Eripin oğlu Drust

Eripin oğlu Drust (V əsrbilinmir) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri–843-cü illərdə hakimiyyətdə olmuş piktlər sülaləsinin əfsanəvi kralı. Onun adı ilk dəfə "Piktlərin xronikası" adlandırılan tarixi sənəddə xatırlanır.

I Drest
ing. Drest I of the Picts
414 – 456
SonrakıAnielin oğlu Talorq
Şəxsi məlumatlar
Doğum tarixi V əsr
Vəfat tarixi bilinmir
Fəaliyyəti monarx

"Piktlərin xronikası"nda verilən məlumata əsasən Eripin oğlu Drust və ya I Drest yüz il hökmranlıq etmiş və döyüşlərdə yüz qələbə qazanmışdır. Lakin bu məlumat tarixi fakt kimi deyil, əfsanə kimi qəbul edilir. "Piktlərin xronikası"nda qeyd olunur ki, müqəddəs Patrik V əsrin ortalarında, Eripin oğlu Drustun hakimiyyətinin 20-ci ilində İrlandiyaya gəlmişdir. I Nexton Eripin oğlu Drust və ya I Drest tərəfindən İrlandiyaya sürgün olunmuşdur. İohann Fordunskinin qeydlərinə əsasən Eripin oğlu Drust Palladiya dövründə qırx il hakimiyyətdə olmuşdur. I Drestin ölümündən sonra I Talorq piktlərin kralı olmuşdur.

  • Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.
  • Anderson M.O. Kings & Kingship in Early Scotland. — 1973.
  • Chadwick H.M. Early Scotland. — 1949.
  • Hudson B.T. Kings of Celtic Scotland. — 1994.