətinin üzvü idi.

Dayan Murzin 2012-ci il fevralın 10-da Ufada vəfat edib.

Vida və dəfn mərasimi 2012-ci il fevralın 13-də elə Ufa şəhərində baş tutub.

Dayan Murzinin SSRİ və Rusiya Qəhrəmanının qızıl ulduzu, bəlkə də, cəbhəçinin sahib olmadığı yeganə mükafatdır. Onun müdal və ordenlərlə pencəyinin çəkisi təxminən 6 kiloqramdır.[6] Qırmızı Bayraq, Qırmızı Ulduz, I dərəcəli Vətən Müharibəsi ordenlərinin, SSRİ və Rusiyanın saysız-hesabsız medallarının sahibidir.[7] Amma Dayan Bayanoviçin yerli mükafatları hələ də xarici mükafatlardan daha azdır. Ümumilikdə isə onun 86 orden və medalları vardır:[8]

Dayan Murzin Çexoslovakiya Qəhrəmanı, bu ölkənin bütün ali ordenlərinin sahibidir. O, Çexiya, SlovakiyaMoraviyanın 16 şəhərinin fəxri vətəndaşıdır. Zlin şəhərində bir küçə onun adını daşıyırdı, hazırda bura "Dlouha ulice" küçəsidir.[9]

Paradoksal olsa da, Dayan Murzinin qəhrəmanlığı haqda xaricdə vətəndən daha çox şey bilirlər. Böyük Britaniyada kral ordusunun kapitanının oğlu, döyüşçü yoldaşı Con Hovlandın Murzin haqqında kitabı nəşr olunub. Kitab çexslovak dillərinə tərcümə olunub, rus dilinə isə hələ də tərcümə edilməyib. İngilislər Dayan Bayan oğlunu Ceyms Bondla müqayisə edir. Müəllifin fikrincə, “Qara general”ın cəbhədəki qəhrəmanlığı məşhur ədəbi personajın Yan Fleminqin təxəyyülündən doğan macəralarına böyük ölçüdə kölgə salır. Almanlara sovet zabitini tutmaq və ya məhv etmək mümkün olmamışdır.

Lakin Murzinin briqadası sayəsində yalnız işğal olunmuş Çexoslovakiyada düşmənin canlı qüvvəsi dörd min nəfər azaldı, alman texnikası və sursatları olan 60-dan çox eşelon relsdən çıxarıldı. Amma ən cəsarətlisi o idi ki, Murzin və yoldaşları Alman Tank Qoşunları generalı Mülleri Hitlerin yaxınlığından oğurladılar (əsir aldılar).[10]

Rossiya” telekanalı “qara general” haqqında sənədli film nümayiş etdirib. Onun haqqında İngiltərədə, Almaniyada, Çexiyada və Rusiyada sənədli film çəkilib. Qəhrəman haqqında əfsanəvi şəxsiyyətlər danışırdılar: Ştazi xarici kəşfiyyatının rəisi Markus Volf,[11] Vermaxtın Türkistan legionunun keçmiş legioneri Murat Taçmurat;[11] keçmiş çexoslovak partizanı, Çexiya qeyri-leqal kəşfiyyat xidmətinin rəisi Yan Ondrovçak[11] və təbii ki, Dayan Murzin özü.[11] Bu filmdən sonra rusların böyük bir hissəsi nəhayət Dayan Bayanoviçin cəbhə tərcümeyi-halı ilə tanış olmuşdu.

  • Qəhrəman
  • RSFSR-in əməkdar hüquqşünası (1972)
  • Çexiya və Slovakiyanın 16 şəhərinin fəxri vətəndaşı.
  • Ufa şəhərinin fəxri vətəndaşı
  1. 1 2 https://www.ufa.kp.ru/daily/25628.4/794392/.
  2. 1 2 3 4 5 6 7 8 Dajan Bajanovič Murzin // Encyklopedie Kroměříže (çeş.). 2020.
  3. 1 2 "Даян Мурзин читает википедию". 2018-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  4. Из автобиографии: «…девятнадцать лет отроду, по национальности татарин, младший политрук, бился с врагом честно и в свой последний час очень жалею, что позволил проткнуть себя во время штыковой атаки.» Мурзин Д. Г. Фронт в тылу врага. Arxivləşdirilib 2021-12-16 at the Wayback Machine — Уфа: Китап, 2005.
  5. "В Башкирии чествуют Героя войны, советского разведчика Даяна Мурзина". 2015-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  6. "Даяну Мурзину — 90 лет". 2019-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  7. "Память народа – Юбилейная картотека". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  8. "Память народа – Наградная картотека". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  9. Даян Мурзин на сайте Бакалинец[ölü keçid]
  10. "Даян Мурзин: Биографическая справка". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  11. 1 2 3 4 "Черный генерал " Cineplexx.ru — Документальные фильмы онлайн!". 2016-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-04.
  • Гофман Г. Б. Черный генерал. М.: Воениздат. 1970.
  • Мурзин Д. Г. Фронт в тылу врага. Уфа: Китап. 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]