Katolikos Nerses

Katolikos Nerses Bakur (bilinmir[1]706[1]) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı.

Nerses Bakur
Doğum tarixi bilinmir[1]
Vəfat tarixi 706[1]

Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi. Əbdülmalik Nerses Bakuru katolikosluqdan kənarlaşdırdı.

Moisey Kalankatlı onun haqqında yazır:

Katolikos Nerses Girdiman kilsə dairəsindəndir. Katolikos kürsüsündə on yeddi il oturub. Günahlı məfkurəyə malik olub, xalkedon küfrünü qəbul etməklə Albaniya ölkəsini çaşdırmaq istədi. Cismən və ruhən lənətlənərək albanlar və ermənilər tərəfindən Allah Oğlunun şərəfindən məhrum edilib kafirlərə hazırlanan ölümə məhkum olundu.

Kalankatlının və eləcə də bir çox erməni dilli müəlliflərin məlumatından bəlli olur ki, Katolikos Nerses taxtdan salınaraq öldürülmüşdür. Mxitar Qoş isə onun haqqında qısaca olaraq bunu qeyd edir: "O, xalkedon küfrünün tərəfdarı idi."

  1. 1 2 3 4 Erməni Sovet Ensiklopediyası, VIII cild (erm.). C. 8. S. 252.