Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əncir odlucası
Əncir odlucası (lat. Choreutis nemorana) — Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinin Odlucalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Erkəklərin bədənlərinin sonu düz formada, dişilərin bədənlərinin sonu isə aşağıya əyilmiş boru şəklində olur. Kəpənklər qəhvəyi rəngli olmaqla çox hərəkətlidirlər. == Həyat tərzi == Odlucanın tırtıl mərhələsi yarpaq və meyvələrə zərər verir. Zərərin dərəcəsi və xüsusiyyəti tırtılın yaşından asılı olaraq dəyişir: I yaş tırtıllar – yarpağa alt tərəfdən, kiçik pəncərələr şəklində yeyərək zərər verir. Digər yaş tırtılar – yarpağın üst hissəsinə keçərək, tordan yollar hörürlər və onun altında yarpağın əsas toxumalarını yeyirlər. Meyvələrə vurulan zərər onların sayının az və ya cox olmasından asılı olaraq dəyişir. Adətən, tırtıllar meyvələrin qabığını 1–2 mm qalınlıqda zədələyib yeyirlər. Kiçik ölçülü meyvələr (fındıq boyda) zərərverici ilə yoluxduqdan sonra quruyur və torla ağaca birləşərək orada qalırlar.
Oğruca
Oğruca dağı — Azərbaycanda dağ. Oğruca (Göyçə) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd. == Həmçinin bax == Oğurca — Xəzər dənizinin cənub-şərqində yerləşir.
Qozluca
Qozluca (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd rayonu ərazisində kənd.
Toxluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. == Tarixi == Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. == Toponimikası == Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Toğluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. == Tarixi == Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. == Toponimikası == Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Diuca
Diuka (lat. Diuca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinə aid heyvan cinsi.
Oğruca (Göyçə)
Oğruca - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd olmuşdur. == Tarixi == Basarkeçər rayonundakı Qaraiman kəndinin yanında yerləşirdi. İndi xaraba kənddir. Z.Qorqodoyan Göyçə mahalında ləğv edilən kəndlərin sırasında Oğruca kəndinin də adını Ağrıca kimi çəkir. İ.Şopenin əsərində də Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında Oğruca kəndinin adı Ağrıca formasında qeyd edilir. Toponim oğuzlardan olan oğur türklərinin adı əsasında əmələ gəlmişdir. Bu tayfa haqqında Rəfik Özdək yazır: «Oğur və oğuz sözləri eyni mənalıdır. Oğuzların qardaşı olan oğurlar onlardan miladda öncəki zamanlarda ayrılmışdır. Qərbə doğru yayılanların dilində «z» hərfinin yerini zamanla «r» hərfi almışdır. Onun üçün qərb türklərinə (Oğuzlara) «r»-lı danışanlar», Şərq oğuzlarına isə «z»-lı danışanlar deyilmişdir».
Oğruca dağı
Oğruca dağı — Azərbaycanda dağ.
Qozluca (Bostanabad)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 489 nəfər yaşayır (85 ailə).
Qozluca (Marağa)
Qozluca (fars. ‎‎قوزلوجه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 544 nəfər yaşayır (106 ailə).
Qozluca (Sayınqala)
Qozluca (fars. قوزلوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (16 ailə).
Qozluca (Soyuqbulaq)
Qozluca (fars. قوزلوجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (29 ailə).
Qozluca (Xoy)
Qozluca (fars. قوزلجه‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (20 ailə).
Qozluca (Əcəbşir)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,320 nəfər yaşayır (312 ailə).
Suluca (Heris)
Suluca (fars. سولوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (23 ailə).
Toğluca silsiləsi
Toğluca silsiləsi — Culfa rayonu ərazisində alçaqdağ silsiləsi. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağına cavab verir sıldırınlı tirədir. Qaradərəçayın orta axınının sağ sahilindən başlayaraq şimal-qərb istiqamətində 5 km-dək uzanır. Ən yüksək zirvəsinin hünd. 1200,2 m-dir. Suayırıcısı və şimal-şərq yamacları Orta Eosenin Lütet mərtəbəsinin terrigen-çökmə, çənub-qərb yamacları isə Alt Eosenin terrigen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli eyniadlı maili antiklinalının şimal-şərq qanadında yerləşir.
Qozluca (Dərələyəz)
Qozluca — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. == Tarixi == 1727-ci ilə aid mənbədə İrəvan əyalətinin Dərələyəz nahiyəsində Qozluca kəndin adı çəkilir. Həmin mənbədə qeyd olunur ki, kənddə adam yaşamır. Şiə olduqlarına görə köçüblər1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. == Toponimi == "Qoz ağacı bol olan yer", "qozluq" mə'nasındadır.
Qozluca (Qars)
Qozluca — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 91 nəfərdir (2022).
Diuca speculifera
Ağqanad diuka veya buzlaqquşu (lat. Idiopsar speculifer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinin diuka cinsinə aid heyvan növü. Argentina, Çili, Boliviya və Peruda rast gəlinir. Təbii məskənləri subtropik və ya tropik yüksək dağ çəmənlikləridir.
Dolça
Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur. Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
Cayhan Odlum-Smit
Luca Carboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. == Həyatı == Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Odlu (Biləsuvar)
Odlu (fars. اودلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 830 nəfər yaşayır (156 ailə).
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. == Coğrafiyası == Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Odlu gəvən
Odlu gəvən (lat. Astragalus igniarius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycan == Azərbaycanda yayılması == Kür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır. == Statusu == Azərbaycanın endem bitkisidir. VU C2a(ı). == Bitdiyi yer == Xəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür. Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür.
Odlu silah
Odlu silah — güllənin, minanın və mərminin patrlayıcı maddənin yanmasından yaranan qaz vasitəsilə lüləsindən atılan silah. Birbaşa hədəfə dəymə (artilleriya mərmisi, mina, güllə) və hədəfə çatdıran vasitəyə (top, minaatan, güllə) bölünür. Odlu silahların artilleriya qurğusuna, tüfəng və qumbaraatan tənifatı da vardır. Odlu silaha reaktiv atəş qurğuları da aiddir.
Dolça (astrologiya)
== Dolça == (lat. Aquarius) 21 yanvar - 19 fevral Ünsürü - Hava Rəmzi - Dolça Rəngi - Mavinin müxtəlif çalarları Himayəçi planeti - Saturn Aparıcı motivi - Cəsur olması Rəmzi görkəmi - Göz Müsbət xüsusiyyətləri - Humanist, azad, istiqanlı, iradəli, yaradıcı, sədaqətli, idealistdir. Mənfi xüsusiyyətləri - Aqresivliyi, tez əsəbləşə bilməsi Uğurlu rəqəmi: - 2, 4 (4-ə bölünən bütün rəqəmlər), 8, 9, 11, 13.
Dolça (astronomiya)
Dolça (lat. Aquarius) — Zodiak qurşağında olan bürclərdən biri. Bu bürc haqqında ən qədim məlumatlar Babil Krallığı zamanındakı daş barelyeflərdə görünür. Ən parlaq ulduzu Sədalməlik adlanır. İkinci ən parlaq ulduzu Sadalsuuddur. Knidli Evdoksun, Aratoslu Solinin, Ptolomeyin antik ulduz kataloqlarına daxil edilmişdir. Messye (Messier) nömrələri M2, M72 və M73 olan ulduz topaları bu bürcə daxildir.
Dolça (bürc)
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.
Dolça (dəqiqləşdirmə)
Dolça
Dolça bürcü
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.