Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vətən oğlu
Vətən oğlu (film, 1941)
Bahar oğlu
Bahar oğlu — xalq artisti, bəstəkar Eldar Mansurovun Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi oratoriyası. Oratoriya "Xalqın baharı", "Dahi sərkərdə", "Heydərnamə" və "Bahar oğlu" adlı dörd hissədən ibarətdir. Oratoriyanın sözlərinin mətni əməkdar incəsənət xadimi şair Baba Vəziroğluya məxsusdur. Oratoriya ulu öndərin yubiley tədbirlərində xalq artisti, müğənni Mübariz Tağıyevin ifasında səslənib. == İstinadlar == == Xarici keçidlər == Bahar oğlu [Notlar] : oratoriya /musiqi E. Mansurov; söz. B. Vəziroğlu ; fortepiano üçün işləyəni Ə. Rzayev ; ifa M. Tağıyev.
Abant (Poseydonun oğlu)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Agenor (Plevronun oğlu)
Agenor (q.yun. Ἀγήνωρ – "cəsarətli") — yunan mifologiyasında personaj. O, Plevron və Ksantippin oğludur. Onun arvadı əmisi qızı Kalidon, qızı Epikast, oğulları isə Porfaon və Demonika idi. Pavsani Agenorun oğlunu və Ledanın atası Festiyanın adlarını qeyd edir.
Anielin oğlu Talorq
Anielin oğlu Talorq (v. 460) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == V əsrdə anadan olmuş, V və ya VI əsrin əvvəllərində vəfar etmişdir. Родился в V веке. "Piktlərin xronikası"na əsasən Anielin oğlu və I Nextonun qardaşı olmuşdur. Piktlərin kralları I Drestlə I Nexton arasındakı dövrdə 2 və ya dörd il müddətində? 480-484 və ya 513-516-c; illərdə hakimiyyətdə olmuşdur. == Mənbə == Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland.
Antimax (Frasianoranın oğlu)
Antimax (q.yun. Ἀντίμαχος) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından, Frasianoranın oğlu olmuşdur. Antik müəllif Pavsani qeyd edir ki, Antimax Peloponnesi fəth edən dori liderlərindən biri olan Deifonun atası idi. Onun liderlik bacarığı sayəsində dorilər Arqosu fəth etmişdilər.
Antiox (Heraklın oğlu)
Antiox (q.yun. Ἀντίοχος) — yunan mifologiyasında personaj. O, Klisfenin ərazi islahatından sonra formalaşmış Attikanın Antioxida filasının eyniadlı qəhrəmanıdır. Antiox Heraklın və Medanın oğludur. O, Filantın atası, Hippotun babasıdır. Heraklın övladlarının yürüşləri zamanı Korinfi fəth edən Alet onun nəvəsi olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Hoefer U. Antiochos 1 // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft neue Bearbeitung. Stuttgart: J.B. Metzler Verlag. 1894. /.
Ağabala Ağasəid oğlu
Ağabala Ağasəid oğlu (1860, Bakı – 1928, Bakı) — tanınmış Azərbaycan xanəndəsi, muğam bilicisi. == Həyat və yaradıcılığı == Ağabala Ağasəid oğlu 1860-cı ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından şeirə, musiqiyə həvəs göstərmiş, fars dilini öyrənərək Yaxın Şərq poeziyası ilə tanış olmuşdur. 1880-ci illərdə Bakıda yaradılan və şair Ağakərim Salikin evində toplanan "Məcməüş-şüəra" ədəbi məclisinin şeir və musiqi ilə müşayiət olunan, poeziya və muğam barədə maraqlı müzakirələr keçirilən yığıncaqlarında iştirak etmiş və bütün bunlar onun sənətkarlığının inkişafına güclü təsir göstərmişdir. Ağabala Ağasəid oğlu əsasən muğam məclislərində çıxış edirdi. Ağabala Ağasəid oğlu şeiri, musiqini bütün sevən, qiymətləndirən xanəndə olmuşdur. Onun yaradıcılığının başlıca xüsusiyyəti söz seçmək, onu dinləyiciyə aydın çatdırmaq bacarığı olmuşdur. O, ifa zamanı kəlmə və ifadələri aramla, musiqi cümləsinin tempinə və xarakterinə uyğun oxuyurdu. Ağabala Ağasəid oğlunun ifasında "Bayatı-Şiraz", "Rast", "Şur", "Segah-zabul" muğamları təsirliliyinə görə xüsusilə fərqlənir. Xanəndə Şirin Axundov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Mirzə Fərəc Rzayev kimi tarzənlərin müşayiətilə çıxış etmişdir.
Ağadadaş Kərbəlayı oğlu
Ağadadaş Kərbəlayı oğlu (10 iyun 1926—13 dekabr 2008) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyat və əmək fəaliyyəti == Ağadadaş Kərbəlayı oğlu 1926-cı ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildə "Leninneft" briqada trestində başlamışdır. Səngəçal Qazma İşləri İdarəsinin ustası olmuşdur. 1950-ci ildən Sov.İKP üzvü olmuşdur. AKP 28-ci qurultayında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 24-cü qurultayının nümayəndəsi, SSRİ Ali Sovetinin (V və VI çağırış) və Azərbaycan SSR Ali Sovetinin (VII və VIII çağırış) deputatı olmuşdur. 23 may 1966-cı ildə sovet neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Ağadadaş Kərbəlayı oğlu 13 dekabr 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası I cild.
Bahadur Mehralı oğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Cabbar Qaryağdı oğlu
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. == Həyatı == Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Dağlar Oğlu (1965)
== Məzmun == Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Elşad Mirbəşir oğlu
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. == Həyatı == Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.
Eripin oğlu Drust
Eripin oğlu Drust (V əsr – bilinmir) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri–843-cü illərdə hakimiyyətdə olmuş piktlər sülaləsinin əfsanəvi kralı. Onun adı ilk dəfə "Piktlərin xronikası" adlandırılan tarixi sənəddə xatırlanır. == Həyatı == "Piktlərin xronikası"nda verilən məlumata əsasən Eripin oğlu Drust və ya I Drest yüz il hökmranlıq etmiş və döyüşlərdə yüz qələbə qazanmışdır. Lakin bu məlumat tarixi fakt kimi deyil, əfsanə kimi qəbul edilir. "Piktlərin xronikası"nda qeyd olunur ki, müqəddəs Patrik V əsrin ortalarında, Eripin oğlu Drustun hakimiyyətinin 20-ci ilində İrlandiyaya gəlmişdir. I Nexton Eripin oğlu Drust və ya I Drest tərəfindən İrlandiyaya sürgün olunmuşdur. İohann Fordunskinin qeydlərinə əsasən Eripin oğlu Drust Palladiya dövründə qırx il hakimiyyətdə olmuşdur. I Drestin ölümündən sonra I Talorq piktlərin kralı olmuşdur. == Ədəbiyyat == Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Filant (Antioxun oğlu)
Filant (q.yun. Φύλας) — yunan mifologiyasında personaj. O, Antioxun oğlu idi. Filant Korinfin padşahı olmuşdur. O, Lipefil ilə evlənmiş, onların Hippot və Tero adlı iki oğlu olmuşdur.
Filey (Yevrisakın oğlu)
Filey — qədim yunan mifologiyasının personajı. Salamin padşahı. Yevrisakın oğlu, Eantın nəvəsi. Başqa mənbələrə görə o, Eantın oğludur və Miltiadın ulu babasıdır. Salamini afinalılara vermişdir. Onun Delfidəki heykəlini afinalılar ucaltmışdılar. Mərkəzi Vravronada məskunlaşan Filaidlər sülailəsinin eponimi, Markellin tam nəsil şəcərəsini vermişdir.
Fudrusun oğlu Drust
Fudrusun oğlu Drust və ya III Drest (v. 530) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri — 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Piktlərin xronikasına əsasən Fudrusun oğlu Drust və ya III Drest Qiromun oğlu Drust və ya IV Derstlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə əsasən onun hakimiyyəti bir ildən on beş ilədək davam etmişdir. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A. O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Göyrə oğlu Qara
Hill (Heraklın oğlu)
Hill (q.yun. Ὕλλος və ya Ὕλας ) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından idi, Herakl və Deyaniranın böyük oğlu olmuşdur. Hill Makariyanın qardaşı, İolun həyat yoldaşı, Kleodayın atası olmuşdur . Herakl və arvadı Deyanira öldükdən sonra oğulları Yevrisfeydən qaçaraq Traxini tərk etmiş, Afinaya sığınaraq Trikorit şəhərində məskunlaşmışdılar. == Sonrakı ənənə == Hillin öldürülməsindən 50 il sonra belə Heraklın övladları Peloponnesə hücum etməkdən çəkinmişdir. Gill Meqarada dəfn edilmişdir. Sparta filalardan birinin adı onun şərəfinə verilmişdir.
Keçəçi oğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Ktesipp (Heraklın oğlu)
Ktesipp (q.yun. Κτησίππος) — yunan mifologiyasında personaj. O, Herakl və Deyaniranın, başqa bir versiyaya görə, Astidameyanın oğludur. Deifontun şəcərəsini xatırladan antik müəllif Pavsani qeyd edir ki, Heraklın oğlu Ktesipp onun ulu babası olmuşdur. Deifont Peloponnesi fəth edən dori liderlərindən biri idi. Onun liderlik bacarığı sayəsində dorilər Arqosu fəth etmişdilər.
Maday (Yafətin oğlu)
Maday (ivr. ‏מָדַי‏‎ [maˈdaj], yun. Μηδος [mɛːˈdos]) — İvrit Müqəddəs Kitabının Yaradılış Kitabında Nuhun 16 nəvəsindən biridir. Bibliya alimləri ümumiyyətlə Madayı, daha sonralar qeyd olunan Madaylarla eyni biliblər. İosif Flavi və ondan sonrakı yazıçılar, Midiyalıları onun nəslindən hesab edirdilər, həm Assur, həm də İbrani mənbələrində də Maday kimi tanınırdılar. Daha müasir dövrdə bəzi alimlər Mitanni, Maday (Matiene) və Manna kimi müxtəlif əvvəlki xalqlarla da əlaqə yaratmağı təklif etdilər. Jubilees Kitabına görə (10: 35-36), Maday Şem adlı bir qızıla evləndi və Qara dənizin kənarında Yafətin mirasında yaşamaqdansa, Şem nəsilləri arasında yaşamağı üstün tutdu; Beləliklə, qardaşı Elam, Aşşur və Arfaksada yalvardı ki, sonunda, onun adını daşıyan ərazi - Midiyan aldı.
Qutalmış oğlu Süleyman
Qutalmışoğlu Süleymanşah və yaxud qısaca Qutalmışoğlu (Ərəb əlifbası ilə: سليمان بن قتلمش (Süleyman bin Qutalmış)) (ö. 1086), Rum sultanlığının qurucusudur. Səlcuqlu soyundan gəlir və Böyük Səlcuqlu sərkərdəsi idi. Soyunun davamı bugünkü Elbeyli Türkmən elidir.
Sehrbazın qardaşı oğlu
Sehrbazın qardaşı oğlu (ing. The Magician's Nephew) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Bodley Head tərəfindən 1955-ci ildə yazılmış epik fentezi roman. "Narniya xronikaları"nın nəşr olunmuş 6-cı kitabdır. Hekayə xronologiyası baxımından isə xronikaların 1-ci kitabıdır. Son nəşrlərində xronikaların 1-ci kitabı kimi göstərilir. Digər kitablar kimi bu kitabın da illüstrasiyalarını Paulina Bayns çəkmişdir. Kitabın nəşrçisi The Bodley Head Cefri Blesdən sonra xronikaların yeni nəşrçisi olmuşdur. "Sehrbazın qardaşı oğlu" seriyanın prikvelidir. Kitabın üçüncü hissəsində Aslanın təsadüfi müşahidəçilər tərəfindən 1900-cü ilin Londonundan gətirdikləri lampa dirəyində mərkəzləşmiş Narniyanı yaratması təsvir olunur. Müşahidəçilər daha sonra Narniya tarixinin başlanğıcında iştirak edirlər.
