Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nigerin daxili deltası
Nigerin daxili delta — Mali ərazisində, Niger çayının orta axarında yerləşən daxili delta. Bəzən Masina adı ilə tanınır. == Təsviri == Delta 425 uzunluğa və 87 km enə malikdir. Nigerin əsas qollarınfdan biri olan Bani çayının yatağında vaxtı ilə axarsız bir göl olmüşdür. Hazırda bu ərazidə yalnız yağıçlar mövsümündə göl əməllə gəlir. Bu sulu ərazidə çoxlu sayda canlıları müşahidə etmək mümkündür. Dörd ay müddətində(iyuldan oktyabra qədər) ddeltanın sahəsi 3,9 mın. km²-dən 20 min. km² qədər artır. == Əhali == Deltanın yerləşdiyi ərazidə Fulbe və Doqon xalqları yaşayır.
Əsgəran
Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Əsgəran qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. == Tarixi == Azərbaycan türkcəsində Əski Aran yəni köhnə, qədim Aran və ya Arran anlamına gələn Əsgəran qəsəbəsi Xocalı rayonununda qəsəbədir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin (Pənahəli xan və ya Mehrəli bəy) tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilmişdir. Yerin adı isə qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, "Köhnə Aran, Qədim Aran) mənalarını özündə daşıyır.
Ağbulaq (Əsgəran)
Ağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Keçmış adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ağbulaq kəndinin əhalisinin faktiki sayı 116 nəfər, qeydiyyatdakı əhalinin sayı 117 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Bivəran (Əhər)
Bivəran — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Qərbi Dizmar kəndistanında kənd, kəndistanın mərkəzindən 8,5 km. cənub-qərbdədir.
Givəran (Xoy)
Givəran (fars. گيوران‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 907 nəfər yaşayır (159 ailə).
Muxtar (Əsgəran)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş kənd Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yerləşmiş olmuşdu. Muxtar kəndi 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Qışlaq (Əsgəran)
Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən həm də Çağqaşat adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qışlaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. Qışlaqlar maldar ellərin müvəqqəti mövsümü yaşayış məntəqəsi olub kəndlərdən kənarda salmır, müəyyən vaxtdan sonra əhali burada məskunlaşır və daimi yaşayış məntəqəsinə çevrilirdi. Bəzən belə məntəqəlarin adı dəyişir, çox vaxt köhnə ad saxlanilirdi. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qışlaq kəndinin əhalisinin faktiki sayı 202 nəfər, qeydiyyatdakı əhalinin sayı 200 nəfər təşkil edirdi.
Rev (Əsgəran)
Şəlvə (əvvəlki adı: Rev) — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Rev kəndi Şəlvə kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şəlvə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Şəlvə kəndi Qarabağ xanı İbrahim xana məxsus mülklərdən biri olmuşdur. Laçın rayonunda Şəlvə kənd adı ilə eynidir. XVIII əsrin ortalarına aid mənbədə Yuxari Qarabagın Xaçın nahiyəsində Şəlvə kəndinin adı qeyd olunur. Kənd dağətəyi ərazidədir. Bu kənddə məskunlaşmış ermənilər zamanında kəndin adı Rev adlanmışdır.
Əsgəran (dəqiqləşdirmə)
Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində şəhər. Əsgəran rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Əsgəran (İran) — İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Kərun bəxşində şəhər və bu bəxşin mərkəzi.
Əsgəran (İran)
Əsgəran— İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Kərun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,037 nəfər və 1,109 ailədən ibarət idi.
Əsgəran döyüşü
Əsgəran döyüşü (1920) — Azərbaycan ordusu hissələrinin 1920-ci ilin mart-aprelində erməni qoşunlarına qarşı apardığı hərbi əməliyyatın tərkib hissəsi. == Hadisələrin gedişatı == Bu məntəqə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H. Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi. == Döyüş == Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament Mühafizə Dəstəsi və partizan dəstələri iştirak edirdilər.
Əsgəran qalası
Əsgəran qalası — Azərbaycanda cəmiyyətdə "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi. Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbacan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır. Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilmişdir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş, ikiqat daş divarlarından ibarətdir.
