Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərzəx
Bərzəx ( (ərəb.) برزخ) — Coğrafi termin olaraq iki quru parçasını birləşdirən dar, ensiz keçidə deyilir. Bərzəx bir növ boğazın əksidir. Belə ki, boğazlar iki tərəfdən quru ilə əhatələndiyi halda, bərzəx iki su sahəsi ilə əhatələnir. Boğaz iki su sahəsini birləşdirdiyi halda, bərzəx iki quru parçasını birləşdirir. Bərzəx termini dilimizə ərəb dilindən keçmişdir. Dilimizə tərcümədə Aralıq və ya Keçid anlamını verir. Bərzəxlər bir növ əlverişli kanal tikintisinə imkan verir. Belə ki, onların dar, ensiz olması praktiki və maliyyə cəhətdən bunu mümkün edir. Buna Süveyş kanalı və Panama kanalını misal çəkmək olar. Dünyada bir çox bərzəxlər vardır: Panama bərzəxi — Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirir.
Fərsəx
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Kərnəq
Kərnəq (fars. كرنق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 216 nəfər yaşayır (38 ailə).
Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Zərnəq
Zərnəq və ya Zərnə — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,766 nəfər və 1,132 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nəqnə
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nərcə
Nərcə - İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,604 nəfər və 1,661 ailədən ibarət idi. Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar, dinləri isə şiə müsəlmandırlar. == Görməli yerlər == === Nərgə təpəsi === Bu təpə Takistan bölgəsində yerləşən ən böyük tarixi təpə olaraq,uzunluğu 220 metr, eni isə 180 metrdir. === İmamzadə Zərlan türbəsi === Nərcənin içində yertutan müqəddəs bir yer.
Zərnə
Zərnə — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Zərnə kəndi Qax rayonunun mərkəzindən 18 km məsafədə (köhnə Zaqatala yolu üzərində) yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Kəndin adının yaranması tarixçəsində belə qeyd olunur ki, vaxtilə bu kənddə çəltik, düyü əkərlərmiş. Bu düyü növü zər kimi parıldayarmış, bərq vurarmış. == Toponimikası == Zərnə oyk., sadə. Qax r-nunun Ləkit i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XVIII əsrin 20-ci illərində Dağıstanın Saxur kəndindən və Şəkidən köçüb gəlmiş ailələr Zəmə adlı çəltik əkini sahəsində salmışlar. Bəzi tədqiqatçılara görə, oykonim ərəb dilindəki zər (əkin) sözündən və -nə sözdüzəldici şəkilçisindən ibarət olub, “əkin yeri” mənasındadır. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Zərnə kəndində milli tərkibi ləzgilərdən və muğallardan ibarət 94 ailə yaşayırdı.
Bərzəx aləmi
Bərzəx aləmi (ərəb. برزخ,‎) - İslam inancına görə insanların öldükdən sonra qaldığı müvəqqəti yer. İslama görə insanlar öldükdən sonra bir başa cənnət və ya cəhənnəmə yox, Bərzəx aləminə gedirlər. Qiyamət günündən sonra insanların əməllərinə görə hara getdiyi müəyyənləşir. Bərzəx sözünün əsl mənası iki şey arasında yerləşən deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - Bərzəx adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar.
Fərrəx Dəulətşa
Fərrəx Dəulətşa (başq. Фәррәх Дәүләтша улы Дәүләтшин 31 dekabr 1887, Ufa quberniyası – 10 yanvar 1956, Birsk rayonu, Başqırd MSSR) — şair, folklorşünas, başqırd ədəbiyyatının klassiki. Başqırd Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1944), Başqırd Muxtar Sovet Sosialist Respublikasının Yazıçılar Birliyinin üzvü (1939). == Bioqrafiyası == Fərrəx Dəulətşa 31 dekabr 1887-ci ildə Ufa əyalətinin Birsk qəzasında, Starourtaevo kəndində anadan olmuşdur. 8 yaşında valideynlərini itirir. 1913-1916-cı illərdə Belı Klyuç kağız fabrikində (Akçişminski kağız fabriki) işləyərkən, buxar qazanının partlamasından gözlərini itirir. Ağır xəsarət aldıqdan sonra işsiz qalır. Kəndinə qayıdan Fərrəx Dəulətşa yemi mahnılar bəstələməyə və ifa etməyə başlayır. Kənddə başlayan inqilabi quruluş onun əsərlərinin mövzusunu müəyyənləşdirir ("Dağlarda gəzən bir adam", "Baba Yagir", "Boyarların bəlası", "Bayt Nuri"). Beytlərində hər cür folklordan - tapmacalardan, atalar sözləri və məsəllərdən, kubayırlardan, nağıllardan və adət-ənənələrdən istifadə edir.
Kuz Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Medanos (bərzəx)
Medanos bərzəği — Venesuelanın Falkon ştatı ərazisində ərazisində yerləşir. Paraguana yarımadasını Cənubi Amerika qitəsi ilə birləşdirir. Bərzəğin eni 3,72 mil, uzunluğu 16,78 mil təşkil edir. Ərazidə Medanos de Koro Milli Parkı yerləşir.
Nəmnəq (Culfa)
Nəmnəq (fars. نمنق‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (31 ailə).
Teuantepek (bərzəx)
Teuantepek bərzəği (isp. Istmo de Tehuantepec) — Bərzəx Şimali Amerika ərazisində Meksika körfəzi (Atlantik okean) ilə Sakit okean arasında yerləşir. Bərzəği çox zaman Mərkəzi Amerikanın şimal sərhəddi kimi göstərilir. Bərzəx öz adını yaxınlığında yerləşən Santo-Dominqo-Teuantepek (Oaxaka ştatı) şəhərinin adından götürülmüşdür. Bu da öz növbəsində astek tecuani-tepec kəlməsindən götürmüşdürki, mənası Bəbirlər dağı anlamında işlədilir. == Coğrafiyası == Bərzəx Verakruz və Oaxaka ştatları və az bir qismi Tabasko və Cyapas ştatları ərazisinə düşür. Bərzəğin eni Kampeçe körfəzindən Teutepek körfəzinə qədər 215 km, Superior laqununa qədər isə 192 km təşkil edir. Qərbində Cənubi Serra-Madre silsiləsi keçir. Daxili hissədə hündürlük 650 m təşkil edir. Civela aşırından 224 m yüksəklikdə dəmiryolu keçir.
Vərnəq (Təbriz)
Vərnəq (fars. ورنق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 470 nəfər yaşayır (118 ailə).
Zərnəq (Miyanə)
Zərnəq (fars. زرنق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (29 ailə).
Zərnəq (Təbriz)
Zərnəq (fars. زرنق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.036 nəfər yaşayır (542 ailə).
Zərnəq (Xudafərin)
Zərnəq (fars. زرنق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (27 ailə).
Zərnəq (dəqiqləşdirmə)
Zərnəq
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Nərə
Nərə (lat. Acipenser) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Dərnə döyüşü
Dərnə döyüşü — 5 oktyabr 1911-ci il və 18 oktyabr 1912-ci il tarixlərində Tripoli müharibəsi əsnasında Dərnəyi ələ keçirmək istəyən italyanlar arasında gedən döyüş. == Döyüşün gedişatı == İtalyan qoşunları 1 oktyabr 1911-ci ildə Tripolinin mühasirəsini elan etdikdən üç gün sonra şəhərə daxil olduqda, bir qrup italyan ilk donanması Birliyin önünə gələndə şəhər ağsaqqalları bir heyət göndərdi və admiraldan şəhəri bombalamamasını istədi. Admiral Presbitero, şəhərdəki Osmanlı qüvvələrinin təslim olduqları və Osmanlı qüvvələrinin təslim olmaq şərtilə bombardmanlardan imtina edəcəyini açıqlamışdı. Komandir Mustafa Kamal Atatürk 8 dekabr 1911-ci ildə Misir və Tunis vasitəsilə bir qrup könüllü zabitlə gizli şəkildə Liviyaya gəldi. Dekabrın 22-də o, komandanlığı altında könüllü hərbçilərlə birlikdə Tobruk döyüşündə italyan qoşunlarını məğlub etdi. Dənizə püskürən italyanlar, çimərlikdə lövbərlənmiş hərbi artilleriya dəstəyi sayəsində quruda qalmağı bacardılar. Liviyada ilk dəfə olaraq, İtaliya ordusu müharibədə kəşf və hava-yer hücumu üçün təyyarələrdən istifadə etdi. Baş qərargah rəisi vəzifəsinə irəli çəkilən Mustafa Kamal 16 yanvar 1912-ci ildə təyyarədən atılan bomba ilə sol gözündən yaralanmışdır. Bir ay xəstəxanada müalicə olunmasına baxmayaraq bomba yarası Mustafa Kamalın gözünə qalıcı ziyan vurdu. İtalyan qoşunları Sunini partizanlarının əksəriyyətinə qarşı müvəffəq ola bilmədi və hərbi artilleriya atəşi ilə qorunan sahil ərazisindən kənara çıxa bilmədi.
Gərnə (İcrud)
Gərnə (fars. گرنه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (21 ailə).
Hərnə (Kəleybər)
Hərnə (fars. هارنا‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (29 ailə).
Mərnə (Urmiya)
Mərnə (fars. مرنه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 397 nəfər yaşayır (58 ailə).
Bernen
Bernen (fr. Bernin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38039. Kommunanın 2007-ci il üçün əhalisi 3007 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1200 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Nerey
Nerey (yun. Νηρεύς) — Yunan mifologiyasında çox sevilən və hörmət bəslənilən müdrik, ədalətli, dənizcilərin dostu, xoş xasiyyətli su aləmi (dəniz) tanrısı, Geya və Pontun böyük oğlu. Doridanın əri nereidaların atası. Eyni zamanda Fetidanın əridir. Bəzi mənbələrə görə qazı sayılan Amfitrita Poseydonun arvadıdır.
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
Abba Lerner
Abba Ptaxiya Lerner (ing. Abba Lerner,İngiltərədən ABŞ-yə mühacirət etməzdən əvvəl — Abram (Aba) Psaxiya Lerner, ing. Abraham (Abba) Psachia Lerner; 28 oktyabr 1903[…], Bessarabiya quberniyası[d] – 27 oktyabr 1982[…], Tallahassi[d]) — amerikalı iqtisadçı, Lerner əmsalı, Marşall-Lerner şərtləri, Lerner-Samuelson teoreminin yaradıcısı. == Bioqrafiyası == 28 oktyabr 1903-cü ildə Bessarabiya vilayətinin Novoselitsa şəhərində papaqçı Moişe (Morris) İsaak Lerner və Sofiya (Sura Abovna) Buxmanın (1867-?) ailəsində anadan olmuşdur. Üç yaşında valideynləri ilə birlikdə İngiltərəyə mühacirət etdi (1906). Londonda İst End-dəki Betnal Qrində böyüdü; Ümumilikdə ailənin 8 övladı var idi, onlardan ən böyüyü Abba idi və valideynlərinin mühacirətindən əvvəl doğulmuş yeganə uşaq idi. On altı yaşından papaq fabrikində maşinist işləmiş, gecə məktəbində, sonra ravvinlər akademiyasında oxumuş və özü də yəhudi məktəbində dərs demişdir. 1932-ci ildə London İqtisadiyyat Məktəbində bakalavr, 1943-cü ildə isə iqtisad elmləri doktoru dərəcəsi alıb. Müəllimlik fəaliyyətinə 1936–1937-ci illərdə LSE-də dosent kimi başlamışdır. 1933-cü ildə Lernerin köməyi ilə İqtisadi Tədqiqatların İcmalı jurnalı təsis edildi[en], o, 1937-ci ilə qədər redaktorlarından biri olub.
Alfred Verner
Alfred Verner(alm. Alfred Werner‎; 12 dekabr 1866, Müluz — 15 noyabr 1919, Sürix) — İsveçrə kimyaçısı. Kimya üzrə Nobel mükafatı laureatı (1913). == Həyatı == Müluzda (Elzas, Fransa) (1866–1919), İsveçrə kimyaçısı Verner Alfred 1889- cu ildə Sürix Politexnik institutunu bitirmişdir. 1893–1915- ci illərdə Sürix Universitetində professor vəzifəsində çalışmış, 1909- cu ildə Universitetin nəzdindəki Kimya İnstitutunun direktoru olmuşdur. 1913- cü ildə molekulda atom rabitələrinin xarakterinin öyrənilməsi sahəsindəki işlərinə və qeyri- üzvi kimyanın yeni sahələrinin kəşfi ilə əlaqədar həyata keçirdiyi tədqiqatlara görə alimə Nobel mükafatı verilmişdir. Alfred Verner 15 noyabr 1919-cu ildə vəfat edib.
Emma Terner
Emma Luiza Terner və ya E L Terner — ingilis ornitoloq və qabaqcıl quş fotoqrafı idi. Terner vəhşi təbiət fotoqrafı Riçard Kearton ilə tanış olduqdan sonra 34 yaşında fotoqrafiya ilə məşğul olmağa başladı. O, 1901-ci ildə Kral Fotoqrafiya Cəmiyyətinə (KFC) qoşulmuş və 1904-cü ilə qədər öz foto slaydları ilə təsvir edilmiş çıxışlar etməyə başlamışdır. Terner 1908-ci ildə, 41 yaşında peşəkar mühazirəçi adını alır. Terner hər ilin müəyyən bir hissəsini Norfolkda keçirirdi. Onun 1911-ci ildə Norfolkda çəkdiyi yuva quran danquşunun şəkli növün 19-cu əsrin sonlarında müvafiq ərazidə nəsli kəsildikdən sonra yuva quran quş olaraq Birləşmiş Krallığa qayıtmasının ilk sübutu idi. Turner səkkiz kitab və çox sayda jurnal və jurnal məqaləsinin müəllifi olmuş və onun çəkdiyi Böyük maygülü fotosu onun KFC-nin Qızıl medalına layiq görülməsinə səbəb olmuşdur. == Erkən həyatı == Emma Luiza Terner 9 iyun 1867-ci ildə Kent ştatının Royal-Tanbric-Uells ştatının Lanqton-Qrin şəhərində Con və Emma Ternerin ailəsində anadan olub. O, Meri adlı bacısı və Con və Frenk adlı qardaşlarından sonra ailənin dördüncü və sonuncu övladı idi. Onun atası üç işçisi olan paltar satıcısı və baqqal idi.
George Çerney
Katolikos Nerses
Katolikos Nerses Bakur (bilinmir – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı. == Katolikosluğu == Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi.
Lerner əmsalı
Lerner əmsalı, və ya Lerner indeksi, sənaye bazarı nəzəriyyəsi sahəsində — qiymətin marjinal xərcdən nisbi artıqlığına bərabər olan firmanın bazar gücünün ölçüsü. Əmsal 1934-cü ildə iqtisadçı Abba Lerner tərəfindən təklif edilmişdir. Əmsal qeyri-kamil rəqabət şəraitində bazar gücünü qiymətləndirmək üçün istifadə edilə bilər. Məsələn, monopoliyalar. == Tərifi == Bazar gücünün göstəricisi satış qiymətinin marjinal dəyəri üstələyən məbləğin qiymətindəki payıdır. Bu dəyər ticarət əlavəsi adlanır (ing. mark-up). L = P − M C P {\displaystyle L={\frac {P-MC}{P}}} burada P {\displaystyle P} — məhsulun qiyməti; M C {\displaystyle MC} — marjinal dəyəri. Əmsal sıfırdan birə qədər olan dəyərləri qəbul edir. Nə qədər böyükdürsə, firmanın sövdələşmə gücü bir o qədər yüksəkdir.
Mark Kerney
Mark Kerney — Kanada Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Nerses Aştaraketsi
Nerses Aştaraketsi (13 fevral 1770, Əştərək – 1857, Üçkilsə) — Erməni Qriqoryan Kilsəsinin rəhbəri. - Arxiyepiskop.
Nerses Bakur
Katolikos Nerses Bakur (bilinmir – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı. == Katolikosluğu == Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi.