III Tiqran

III Tiqran (erm. Տիգրան Գ; e. ə. I əsre. ə. I əsr) — E.ə. 20–8-ci illər arasında Böyük Ermənistanın kralı olub II Artavazdın oğludur. Miladdan əvvəl 34-cü ildə Roma triumviri Mark Antoni cani hesab etdiyi II Artavazdı oğulları və arvadları ilə birlikdə əsir tutub Misirə göndərmiş və eramızdan əvvəl 31-ci ildə onun başını kəsərək öldürtdürmüşdür. Elə həmin ildədə Mark Antoni və VII Kleopatranın özlərinin də öldürülməsindən sonra Tiqran, qardaşı Artaşes və ailənin digər üzvləri ilk Roma imperatoru Oktavian Augustus tərəfindən idarə olundular. Tiqran, eramızdan əvvəl 20-ci ilə qədər təhsil aldığı Romada yaşamışdır. Eramızdan əvvəl 20-ci ildə Tiqranın böyük qardaşı Böyük Ermənistanın kralı II Artaşes öldürüldü. İmperator Augustus Tigranı Böyük Ermənistanın kralı təyin etdi. Hökmdarlığının ilk yarısında o, Romalıların vassalı kimi hökm sürmüş, lakin daha sonra erməni krallarının Romaya qarşı ənənəvi siyasətinə qayıtmış və yenidən Romanın rəqibinə çevrilmişdir. Bu, hökmranlığının sonunda şərq hökmdarlarından nümunə götürərək saqqal buraxmasından da aydın görünürdü. Tiqran taxtı atası kimi Roma imperiyası əleyhinə siyasət xəttini davam etdirən oğlu IV Tiqrana buraxmışdır.

III Tiqran
erm. Տիգրան Գ
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. I əsr
Vəfat tarixi e. ə. I əsr
Fəaliyyəti suveren[d]
Atası II Artavazd (Erməni kralı)
Uşaqları
Ailəsi Artaşes sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar