Seyidrza Mirkərim oğlu

Seyid-Rza Mir Kərim oğlu (12 yanvar 1925, Bakı27 iyul 1995, Bakı) — 1963-cü ildə Azərbaycan SSR əməkdar ixtiraçısı, 1989-cu ildə isə SSRİ-nin əməkdar ixtiraçısı, iki dəfə Şərəf nişanı ordeni, Əməkdə fərqlənməyə görə, Fədakar əməyə görə medalları, Fəxri neftçi, neftçıxarma əlaçısı.

Seyid-Rza Mir Kərim oğlu
Seyid-Rza Mir Kərim oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Mir Kərim
Milliyyəti azərbaycanlı
İxtisası neftçi-geoloq
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti alim
Elmi dərəcəsi
Tanınır professor-neftçi
Mükafatları "Azərbaycan SSR əməkdar ixtiraçısı" fəxri adı — 1963
"Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Seyid-Rza Mir Kərim oğlu 12 yanvar 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Bakıda orta məktəbi vaxtından əvvəl əla qiymətlərlə bitirib Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) neft-mədən fakültəsinə daxil olmuş, 1946-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, dağ-mədən mühəndisi ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonra Şərqi Abşeron neft-qaz yataqlarında quyularını turbin və maili qazma üsullarının tətbiqi və genişləndirilməsi ilə məşğul olan Turbin Qazma Trestində mühəndis, sahə rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis vəzifələrində çalışmışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Seyid-Rzanın rəhbərliyi ilə bu idarə köhnə Bilgəh burnunda 2550 metr dərinliyi və 800 metrdən artıq inhirafı olan bir quyu qazmışdır. Bu o zaman dünya rekordu hesab edilirdi və gənc mütəxəssisin böyük uğuru kimi qiymətləndirilmişdir. 1949-1950-ci illərdə Seyid-Rza idarənin baş mühəndisi kimi yeni açılmış Gürgan dəniz yatağında istismar qazmasına rəhbərlik etmişdir. Sonralar Neft Daşlan yatağı kəşfedilmiş və burada istismar quyularının qazıl¬ması təşkil olunanda Şeyid-Rza 1950-1954-cü illərdə Neft Daşlan Qazma kontorunda baş mühəndis kimi məsul vəzifədə işləmişdir. Neft Daşları qazma kontorunda baş mühəndis vəzifəsində çalışarkən maili quyuların turbin üsulu ilə qazmanın təkmilləşdirilməsində böyük işlər görmüşdür. Onun bu sahədə apardığı nəzəri tədqiqatları mürəkkəb şəraitdə bir sahədən quyulann topa qazılmasına imkan vermişdir. Bundan başqa, onun tədqiqatlan və tövsiyələrinin nəticəsində dünya təcrübəsində ilk dəfə olaraq Neft Daşlan yatağında qrifpnların əmələ gəlməsinin qarşısı alınmışdır. Onun Neft və qaz quyularının qazılması zamanı qrifonlannın əmələ gəlməsi monoqrafiyası əvvəlki illərdəki tədqiqatlarının yekunu olmuşdur. Sonralar Seyid-Rza yeni yaradılmış Azneftkəşfiyyat trestinə direktor təyin olunur. Burada onun rəhbərliyi ilə qazma məhlulunun kimyəvi işlənməsində, qoruyucu kəmərin quyu lüləsinə buraxılmasında, yerli texnologiyaların tətbiqində səmərəli işlər görülmüşdür ki,nəticədə daha yüksək iqtisadi göstəricilərə nail olunmuşdur. 1958-ci ildə Seyid-Rza Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutuna baş mühəndis, direktor müavini təyin olunur. O, burada qazma şöbəsinin yenidən qurulması və genişləndirilməsi ilə ciddi məşğul olur. 1959-cu ildə Seyid-Rza Azneft Birliyinin rəis müavini təyin edilmişdir. Göstərilən məsul vəzifələrdə işlədiyi dövrdə qazmanın, neftçıxarmanm aktual-nəzəri və praktiki məsələlərinə müntəzəm maraqlanır və onların həlli üçün ' fundamental elmlərin nəticələrindən məharətlə istifadə edirdi. Seyid-Rza Gürgan-dəniz, Neft Daşları, Bahar, Səngəçal-dəniz, Kürsəngi, Kürovdağ, Qarabağlı, Mişovdağ, Muradxanlı və b. yataqlarm kəşfində bilavasitə iştirak etmişdir. Seyid-Rza Mir Kərim oğlu 1961-ci ildən Azərbaycan Elmi-Tədqiqat Qazma İnstitutunda direktorun müavini, 1971-Ci ildən Az.NSETLİ-nin direktorun birinci müavini, 1975-1992-ci illərdə Az.NSETLİ-nin direktoru vəzifəsində müvəffəqiyyətlə çalışmışdır. O, burada 10 il müddətində 267 müəlliflik şəhadətnaməsi alınmasına və onlann istehsalata tətbiqinə müvəffəq olmuşdur. Məhz bu dövrdə institut əldə etdiyi elmi-texniki və səmərəli elmi kadrların yetişdirilməsi sahəsindəki nailiyyətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Seyid-Rza Mir Kərim oğlunun elmi fəaliyyətində qazma texnologiyası əsas yeri tuturdu. Onun bu sahədəki elmi kəşflərinin əksəriyyəti özünün geniş praktiki tətbiqini tapmışdır. Onun ilk axtarışları turbin və maili qazma üsulları texnologiyasının təkmilləşdirilməsinə aiddir. Alim tərəfindən aparılmış tədqiqatlar «Neft Daşlan» yatağında qrifonlann və kəmərarxası təzahürlərin əmələ gəlməsi səbəblərinin öyrənilməsinə və sonralar bu nəticələrin «Azneft», Krasnodameft və Türkmənneft birliklərinin bir sıra yataqlarında tətbiq olunmasına təkan vermişdir. «Neft və qaz quyularının qazılması zamanı qrifonlanın əmələ gəlməsi» monoqrafiyası müəllifin bu sahədə uzun illər apardığı fundamental tədqiqatların nəticəsi kimi çox qiymətlidir. Məhz bu sahədə müəllif ilk dəfə qazma zamanı hidroyanlmanın mümkünlüyü haqda mülahizə söyləmişdir. Bu işlərin nəticəsi əsasında o, 1958-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1962-ci ildə Seyid- Rza uğurla doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin ildə onun «Mürəkkəb şəraitdə dərin quyularm qazılması texnologiyası» adlı kitabı çapdan çıxmış və mütəxəssislərin böyük marağına səbəb olmuşdur. Elə həmin ildə Seyid-Rza Mir Kərim oğluna professor adı verilmişdir. Azərbaycan neft elmini xaricdə ləyaqətlə təmsil etmiş Seyid-Rza neft və qaz quyularının qazılması üzrə beynəlxalq konqres və müşavirələrin, qaz konqreslərinin, VIII Ümumdünya neft konqresinin iştirakçısı olmuşdur. Seyid-Rzanın nəzəri, eksperimental və mədən tədqiqatları əsasında «Dərin quyularm dayanıqlığı məsələləri», «Böyük dərinliklərə qazılan quyularda dağ süxurlarının dayamqəğıı», «Qazma prosesləri kinetikasında mürəkkəbləşmələrin qarşısının alınması» və s. kitabları yaranmışdır. Bununla yanaşı, alimin və onun aspirantlarının çoxsaylı əsərləri qazma alətinin tutulması səbəbinin araşdırılmasına, onun qarşısının alınması və aradan qaldırılmasında texniki vasitələrin və texnologiyanın işlənib tətbiq edilməsinə həsr edilmişdir. Alimin rəhbərliyi ilə neft-qaz yataqlarının yenitexnologiya üzrə üfüqi və şaxəli-üfüqi quyular vasitəsilə işlənmənin tədqiqatlarına başlanmışdır. Bəzi yataqlar üçün işlənmiş texnoloji sxemlərin tətbiqi hasilat quyularının məhsuldarlığını 5-6 dəfə artırmışdır. Seyid-Rza qazma sahəsində nəinki Azərbaycanda, həmçinin keçmiş SSRİ məkanında, xarici ölkələrdə də görkəmli alim, nüfuzlu mütəxəssis kimi tanınmışdır. O, Hindistanda, Əlcəzairdə, Albaniyada, İranda, Macarıstanda, ABŞ-da Azərbaycan neft elmini layiqincə təmsil etmişdir. Hörmətli alimimiz elm təşkilatçısı kimi də səmərəli fəaliyyət göstərmişdir. O, 1981 -ci ildən AzEA-nm «Neft və qaz quyularının qazılması» problemləri üzrə Elmi Şurasının sədri olmuş, 1987-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının neft-qaz problemləri üzrə ekspert komissiyasının üzvü seçilmişdir. Professor Seyid-Rza Mir Kərim oğlu 20 kitab və monoqrafiyanın, 220-dən artıq elmi əsərin və 62 ixtiranın müəllifidir. Onun elmi rəhbərliyi ilə 43 texniki elmlər namizədi və elmlər doktoru yetişmişdir. Seyid-Rza 1980-ci ildə neftrqaz yataqlarının işlənməsi ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, keçmiş SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komitəsinin neft və qaz yataqlarının neft və qaz problemləri üzrə ekspert komissiyasının üzvü olmuşdur. O, həmçinin ADNA-nm elmi dərəcələr verilməsi ixtisaslandınlmış şurasının və texnoloji problemlər üzrə elmi şuranın üzvü, Azərbaycan Respublikası yanacaq-eneıji kompleksi şurasının və Azərbaycan Neft-Qaz Sənayesi Elmi-Texniki Cəmiyyətinin rəyasət heyətinin üzvü, Respublika EA və Texnika Komitəsinin sənaye mülkiyyətinin mühafizəsi problemləri üzrə şurasının sədri olmuşdur. Uzun illər Azərbaycan Neft təsərrüfatı jurnalının redaksiya heyətinin üzvü, baş redaktoru olduğu dövrdə o, jumalm redaksiyasına qabaqcıl elm xadimlərini, tanınmış ziyalıları, məşhur neftçiləri cəlb etmişdir.

Mükafatlar[redaktə | mənbəni redaktə et]

1963-cü ildə o, «Azərbaycan SSR əməkdar ixtiraçısı», 1989-cu ildə isə «SSRİ-nin əməkdar ixtiraçısı» fəxri adma layiq görülmüşdür. O, iki «Şərəf nişanı» ordeni, «Əməkdə fərqlənməyə görə», «Fədakar əməyə görə» medalları, «Fəxri neftçi», «Neftçıxarma əlaçısı»,«Yataqlari ilk dəfə kəşf edən» nişanları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin iki fəxri fərmanı, Neft Sənayesi Nazirliyinin Fəxri fərmanı, İ.M.Qubkin adəna fəxri fərman və mükafatla təltif olunmuşdur. Onu neft sahəsində «qiymətli tapıntı», «əlçatmaz ulduz», «adı böyük hərflərlə yazılan insan» adlandıranlar səhv etməmişlər.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bayram Bayramov. Neft Daşları — tufanlar qoynunda həyat