Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məlikməmməd
Məlikməmməd — Azərbaycan nağıl personajlarından biri. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Məlikməmməd padşahın kiçik oğludur. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurğ quşunun köməyilə işıqlı dünyaya çıxır.
Elvin Məlikməmmədov
Elvin Elçin oğlu Məlikməmmədov (d. 20 may 2002; Xudat, Xaçmaz rayonu – ö. 4 oktyabr 2020; Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Elvin Məlikməmmədov 20 may 2002-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 4-də Madagizin azad edilməsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məlikməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əliməmməd Atayev
Əliməmməd İbadulla oğlu Atayev (1899, Bakı – 1963, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Əliməmməd (Əli Məmməd) Atayev 1899-cu ildə Bakıda anadan olmuşdur. 1934-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppasına qəbul olunmuş və burada müxtəlif rollar ifa etmişdir. Aktyor 1963-cü ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Əliməmməd Mustafayev
Əliməmməd Nuriyev
Əliməmməd Mali oğlu Nuriyev (1 mart 1964, Ərkivan, Masallı rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti. == Həyatı == 1964-cü il martın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989–1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. 1992–1993-cü illərdə Prezident Aparatında çalışıb. 1994–2001-ci illərdə BDU-da hüquq fakültəsində müəllim işləyib. Rus və fransız dillərini bilir. Evlidir, 2 övladı var. == Siyasi fəaliyyəti == Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 2001-ci il yanvarın 7-də 7 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilmişdir.
Əliməmməd bəy Mustafayev