Əsgəran rayonu
Əsgəran rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilmişdir. Rayon 1930-cu ilin avqustunda yaradılanda Stepanakert rayonu kimi yaradılıb. 1978-ci ildə isə adı dəyişdirilərək Əsgəran rayonu adlanıb.
Əsgəran toqquşması
Əsgəran toqquşması — 1988-ci il fevralın 22-23-də Əsgəran şəhərində baş vermiş toqquşma Birinci Qarabağ müharibəsinin başlanmasına səbəb olan başlanğıc nöqtələrindən biri olmuşdur. Əsgəran toqquşmasının ardınca Sumqayıt hadisələri baş verir. == Toqquşma == 1988-ci il fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu daşıyan Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul edirlər. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayonunun azərbaycanlı sakinləri dinc nümayiş keçirirlər. Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci — Əli Hacıyev və Bəxtiyar Quliyevi qətlə yetirirlər. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin baş prokrorunun birinci müavini F. Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqləyir. Bu toqquşmaların xəbəri fevralın 27-də Sumqayıt şəhərinin erməni sakinlərinə qarşı Sumqayıt talanına səbəb olur.
Brassica nigra subsp. nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Brassica nigra var. nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Pinus nigra var. nigra
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Salix nigra var. nigra
Nəqərat
Nəqərat — təkrarlanan ifadə. == Şeirdə == Şeirdə hər bəndin sonunda təkrarlanan parça. Bir və ya bir neçə misradan ibarət olur. Nəqəratdan müəllif fikrinin əsas qayəsini daha da qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə istifadə edilir. == Mahnıda == Mahnıda hər bəndin sonunda eyni mətnlə ifa olunan hissə. Nəqərat adətən melodiyanın və musuqi formasının 2-ci hissəsisini (2-ci cümlı, 2-ci bənd) əmələ gətirir. Nəqəratın melodya və ritmi mahnının 1-ci hissəsində nisbətən daha sadə, dəqiq və aydın olur. Kiçik həcmli xalq mahnılarında nəqərat çox zaman mahnının melodiyasını bütövlüklə təkrar edir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Alnus nigra
Adi qızılağac (lat. Alnus glutinosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. == Sinonimləri == Alnus aurea K.Koch Alnus cerifera Hartig ex Regel Alnus dubia Req. ex Regel [Invalid] Alnus emarginata Krock. Alnus februaria Kuntze [Illegitimate] Alnus februaria var. incisa (Willd.) Kuntze Alnus februaria var. maculata Kuntze Alnus februaria var. oxyacanthifolia (Lodd.) Kuntze Alnus februaria var. pinnatifida (Spach) Kuntze Alnus februaria var. quercifolia (Willd.) Kuntze Alnus glutinosa f.
Amerina nigra
Salix nigra (lat. Salix nigra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amerina nigra (Marshall) Raf.
Avena nigra
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Ballota nigra
Ballota nigra (lat. Ballota nigra) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin ballota cinsinə aid bitki növü.
Betula nigra
Qara tozağacı (lat. Betula nigra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Brassica nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Carex nigra
Qara cil (lat. Carex nigra) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Niger
Niger — rəsmi surətdə -Niger Respublikası — Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində "Böyük çay" və ya "Çaylar çayı" deməkdir. Ölkə ərazisinin 80 %-i Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir. Niger 7 ölkə ilə həmsərhəddir — Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə. == Tarixi == === Tarixəqədərki dövr === Müasir Saxara səhrasının ərazisində əlverişli rütubətli iqlim şəraiti olduğu dövrdə Nigerin sakinləri indikindən xeyli fərqlənirdi. E.ə. 8–6-cı minilliklərdə Higerdə Kiffiy mədəniyyəti mövcud olmuşdur. Kiffiy mədəniyyətinin nümayəndələri hündürboylu və möhkəm bədən quruluşuna malik idilər.
Çığıran sərçələr
Çığıran sərçələr (lat. Tyranni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Nagehan Alçı
Nagehan Alçı (13 aprel 1977, İstanbul) — Türkiyə jurnalisti və aparıcısı. == Həyatı == 13 aprel 1977-ci ildə İstanbulda doğuldu. İstanbul Liseyini bitirdikdən sonra Boğaziçi Universiteti Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Fakültəsində təhsil aldı. Sosial mediada onun katolik məktəbindən məzmun olduğu ilə bağlı iddialar həqiqəti əks etdirmir. == Şəxsi həyatı == İngilis, alman, ispan dillərini bilir. Fransız dilini də anlayır, zəif səviyyədə ərəb dilində də bilir. 20 may 2006-cı ildə Emre Ayan ilə evləndi. Daha sonra onlar boşandı. 2010-cu ilin dekabrında Rasim Ozan Kütahyalı ilə evləndi. Bu evlilikdən Betül Yasemin ve Ayşe Ela adında iki əkiz qızları oldu.
Böyük Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140, Qəmərli və ya Ermənistan krallığı – e.ə. 55, Ermənistan krallığı) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.
III Tiqran
III Tiqran (erm. Տիգրան Գ; e. ə. I əsr, Qəmərli – e. ə. I əsr, Qəmərli) — E.ə. 20–8-ci illər arasında Böyük Ermənistanın kralı olub II Artavazdın oğludur. Miladdan əvvəl 34-cü ildə Roma triumviri Mark Antoni cani hesab etdiyi II Artavazdı oğulları və arvadları ilə birlikdə əsir tutub Misirə göndərmiş və eramızdan əvvəl 31-ci ildə onun başını kəsərək öldürtdürmüşdür. Elə həmin ildədə Mark Antoni və VII Kleopatranın özlərinin də öldürülməsindən sonra Tiqran, qardaşı Artaşes və ailənin digər üzvləri ilk Roma imperatoru Oktavian Augustus tərəfindən idarə olundular. Tiqran, eramızdan əvvəl 20-ci ilə qədər təhsil aldığı Romada yaşamışdır.
II Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140, Qəmərli və ya Ermənistan krallığı – e.ə. 55, Ermənistan krallığı) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.
IV Tiqran
IV Tiqran (e.ə. 35 – 1) (arm: Տիգրան Դ) - III Tiqranın oğlu Artaşşidlər sülaləsinin nümayəndəsi və Ermənistan kralı. III Tiqranın ölümündən sonra oğlu IV Tiqran Roma qanunlarına əhəmiyyət verməyərək taxta çıxmışdır. Yunan dünyasının qanunlarına görə öz bacısı Erato ilə evlənmişdir. Lakin, e.ə. 5-ci ildə Romalılar onu taxtdan məhrum etmiş və onun yerinə uzun müddət əsir saxlanılmış başqa bir qardaşı olan III Artavazdeni kral təyin etmişlər. Ancaq onu yalnız üç il taxtda saxlaya bildilər. Çevrilişin köməyi ilə Tiqran və Erato yenidən taxta qayıtdılar. Lakin Tiqran tezliklə şimaldan gələn və Ermənistana hücum edən Alanlara qarşı döyüşdə öldürüldü və Erato qısa müddət sonra taxtdan imtina etdi.
Niqlan (Miyanə)
Niqlan (fars. نقلان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (30 ailə).
Tiqran Avinyan
Tiqran Avinyan (erm. Տիգրան Ավինյան; 28 fevral 1989, İrəvan) — Ermənistan siyasətçisi. O, Ermənistan Baş nazirinin müavini vəzifəsini tutur və "Yelk" blokunun siyahısından İrəvan Şəhər Şurasının keçmiş deputatı olmuşdur. Avinyan "Vətəndaş Müqaviləsi" Partiyasının yaradıcılarından biridir. 2018-ci ilin mayında o, Nikol Paşinyanın yeni administrasiyası zamanı baş nazirin müavini təyin edilmişdir.
Tiqran Bekzadyan
Tiqran Bekzadyan (erm. Տիգրան Բեկզադյան) — Ermənistan siyasətçisi. O, Birinci Ermənistan Respublikasının Bakı və Tiflisdəki nümayəndəsi vəzifəsində çalışmışdır.