Əsgəran toqquşması — 1988-ci il fevralın 22-23-də Əsgəran şəhərində baş vermiş toqquşma Birinci Qarabağ müharibəsinin başlanmasına səbəb olan başlanğıc nöqtələrindən biri olmuşdur[1]. Əsgəran toqquşmasının ardınca Sumqayıt hadisələri baş verir.
Əsgəran toqquşması | |||
---|---|---|---|
Tarix | 1988 | ||
Yeri | |||
Münaqişə tərəfləri | |||
|
|||
İtkilər | |||
|
|||
1988-ci il fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu daşıyan Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul edirlər. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayonunun azərbaycanlı sakinləri dinc nümayiş keçirirlər.
Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci — Əli Hacıyev və Bəxtiyar Quliyevi qətlə yetirirlər.[2] Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin baş prokrorunun birinci müavini F. Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqləyir.[3][4]
Bu toqquşmaların xəbəri fevralın 27-də Sumqayıt şəhərinin erməni sakinlərinə qarşı Sumqayıt talanına səbəb olur.