Odlu gəvən (lat. Astragalus igniarius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Odlu gəvən | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Odlu gəvən |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Azərbaycan
Kür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır.
Azərbaycanın endem bitkisidir. VU C2a(ı).
Xəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır.
Azərbaycanda dar bir arealda yayılmışdır.
Hünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür. Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür. Çiçək oxları yarpağa bərabər, yaxud onlardan qısa, yumşaq, azçiçəklidir.
Paxlası saplaqlı, ellipsvarı, uzunsov, ucu şiş, arxası azca şırımlı, üzəri yumşaq ağ tüklü, buruncuğu 1,5 mm-ə qədər əyilmiş, bizvarıdır. Birinci dəfə Abşeron yarımadasından təsvir edilmişdir. Mayda çiçəkləyir, iyun ayında meyvəsi yetişir.
Təbiətdə toxumla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Becərilmir.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitabı"na salınması və bitki yayılan yerlərdə yasaqlığın təşkili vacibdir.