Əliməmməd Mustafayev

Əliməmməd Mustafayev

Əliməmməd Mustafayev
Əliməmməd Əbdüləli oğlu Mustafayev
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi
Vəfat yeri Bakı
Fəaliyyəti şair

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliməmməd Mustafayev 1883-cü ildə Şamaxı şəhərində anadan olmuş, mollaxanda təhsil alandan sonra şəhər məktəbində oxumuşdur. O, 1906-cı ildə Bakıya gəlir. Burada bir çox qabaqcıl ziyalılar – C.M Qənizadə, S.S.Axundov, M.Hadi, A.Şaiq, H.Zərdabi ilə tanış olur. Buna baxmayaraq, bütün yay aylarında Şamaxıya gəlir, ziyalılarla müəyyən tədbirlərin keçirilməsində fəal iştirak edir. C.Cəbrayılbəylinin xatirələrindən bəlli olur ki, 1917-ci ilin sonunda Şamaxıda olan Ə.Mustafayev erməni millətçilərinin bəd niyyətləri barədə ziyalılarla məsləhətləşir, onları ayıq-sayıq olmağa çağırır. Ə.Mustafayev ADU-nun Şərq fakültəsini bitirəndən sonra orada müəllim işləmişdir. "Şamaxı dialektinin izahlı lüğəti" adlı namizədlik dissertasiyası yazmışdır. Görkəmli pedaqoq, publisist, yazıçı, tərcüməçi Ə.Mustafayev ömrünün sonuna kimi Şamaxı ilə əlaqəni kəsməmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ə.Mustafayevin beş övladı (Xosrov, Aygün, Arif, Namiq, Niyazi) olmuşdur. Arif Əliməmməd oğlu 26 il Azərbaycan MK-nın birinci katibinin köməkçisi işləmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]