Əliməmməd bəy Mustafayev

Mustafayev Əliməmməd Əbdül-əli oğlu (1883-1968)- maarif xadimi, yazıçı, publisist. Azərb. əməkdar müəllimi (1958)

Əliməmməd bəy Mustafayev
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi

Həyatı[redaktə | mənbəni redaktə et]

İlk təhsilini Şamaxıda almış, ikiillik müəllimlik kursunu, sovet hakimiyyəti illərində ADU-nun şərqşünaslıq fakültəsini bitirmişdir. 1906-cı ildə Bakıda pedaqoji fəaliyyətə başlamış, "Rus-müsəlman" məktəblərində (1906-1920) işləmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan Xalq Maarif Komissarlığında, Bakı Xalq Maarif Şöbəsində İnspektor. Nərimanov texnikumunda, ADU-da nıüəllim işləmişdir.

M. mollanəsrəddinçilərin ideya dostu idi. O, 1908-1920 illərdə "Səfeh şamaxılı", "Mirzə Fışdılıq" imzaları ilə "Molla Nəsrəddin" jurnalında "Tufan quyusu", "Orucluqda mollaların vəzi", "Muştuluq". "Xaçın kəraməti", "Möhlət", "Şamaxılılar çətin vəzifə qarşısında" və s. əsərlərini çap etdirmişdir. C.Məmmədquluzadə M.-in "Yədi-beyza" kitabını oxuyub, onu çap edən "Ümid" nəşriyyatını jurnalda təbrik etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-11.