Teuantepek bərzəği isp. Istmo de Tehuantepec | |
Bərzəğin yerləşdiyi ərazi | |
17°12′15″ şm. e. 94°44′57″ q. u. | |
Ölkə | Meksika |
Birləşdirir | Yukatan yarımadasını Meksikanın digər hissəsi ilə |
Teuantepek bərzəği Vikianbarda |
Teuantepek bərzəği (isp. Istmo de Tehuantepec) — Bərzəx Şimali Amerika ərazisində Meksika körfəzi (Atlantik okean) ilə Sakit okean arasında yerləşir. Bərzəği çox zaman Mərkəzi Amerikanın şimal sərhəddi kimi göstərilir. Bərzəx öz adını yaxınlığında yerləşən Santo-Dominqo-Teuantepek (Oaxaka ştatı) şəhərinin adından götürülmüşdür. Bu da öz növbəsində astek tecuani-tepec kəlməsindən götürmüşdürki, mənası Bəbirlər dağı anlamında işlədilir.
Bərzəx Verakruz və Oaxaka ştatları və az bir qismi Tabasko və Cyapas ştatları ərazisinə düşür. Bərzəğin eni Kampeçe körfəzindən Teutepek körfəzinə qədər 215 km, Superior laqununa qədər isə 192 km təşkil edir.
Qərbində Cənubi Serra-Madre silsiləsi keçir. Daxili hissədə hündürlük 650 m təşkil edir. Civela aşırından 224 m yüksəklikdə dəmiryolu keçir. Bərzəğin şimalı güçlü bataqlaşmış ərazidir. Üstəlik sıx meşəliklərlə örtülüdür. Kampece körfəzində Kоаçакоаlkоs limanı, Tеuаntеpеk körfəzində isə Salina-Kruz limanı yerləşir. Şimali Amerika plitəsinin cənub qutaracağı yerləşir.
Açıq yüksəkliklərdə Sakit okeandan sakit meh gəlir, bu səbəbdən iqlimi yumşaqdır. Yağıntıların illik miqdarı 3960 mm, kölgədə ən yüksək temperatur 35 s təşkil edir. Sakit okean sahillərinə yağıntı nisbətən az düşdüyündən həmin hissədə iqlim bir az quraqdır.
Dağ silsiləsinin hündürlüyünün alçaq olması passatların Meksika körfəzindən sərbəst şəkildə Sakit okeana keçməsinə imkan verir. Civelo aşırımında güçlü küləklər müşahidə edilir. Bu çür küləklər Teuano (isp. Tehuano) adını almışdır.
Bərzəx uzun zaman mühüm ticarət yolunun üzərində yerləşməsi və qısalığı səbəbindən diqqət mərkəzində idi. XIX əsrdən ərazidə dəmiryolu fəaliyyət göstərirdi. Kanal tikintisi planlaşdırılsada Panama kanalı səbəbindən reallaşmır. Bununla belə əlverişlilik baxımından daha yaxşı olsa da bərzəğin eninin çox böyük olması Panama kanalını daha aktual etmişdir. 1859-cı ildən bərzəx bütünlüklə ABŞın Treaty of Transit and Commerce konsepsiyasına icarəyə verilir. Benito Pablo Xuares tərəfindən imzalanmış sənəd ABŞ Konqresi tərəfindən ratifikasiya edilməmiş olaraq qalır. Bu sənəd ABŞ dövlətinə bu yoldan tranzit kimi istifadəsinə imkan verirdi.
O zaman ki, kanal tikintisi baha başa gələcəyi bilindi Ceyms İds dörd zolaqlı dəmiryolu tikintisi planını irəli sürdü. Sonradan adı dəmiryolu layihəsi təstiqlənir. Meksika hökuməti yolun tikintisini özü rellaşdırmaq istəyirdi. Bununla belə vəsait catışmamazlığı nəticəsində cəmi 108 km tikilir. 1893-ci ildə artıq cəmi 60 km yol tikintisi qalmışdı. Dördüncü cədhdə 1894-ci ildə yol istifadəyə verilir. Bununla belə müəyyən olunur ki, terminallar catışmır, üstəlik intensiv hərəkətə yararlı deyil. İngilis şirkəti olan «S. Pearson & Son, Ltd.» bu catışmamazlıqları aradan qaldırmağa başlayır. Liman tikilir dar tunellər genişləndirilir, terminallar yaradılır və buda intensivliyi artırmağa imkan verir. İşlər 1889-cu ilin dekabrından 1907-ci ilin yanvayına kimi davam edir. Bununla da yol rəsmi olaraq açılır. Dəmir yolunun uzunluğu — 308 km (dairəvi 29 km nəzərə alınmadan) təşkil edir. Sonradan Kordova yoluna (343 km) və Mexiko yoluna birləşdirilir (500).