Qazma məhlulu — Geotexniki mühəndislikdə qazma məhlulu torpaqdakı buruq quyularını qazmağa kömək etmək üçün istifadə edilir. Qazma mayesi tez-tez istifadə olunan neft və təbii qaz və həmçinin də kəşfiyyat qazma quyusunda artezian quyularındakı kimi çox sadə buruq quyularında istifadə olunur. Qazma mayesi tez-tez gilli məhlul da adlandırılır. Qazma mayesinin üç əsas növü var:su əsaslı qazma məhlulu (hansı ki dipers və qeyri-dispers ola bilir) , adətən neft əsaslı gilli məhlul adlanan qeyri sulu məhlullar və qazların geniş çeşidi istifadə oluna bilən qazəmələgətirici qazma məhlulu.
Qazma məhlulunun əsas funksiyasına quyu lüləsinə daxil olan lay mayelərinə olan təzyiqin qarşısını almaq, qazma zamanı qazma baltasını təmiz və sərin saxlamaq, qazma suxurlarını çıxarmaq daxildir. Xüsusi iş üçün istifadə olunan qazma mayesi laydakı zərərdən qaçmaq və korroziyanı məhdudlaşdırmaq üçün seçilib.[1]
Qazma məhlullarının bir çox növləri gündəlik istifadə olunur. Bəzi quyular tələb edir ki, dəliyin müxtəlif hissələrində qazma məhlulunun müxtəlif növlərindən istifadə olunsun və ya bəzi növləri digərləri ilə kombinasiyada istifadə olunsun. Ümumiyyətlə mayenin müxtəlif növləri bir neçə geniş kateqoriyaya bölünür:
Neft əsaslı qazma məhlulu (NQM): Özlülü mayenin dizel yanacağı kimi neft məhsulu olan yerdə neft əsaslı qazma məhlulu qazma məhlulu kimi istifadə olunur. Neft əsaslı qazma məhlulları bir çox səbəblərə görə istifadə olunur, bunlara yağlılığın artırılması, gücləndirilmiş şist ingibitorlaşması və az qatılıqla yüksək təmizlik qabiliyyəti daxildir. Həmçinin neft əsaslı qazma məhlulları yüksək istiliyə xarab olmadan davam gətirir. Xüsusilə riskli quyularda , müvafiq yerdə doğranmış suxurların zərərsizləşdirilməsi kimi ekoloji mülahizələr və kəşfiyyat quyularında neft əsaslı qazma məhlulundan istifadə kimi neft əsaslı qazma məhlullarının istifadəsi üçün xüsusi mülahizələri var. Neft əsaslı qazma məhlulu suxur hissələrinin və kernlərin (quyulardan çıxarılan lüləşəkilli suxur nümunəsi) geokimyəvi analizi mane olur. ANI (Amerika Neft İnstitutu) üzrə çəkinin müəyyənləşdirilməsi ilə əsas maye laydan qayıtmış neftdən fərləndrilə bilməz.
Sintetik əsaslı qazma məhlulu(SQM) (başqa adla Aşağı Toksiklikli Neft əsaslı Qazma Məhlulu və ya ATNQM):Əsas mayenin sintetik neft olduğu yerlərdə sintetik əsaslı maye qazma məhluludur. Bu ən çox dəniz qurğularında istifadə olunur, çünki onda neft əsaslı qazma məhlulunun xassələri var, ancaq bu mayenin toksik buxarları neft əsaslı mayeninkindən xeyli azdır. İşçilər belə dəniz qazma qurğusu kimi qapalı məkanda məhlul ilə işləyərkən bu çox vacibdir. Sintetik-əsaslı məhlul neft əsaslı məhlul kimi eyni ekoloji və araşdırma problemləri yaradır.