Nişançı Mustafa Paşa (ö. 13 sentyabr 1661) — IV Murad, Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Nişançı Mustafa Paşa | |
---|---|
Əvvəlki | Heydərzadə Mehmed Paşa |
Sonrakı | Çavuş Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum yeri | Mostar, Bosniya əyaləti |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Mostarda dünyaya gəldi. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək şahinçibaşı oldu. 1628-ci ildə yeniçəri ağası, həmin ilin sonunda isə Dəməşq bəylərbəyi təyin edildi. 1631-ci ildə vəzifədən alınsa da, 1633-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Silifkə sancaqbəyliyi də ona verilərək nişançı vəzir oldu. 1643-1645-ci illərdə Silistrə bəylərbəyi olaraq xidmət etdi. 1647-ci ilin avqustunda Misir bəylərbəyi olub, həmin ilin dekabrında vəzifədən alındı. Yenidən paytaxta çağırılaraq nişançı vəzir olaraq divana daxil oldu. 13 sentyabr 1661-ci ildə İstanbulda vəfat etdi.