Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nişançı (vəzifə)
Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi. == Tarixi == Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı.
Nişançı Mustafa Paşa
Nişançı Mustafa Paşa (ö. 13 sentyabr 1661) — IV Murad, Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Mostarda dünyaya gəldi. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək şahinçibaşı oldu. 1628-ci ildə yeniçəri ağası, həmin ilin sonunda isə Dəməşq bəylərbəyi təyin edildi. 1631-ci ildə vəzifədən alınsa da, 1633-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Silifkə sancaqbəyliyi də ona verilərək nişançı vəzir oldu. 1643-1645-ci illərdə Silistrə bəylərbəyi olaraq xidmət etdi. 1647-ci ilin avqustunda Misir bəylərbəyi olub, həmin ilin dekabrında vəzifədən alındı.
Nişançı Əhməd Paşa
Nişançı Əhməd Paşa (Trabzon – 1705) — III Əhməd səltənətində 10 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Silâhdar Mehmed Ağa, Nusretnâme: Tahlil ve Metin (haz. Mehmet Topal, doktora tezi, 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 587, 610, 629-630, 652-653, 670-671; Ahmed Hasîb Efendi, Ravzatü’l-küberâ (haz. Mesut Aydıner), Ankara 2003, s. 31-32, 34-35, 70; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, İstanbul 1271 ⟶ Freiburg 1969, s. 2-3; Sicill-i Osmânî, I, 235; Hüseyin Hüsâmeddin, Nişancılar Durağı, İSAM Ktp., nr. 63810, s. 127-130; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 28, 31, 34-35, 42, 44; Danişmend, Kronoloji2, III, 488-489; J. von Hammer-Purgstall, Büyük Osmanlı Tarihi (haz.
Nifaq alması
Nifaq alması — qədim yunan miflərində qızılı alma, Peley və Fetidanın nikahı zamanı Erida tərəfindən masaya atılmış və üzərində "ən gözəl" (q.yun. τῇ καλλίστῃ), yazılmışdır. Əfsanəyə görə, bu mübahisə səbəbidir — Hera, Afina və Afrodita. Gənc Paris hakim qarşısına çağırıldı. Üç qadın onu öz tərəflərinə çəkərək, onu ən güclü hökmdar (Hera), ən cəsur qəhrəman (Afina) və ya ən gözəl qadının sahibi (Afrodita) olacağını vəd etmişdilər. Paris spartanın kralı olan Menelayın həyat yoldaşını qaçırmağına köməklik etdiyinə görə almanı Afroditaya verdi. Bu hadisə Troya müharibəsinin başlamağına səbəb olmuşdur. İlk dəfə olaraq "nifaq alması" termini II əsrdə romalı tarixçi Yustin Handaribadakan tərəfindən işlədilmişdir.
Sandra (ifaçı)
Sandra Enn Lauer (alm. Sandra Ann Lauer‎) - pop musiqi janrında ifa edən Almaniya ifaçısıdır. == Həyatı == Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlmişdir. Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat etmişdir). Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olmuşdur. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs almış və gitarada ifa etməyi öyrənmişdir. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanmışdır.
Shana (ifaçı)
Şana (ing. Shana Petrone) - rəqs və kantri musiqi janrlarında ifa edən Floridalı ABŞ ifaçısıdır. İlk albomu olan "I Want You" albomu, 1989-cu ildə "Vision Records" leyblı tərəfindən istehsal edilmiş və ABŞ-nin Billboard Hot 100 hit-paradında 165-ci mövqe tutmuşdur.
Ayaşlı Nişançı İsmayıl Paşa
Ayaşlı Nişançı İsmayıl Paşa (ö. may 1690) — II Süleyman dövründə ümumilikdə 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1621-ci ildə Ankaranın Ayaş qəzasında dünyaya gəlmişdir. Nişançı vəzir olduğu üçün Nişançı ləqəbi ilə anılmışdır. Ailəsi və saraya necə alındığı barədə məlumat yoxdur. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə xidmət etdi. Çuxadar vəzifəsində ikən 25 may 1668-ci ildə Rumeli bəylərbəyi olan İsmayıl Paşa 15 mart 1678-ci ildə Nişançı Abdi Paşanın yerinə nişançı vəzir təyin edildi və illərlə bu vəzifədə qaldı. 1687-ci ilin oktyabrında bir həftəliyinə İstanbul naibi oldu. Bunun ardından Sultan Mehmedin taxtdan endirilişi və II Süleymanın cülusu hadisələrində iştirak etdi. 1687-ci ilin noyabrında beşinci vəzirliyə gətirildi.
