Əncir odlucası

Əncir odlucası (lat. Choreutis nemorana) — Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinin Odlucalar fəsiləsinə aid olan növ.

Əncir odlucası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Əncir odlucası
Beynəlxalq elmi adı

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Erkəklərin bədənlərinin sonu düz formada, dişilərin bədənlərinin sonu isə aşağıya əyilmiş boru şəklində olur. Kəpənklər qəhvəyi rəngli olmaqla çox hərəkətlidirlər.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Odlucanın tırtıl mərhələsi yarpaq və meyvələrə zərər verir. Zərərin dərəcəsi və xüsusiyyəti tırtılın yaşından asılı olaraq dəyişir: I yaş tırtıllar – yarpağa alt tərəfdən, kiçik pəncərələr şəklində yeyərək zərər verir. Digər yaş tırtılar – yarpağın üst hissəsinə keçərək, tordan yollar hörürlər və onun altında yarpağın əsas toxumalarını yeyirlər. Meyvələrə vurulan zərər onların sayının az və ya cox olmasından asılı olaraq dəyişir. Adətən, tırtıllar meyvələrin qabığını 1–2 mm qalınlıqda zədələyib yeyirlər. Kiçik ölçülü meyvələr (fındıq boyda) zərərverici ilə yoluxduqdan sonra quruyur və torla ağaca birləşərək orada qalırlar. Qoz boyda meyvələr isə yerə tökülürlər. Artıq yetişməkdə olan meyvələr isə zədələndikdən sonra daha tez yetişirlər, amma yemək üçün yararsız olurlar. Meyvələrin tökülməsi iyunun ortasından-avqustun ortasına kimi davam edir. Sentyabrın ilk günlərindən artıq meyvələrin yoluxması müşahidə edilmir, çünki əncir odlucasının inkşafında depresiya mərhələsi başlayır. Axırıncı yaş tırtıl mərhələsində qışlayır. Payız fəsli isti olduqda dekabr ayına qədər odlucanın kəpənəklərinə rast gəlmək olur. Yazda, mart ayında tırtıllar qış yerlərindən çıxır və bir az qidalandıqdan sonra pup mərhələsinə keçirlər. Mayın ilk günlərindən puplardan kəpənəklərin uçuşu başlayır və yarpağın alt tərəfinə yumurta qoyurlar. Yumurtaqoyma adətən gündüz saatlarında baş verir.

Yumurtalar qəhvəyi rəngli, yumru, diametri 0,5 mm ölçüdə olurlar. Orta günlük temperatur 22-240C olduqda yumurtanın inkişafı 5-6 gün çəkir. Yumurtadan çıxmış tırtıllar da qəhvəyi rəngdə olub, 1 mm ölçüdə olurlar. İlk 4 gün onlar hərəkətsiz qalaraq yumurtadan çıxdıqları yerdə qidalanırlar. Tırtıllar 4 qabıqdəyişmə dövrü keçirirlər. Birinci qabıqdəyişmədən sonra, tırtıl yarpağın üst tərəfinə keçir. Onun rəngi yaşılımtıl olur və üzərində tünd ləkələr əmələ gəlir. Orta günlük temperatur 18-220C (may-iyun aylarında) olduqda birinci nəsil tırtıl mərhələsinin inkişafı 23-25 gün çəkir. İkinci nəsil tırtıl mərhələsinin inkişafı isə orta günlük temperatur 22-240C olduqda 17-20 gün çəkir (iyul-avqust aylarında). Puplaşmadan qabaq tırtıl ağacın çətirinin aşağı hissəsinə enir, zədələnmiş yarpağı tapır, onun kənarını bükür və barama hörür. Barama ağ rəngli, 3 qat tordan ibarət olur. Tırtıl baramanı hörəndə yarpağın üst tərəfində kəpənəyin uçması üçün deşik saxlayır. Barama milşəkillidir, uzunluğu 30–35 mm, pupun uzunluğu isə 7 mm olur. Puplaşmanın ilk iki günü pup açıq qəhvəyi rəngli olur. Sonra o tədricən tündləşir və kəpənəyin uçmasına bir gün qalmış tünd-qəhvəyi rəng alır. Orta günlük temperatur 18-240C olduqda pup mərhələsinin inkişafı 7-12 gün çəkir. Kəpənəklərin uçuşu adətən səhər saatlarında baş verir. Dişilər erkəklərdən əvvəl uçurlar.

Günəşli günlərdə onların uzaq məsafələrə uçuşu müşahidə edilir. Uçuşun səhəri günü cütləşmə və yumurtaqoyma baş verir. Kəpənəklərin yaşama müddəti 15-40 gün çəkir. Dişilər 40-160 ədəd yumurta qoya bilirlər. Daha çox yumurtanı iri kəpənklər qoyur. Dişilərin yumurtaqoyması isə tırtılın qidalanmasından asılıdır. I nəsil kəpənəklərin uçuşu iyunun ortlarından başlayır, kütləvi uçuş isə iyulun əvvəlinə təsadüf edir. Uçuş, iyulun son günlərində başa çatır. II nəslin kəpənəklərinin uçuşu isə iyulun III ongünlüyündən başlayır, kütləvi uçuş isə avqustun axırı müşahidə edilir. Sentyabrın son günlərində kəpənəklərin uçuşu qurtarır. İldə 4-5 nəsil verir. Əncir odlucası hiqrofildir. Rütubətə ən çox həssaslıq pup mərhələsində müşahidə olunur. Təbii şəraitdə havanın rütubəti 50% aşağı düşəndə pupıarın məhvi qeydə alınıb. 34% rütubətli havada isə daha çox (90%) kəpənək məhv olmuşdur. Pupların məhvi kəpənəklər baramadan yarpağın üst tərəfinə çıxma zamanı baş verir. Digər tərəfdən də əksinə, quraqlıqda inkişaf edən puplardan çıxan kəpənəklərdə kütləvi şəkildə nəsilvermə qabiliyyətinin olmadığı müşahidə edilir. Əncir odlucasının digər bioloji xüsusiyyəti də fototaksisdir. Belə ki, kəpənəklərin aktiv uçuşu günəşli havalarda günorta vaxtları müşahidə olunur. Yumurtaqoyma ağac cətirinin kənarlarında baş verir. Axşamlar kəpənklər uçmurlar.

Yayılması[redaktə | mənbəni redaktə et]

Keçmiş SSRİ-nin Qafqaz, Önqafqaz, Orta Asiya, İngiltərə, Almaniya, Afrika, Kanada, Hindistan, Amerika, Meksika, Kolumbiya, Avstraliya və s. ölkələrdə qeydə alınmışdır. Azərbaycanda Lənkəran, Astara, Masallı, Səlyan, Zaqatala, Balakən, Qax, Şəki, Yevlax, Göyçay, Gəncə, Naxçıvan MR-nın Ordubad rayonunda və Abşeronda geniş yayılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]