Seyidrza Mirkərim oğlu
Seyid-Rza Mir Kərim oğlu (12 yanvar 1925, Bakı – 27 iyul 1995, Bakı) — neftçi-geoloq, professor, pedaqoq, ictimai xadim, texnika elmləri doktoru (1962), Azərbaycanın Əməkdar ixtiraçısı (1964), SSRİ-nin Əməkdar ixtiraçısı (1989), AMEA-nın müxbir üzvü (1980) == Həyatı == Seyid-Rza Mir Kərim oğlu 12 yanvar 1925-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Bakıda yerləşən 132 nömrəli orta məktəbi vaxtından əvvəl əla qiymətlərlə bitirib və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz quyularının qazıl­ması ixtisası üzrə Neft-mədən fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == Seyid-Rza Mir Kərim oğlu institutda təhsil almaqla yanaşı, 1943-1946-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında laborant vəzifəsində çalışıb. Universiteti bitirdikdən sonra təyinatla "Azneft" Birliyinin Turbin Qazma Trestinin Şərq kontoruna göndərilib. O, burada mühəndis, sahə rəisi, istehsalat-texniki şöbəsinin rəisi və baş mühəndis vəzifələrini icra edib. 1943-cü ildə həmin idarə Seyid-Rza Kərim oğlunun rəhbərliyi ilə Köhnə Bilgəh burnunda 2550 metr dərinliyi və 800 metrdən artıq əyrintisi olan bir quyu qazıb. Bu o zaman dünya rekordu hesab edilirdi və gənc mütəxəssisin böyük uğuru kimi qiymətləndirilirdi. 1949-1950-ci illərdə Seyid-Rza idarənin baş mühəndisi kimi yeni açılmış "Kürkən-dəniz" yatağında istismar qazmasına rəhbərlik edib. Seyid-Rza Mir Kərim oğlu 50-ci illərin əvvəllərində Dənizdə İstismar Quyularının Qazılması İdarəsində baş mühəndis kimi çalışıb.
Mulux
Mulux — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 30 nəfərdir ki onunda 14 nəfəri kişi, 16 nəfəri qadındır.
Oğlan
Oğlan — erkək uşaq və ya yeniyetmə. == Oğlan və Kişilik == Kişilik oğlanın bir buluğ mərhələyə yetməsidir. Müxtəlif sünnət əsaslı ictimalar bu mərhələyə keçmə üçün xüsusi mərasimlər qurarlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu buluğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Oğlaq
Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər. Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları. Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar. Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit. Metalları: qurğuşun. Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq. Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə. Tilsimləri: qara pişik, şeytan.
Öelün
Öelün (və ya Höelin Ujin , Monqolca: Өэлүн үжин, Өэлүн эх, Anne Höelin) sonraları Çingiz xan olaraq anılacaq olan Temuçinin anası və Monqol tayfası başçısı Yesugey bahadurın xanımı. == Həyatı == Öelün, Onggirat boyunun Olxonut tayfasındandır. 1159-cu il civarında Yesugey bahadur tərəfindən qaçırldı. Öelün, Yesugey bahadur tərəfindən baş xatun təyin edildi. Beləcə Yesugey bahadurın varisləri Öelünin övladlarından olacaqdı. Öelün, Yesugey bahadurdan beş övladı oldu. Bunlar, Temuçin, Hazar Kasar, Kaçiun, Temüge oğlan övladları, Temulin ise qızıdır. Ayrıca Yesugey bahadurın digər arvadından olan Bekter və Belgütey adında iki oğlu vardır. == Yesugey bahadurın ölümündən sonra == Yesugey bahadurın tatarlar tərəfindən öldürülməsindən sonra, ulusdakı bir çoxadam obanı tərk etmiş, Öelün övladlarıyla birlikdə yalnız qalmışdır. Öelün ailesinin sorumluluğunu alaraq bir arada tutmağa çalışmışdır.
Glaux
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Astragalus aaronii (Eig) Zohary Astragalus aaronsohnianus Eig Astragalus abadehensis Maassoumi & Podlech Astragalus abbreviatus Kar. & Kir. Astragalus aberrans Förther & Podlech Astragalus abharensis Maassoumi & Podlech Astragalus abnormalis Rech.f. Astragalus abolinii Popov Astragalus aboriginorum Richardson Astragalus absconditus Zarre & Podlech Astragalus absentivus Maassoumi Astragalus acanthocarpus Boriss. Astragalus acanthochristianopsis Rech.f. & Köie Astragalus acaulis Baker Astragalus acceptus Podlech & L.R.Xu Astragalus accidens S.Watson Astragalus acetabulosus C.C.Towns. Astragalus achundovii Grossh. Astragalus acicularis Bunge Astragalus acikirensis (Ekim) Aytaç & Hamzaoğlu Astragalus ackerbergensis Freyn Astragalus ackermanii Barneby Astragalus acmonotrichus Fenzl Astragalus acmophylloides Grossh.