Nişançı Firudin Əhməd bəy
Nişançı Firudin Əhməd bəy həmçinin Nişançı Firudin Əhməd Paşa — dövlət xadimi, nişancı, tarixçi, xəttat və şair. I Süleymanın nəvəsi Ayşə Hümaşah Sultanın ikinci əri. Ona Osmanlı imperiyasının "ən məşhur nişançılarından biri" deyilir. İki əsərin müəllifidir: "Munşaat us-Salatin" ("Sultanların Məktubları") və "Nüzhetü-l-esrâr-il-ahbâr" (Siqetvar səfərinin təsviri). == Həyatı == Firudin Əhməd bəyin doğulduğu vaxt və yer məlum deyil. Vəqfin qeydlərinə görə atasının adı Abdulkadir olub. O, Çivizade Abdulla-effendi ilə birlikdə Şeyxülislam Çivizade Muhittin Mehmet-effendinin qardaşı deterdar Avdi-çələbinin ailəsində böyüyüb. 1552–1553-cü ildə Firudin Əhməd o dövrdə Rumeli bəylərbəyliyi olan Sokollu Mehmed Paşanın xidmətinə şəxsi katib olaraq girib. 1554-cü ildə I Süleyman ordusu ilə birlikdə Naxçıvan yürüşündə iştirak edib. Firudun Sokollu Mehmed Paşanın etibarlı adamı idi.
Nişançı Qaraman Mehmed Paşa
Nişançı Qaraman Mehmed Paşa (13 sentyabr 1458, Karaman – 4 may 1481, Konstantinopol) — Osmanlı sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477–1481-ci illərdə sədrəzəmlik etmişdir. Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. 1481-ci ildə yeniçərilər tərəfindən sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.
Samanta Foks (ifaçı)
Samanta Foks (ing. Samantha Fox 15 aprel 1966) – Böyük Britaniya fotomodeli və ifaçısıdır. == Həyatı == Samanta Foks 15 aprel 1966-cı ildə London şəhərində Patrik Con və Kerol Enn Foksun ailəsində anadan olmuşdu. Onun Kiçik bacısı Vanessa və atasının ikinci evliliyindən Frederik adlı ögey qardaşı vardır. İlk dəfə ekrana 3 yaşında çıxmış və televiziya karyerasına başlamışdır. 1980-cı illərin əvvəlində Samanta Foksun anası Kerol Foks onun şəklini çəkərək, «Face and Shape of 1983» adlı modelləri hazırlaşdıran "The People" qəzetinin müxbirlərinə göndərir. Müxbirlər Samantanın şəklini bəyənirlər və onu modelyerlik karyerasını başlamağı dəvət edirlər. Onun şəkli "The Sun" qəzetinin 3-cü səhifəsində 1984, 1985 və 1986-cı illərdə qələbə qazanır. Həmçinin, bu müddətdə musiqi karyerasına başlayır. Samanta Foks 1986-cı ildə Touch Me (I Want Your Body) mahnısını ifa edərək böyük populyarlıq qazanır.
Bıçaqçı
Bıçaqçı (Zərdab)
Nifçi
Nifçi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Otuzikilər kənd Sovetindən Nifçi kəndi Çələbilər kənd Sovetinin tərkibinə verilmişdir.
Bıçaqçı (Sayınqala)
Bıçaqçı (fars. پيچاقچي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (55 ailə).
Bıçaqçı (Zərdab)
Bıçaqçı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir. == Tarixi == Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir. Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir. Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur. == Mədəniyyəti == Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.
Bıçaqçı eli
Bıçaqçı eli — Kirmanda yaşayan türk eli. Tayfanın bir hissəsi Azərbaycanda da məskunlaşmışdır. Bu tayfanın adını daşıyan yer adları hələ də qalmaqdadır (məsələn: Bıçaqçı (Zərdab)). Azərbaycan türklərini təşkil edən qruplardan biri olan Bıçaqçı tayfası mənsublarının ana dili Azərbaycan türkcəsinin cənub dialektində danışırlar. Pierre Oberling Bıçaqçı xalçalarında Azərbaycan və Anadoluya xas xüsusiyyətlər olduğunu bildirərək, bunun onların nə zamansa bu bölgələrdən indi yaşadıqları yerlərə köç etdiklərini göstərdiyini bildirir. == Tarixi == Kermanın Sircan bölgəsində yaşamaqdadırlar. Tayfanın adı türk dilində bıçaq düzəldən mənasına gəlir, lakin Nemethin bildirdiyinə görə, həm də dalaşqan, qəzəbli mənasını da bildirməkdədir. Belə adda türk tayfa adları vaxtilə geniş yayılmışdı. Tayfanın erkən tarixi və haradan gəlməsi barədə çox az məlumat bilinməkdədir. İbn Bətutə Sivas bölgəsində yaşayan əsilzadələrdən biri olaraq Əhməd Bıçaqçı adında birini qeyd etməkdədir.
Çıraqçı (Həştrud)
Çıraqçı (fars. چراغچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (72 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 22 km qərbdədir.