Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neyrula
Neyrula — Neyrula, inkişafın erkən mərhələsində, neyrulyasiyanın meydana gəldiyi bir onurğalı embriondur. Neyrula mərhələsindən əvvəl qastrula mərhələsi gəlir. Nəticədə, nevrulyasiyadan əvvəl qastrulyasiya olur. Neyrulyasiya orqanogenez prosesinin başlanğıcını göstərir. Siçanlar, cücələr və qurbağalar sinir hüceyrələrini öyrənmək üçün ən çox yayılmış eksperimental modellərdir. Növlərdən asılı olaraq, embrionlar fərqli zaman nöqtələrində neyrula mərhələsinə çatır və bu mərhələdə müxtəlif vaxt sərf edirlər. Yumurtalı orqanizmlər üçün inkubasiya temperaturu nevrulyasiya müddətini də təsir edir. Sinir borusunun inkişafına əlavə olaraq, növlərdən asılı olaraq bir nevrula mərhələsində olan embrionda digər proseslər də baş verir. Məsələn, sürünənlərdə embriondan kənar membran toxumaları embriondan fərqlənir . Neyrula embrionunun sinir borusunu əhatə edən beş mezoderma bölgəsi vardır.
Barmaq meymunu
Barmaq meymunu və ya Cırtdan oynağan (lat. Cebuella pygmaea) — primatlar dəstəsinə, oynağanlar fəsiləsinə (Callitrichidae) daxil olan növ. Primatlar dəstəsinin ən kiçik nümayəndəsidir. == Xarici görünüş == Barmaq meymunu ölçülərinə görə cırtdan sıçan lemuru ilə rəqabətdədir. Onların uzunluğu 11–15 sm arasında dəyişir. Quyruqlarının uzunluğu isə 17–22 sm-dir. Bu canlıların çəkisi 100–150 q arasıdır. Onların xəzləri sıx və uzun olur. Üzəri qızılı-boz rəngə çalır. Alt hissəsi ağ və ya narınçıdır.
Əlibəy Feyruzlu
Əlibəy Samir oğlu Feyruzlu (14 sentyabr 1998; Şəmsabad, Ağdaş rayonu, Azərbaycan — 25 oktyabr 2020 (dəfn tarixi); Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlibəy Feyruzlu 14 sentyabr 1998-ci ildə Ağdaş rayonunun Şəmsabad kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə M.İ.Əfəndizadə adına Ağdaş rayon Şəmsabad kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Əlibəy Feyruzlu 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə eyni hərbi qüvvələrin sıralarında hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əlibəy Feyruzlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əlibəy Feyruzlu Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 25 oktyabr 2020-ci ildə dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlibəy Feyruzlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Klaudio Merulo
Klaudio Merulo (8 aprel 1533[…] – 4 may 1604, Parma) — italyan bəstəkarı, orqançısı və müəllimi.
Merula migratoria
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Turdus merula
Qara qaratoyuq (lat. Turdus merula) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid quş növü.
Ağsaqqal muymulu qızılquş
Madaqaskar muymulu qızılquşu
Turdus merula mandarinus
Turdus merula mandarinus (lat. Turdus merula mandarinus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Turdus merula maximus
Turdus merula maximus (lat. Turdus merula maximus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Turdus merula simillimus
Turdus merula simillimus (lat. Turdus merula simillimus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Maygülü
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Əhmədabad-i Leyqulu (Heris)
Əhmədabad-i Leyqulu (fars. احمدابادليقلي‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (18 ailə).
Bozyanaq maygülü
Bozyanaq maygülü (lat. Podiceps grisegena) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Böyük maygülü
Böyük maygülü (lat. Podiceps cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Kiçik maygülü
Kiçik maygülü (lat. Tachybaptus ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin tachybaptus cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Cütləşmə dövründə bədəninin üstü qonur-qara, altı ağımtıl, boğazı, yanaqları və boynu şabalıdı rəngdə olur. Maygülülərin o biri növlərindən fərqli olaraq başında bəzək lələkləri olmur. Qışda bədəninin üstü ağımtıl qonur, altı isə ağ olur. == Statusu == Çoxsaylıdır. == Yayılması == Geniş yayılıb. Avropa, Asiya, Avstraliya və Afrikada yayılıb. Azərbaycanda Kür-Araz, Lənkəran və Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında və dağətəyi göllərdə yayılmışdır. Yaz köçü fevralın sonu, martın əvvəlində, payız köçü isə oktyabrda olur.
Maygülü cinsi
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Qaraboyun maygülü
Qaraboyun maygülü (lat. Podiceps nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Qışda bədəninin üstü qara-qonur, altı isə ağ olur. Yayda başında kəkil olur, gözlərindən qulaqlarına doğru qızılı-kürən rəngində lələklər topası uzanır. Boynu qara, bədəninin yanları qonura çalan kürən olur. Dimdiyi iti və düzdür. Ayaqları bədəninin geri hissəsində yerləşir. Barmaqları enli üzmə pərdəsi ilə əhatə olunmuşdur. == Statusu == Çoxsaylıdır. == Yayılması == Avropa, Asiya, Afrika və Amerikanın Şimalında yayılıb.
Qazma məhlulu
Qazma məhlulu — Geotexniki mühəndislikdə qazma məhlulu torpaqdakı buruq quyularını qazmağa kömək etmək üçün istifadə edilir. Qazma mayesi tez-tez istifadə olunan neft və təbii qaz və həmçinin də kəşfiyyat qazma quyusunda artezian quyularındakı kimi çox sadə buruq quyularında istifadə olunur. Qazma mayesi tez-tez gilli məhlul da adlandırılır. Qazma mayesinin üç əsas növü var:su əsaslı qazma məhlulu (hansı ki dipers və qeyri-dispers ola bilir) , adətən neft əsaslı gilli məhlul adlanan qeyri sulu məhlullar və qazların geniş çeşidi istifadə oluna bilən qazəmələgətirici qazma məhlulu. Qazma məhlulunun əsas funksiyasına quyu lüləsinə daxil olan lay mayelərinə olan təzyiqin qarşısını almaq, qazma zamanı qazma baltasını təmiz və sərin saxlamaq, qazma suxurlarını çıxarmaq daxildir. Xüsusi iş üçün istifadə olunan qazma mayesi laydakı zərərdən qaçmaq və korroziyanı məhdudlaşdırmaq üçün seçilib. == Qazma məhlulunun tipləri == Qazma məhlullarının bir çox növləri gündəlik istifadə olunur. Bəzi quyular tələb edir ki, dəliyin müxtəlif hissələrində qazma məhlulunun müxtəlif növlərindən istifadə olunsun və ya bəzi növləri digərləri ilə kombinasiyada istifadə olunsun. Ümumiyyətlə mayenin müxtəlif növləri bir neçə geniş kateqoriyaya bölünür: Hava:Sıxılmış hava ya quyunun dairəvi yeri ilə aşağı ya da qazma kəmərinin özünün aşağısına vurulur. Hava/su: Su əlavə etməklə özlülüyü artırmaq, quyunu yumaq, daha soyuq olmasını təmin etmək və təmizliyinə nəzarət etməkdir.
Qida məhsulu
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Qırmızıboyun maygülü
Qırmızıboyun maygülü (lat. Podiceps auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. == Statusu == Azərbaycana qışlamağa gəlir. == Xarakterik morfoloji əlamətləri == Qışda bel tərəfi qonur-boz, qarın tərəfi, qanadlarının altı və qoltuq lələkləri, başının altı və yan hissəsi ağ, boynunun alt tərəfi boz rəngdə olur. Yayda başında kürən lələklər topası və boynunda qara “yaxalığı” olur. Boynunun arxası qaramtıl-qonur, önü və yanları, döşünün yuxarı hissəsi və bədəninin yanları kürəndir. Bədəninin üst hissəsi qaramtıl-ağ olur. Dimdiyi düz və dartılmış şəkildə, çox hissəsi qara, uc hissəsi bozumtul, dib hissəsi isə boz-çəhrayı rəngdədir. Cavanların başının və boynunun yanlarında tünd naxışlar görünür. == Cinsiyyət dimorfizmi == Erkəkləri dişilərindən az iridir.
Turizm məhsulu
Turizm məhsulu - səyahət zamanı turistin tələbatının ödənilməsi üçün lazım olan maddi istehlak malları və qeyri-maddi (xidmət formasında) istehlak dəyərinin toplusudur. == Növləri == Bütövlük (tamlıq) - məhsulun tam olması və müştəri tələbatlarını tam ödəməsi Effektlilik - turistin az xərclə, yüksək effekt əldə etməsi Etibarlılıq - məhsulun tərkibinin reklamla uyğunluğu, keyfiyyətin informasiya ilə təsdiq olunması Aşkarlıq - məhsulun istehlakçı və onun yönümü həm turistə, həm də xidmət personalına aydın olmalıdır. Çeviklik - məhsulun və xidmət sisteminin başqa tip istehlakçıya uyğunlaşması Qonaqpərvərlik - insanlarla görüşdən məmnunluq hissini onlara aşılamaq bacarığı, təvazökarlıq, hörmət, personalın gülərüzlüyü, qonaqlara və turistlərə səmimi münasibətindən ibarətdir. == Xidmət tədarükçüləri == Turun təşkili zamanı turistlərə göstərilən kompleks xidmətdə iştirak edən bütün müəssisə və təşkilatlar - xidmət tədarükçüləri adlanır. Turizm firması bu tədarükçülərlə öz münasibətlərini müqavilə əsasında qurur.
Maliyyə məhsulu
Maliyyə məhsulu — müəyyən bir müştərinin problemlərini həll etmək üçün xüsusi olaraq hazırlanmış maliyyə yeniliyi. Maliyyə məhsulu bir-biri ilə əlaqəli olan maliyyə xidmətləri, maliyyə alətləri və maliyyə texnologiyaları paketidir. == Haqqında == Con F. Marşall öz əsərlərindən birində deyirdi ki, maliyyə innovasiyaları istehlak malları sənayesində məhsulların təkmilləşdirilməsi üçün aparılan tədqiqatların nəticələri ilə bağlıdır. Maliyyə yeniliklərinin yaradılması məhsulların təkmilləşdirilməsi yolları ilə sıx bağlıdır. Müəyyən bir müştərinin problemlərini həll etmək üçün hazırlanmış maliyyə yeniliyi maliyyə məhsuluna çevrilir. Maliyyə məhsulu geniş istifadə olunarsa, maliyyə alətinə çevrilir. Maliyyə məhsullarını maliyyə fəaliyyəti sektorundan asılı olaraq bölmək olar: sığorta məhsulu, bank məhsulu, pensiya məhsulu, investisiya məhsulu var. Maliyyə məhsulu bu yaxınlarda yaradılmış, konkret müştəri üçün hazırlanmış, unikal və bahalı yenilik deməkdir. Maliyyə məhsulu maliyyə alətinin prototipidir. Maliyyə bazarında kommersiya münasibətləri proseslərində maliyyə məhsulunun həyata keçirilməsinin nəticəsi maliyyə alətidir.
Gil Məhlulu (1935)
Yumurta (qida məhsulu)
Yumurta – qida məhsulu və həyat mənbəyi. Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır. == Tarix == Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
Yuxarı Bəytulu (Sayınqala)
Yuxarı Bəytulu (fars. بيگ تولي عليا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 222 nəfər yaşayır (39 ailə).