Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oxlu kirpilər
Tirəndazlar (lat. Hystricidae) — Gəmiricilər dəstəsinə aid fəsilə. == Xüsusiyyətləri == Tirəndazlar məməlilər arasında ən üzün tikanlara malik heyvandır. Bu tikanlardan bəzilərinin uzunluğu 40 sm, diametri 7 mm-ə çatır. == Yayılması == Tirəndazlar əsasən Asiya və Afrikanın tropik və subtropik hissələrində yayılmışlar. Onun Avropanın cənubuna insan tərəfindən gətirilməsi, yaxud təbii şəkildə gəlməsi hələ də aydınlaşdırılmayıb. Əsas növləri cənub-şərqi Asiyadadır. Onlar həmçinin Avropa, Afrika, Hindistan, Cənubi Amerika, həmçinin ABŞ, Kanada, Orta Asiya və Qazaxıstanda da yaşayırlar. Onların təbii yaşadıqları yer səhralar, savannalar və tropik meşələr də ola bilər. == Davranışı == Yerdə yaşayırlar.
Oxçu
Oxçu (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Oxçu (Marağa) — İranda kənd.
Aralıq Oxçu
Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yanında yerləşmişdir. Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir. Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv edilmişdir.
Odlu (Biləsuvar)
Odlu (fars. اودلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 830 nəfər yaşayır (156 ailə).
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. == Coğrafiyası == Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Odlu gəvən
Odlu gəvən (lat. Astragalus igniarius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycan == Azərbaycanda yayılması == Kür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır. == Statusu == Azərbaycanın endem bitkisidir. VU C2a(ı). == Bitdiyi yer == Xəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür. Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür.
Odlu silah
Odlu silah — güllənin, minanın və mərminin patrlayıcı maddənin yanmasından yaranan qaz vasitəsilə lüləsindən atılan silah. Birbaşa hədəfə dəymə (artilleriya mərmisi, mina, güllə) və hədəfə çatdıran vasitəyə (top, minaatan, güllə) bölünür. Odlu silahların artilleriya qurğusuna, tüfəng və qumbaraatan tənifatı da vardır. Odlu silaha reaktiv atəş qurğuları da aiddir.
Odlu silahlar
Odlu silah — güllənin, minanın və mərminin patrlayıcı maddənin yanmasından yaranan qaz vasitəsilə lüləsindən atılan silah. Birbaşa hədəfə dəymə (artilleriya mərmisi, mina, güllə) və hədəfə çatdıran vasitəyə (top, minaatan, güllə) bölünür. Odlu silahların artilleriya qurğusuna, tüfəng və qumbaraatan tənifatı da vardır. Odlu silaha reaktiv atəş qurğuları da aiddir.
Oxçu (Marağa)
Oxçu (fars. ‎‎‎اوخچي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (60 ailə).
Oxçu (Qafan)
Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km şimalda, Oxçu çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim "Kitabi-Dədə Qorqud" dastanlarının XII — sonuncu boyunda adı çəkilən oğuz qəhrəmanı Ənsə Qoca oğlu Oxçu şəxs adı ilə bağlı əmələ gələn oxçu etnonimindən yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə tqponimdir. Oxçu adlı türk tayfasının adını əks etdirir. XIX əsrdə Qars əyalətinin Ərdahan dairəsində Oxçi, həmin əyalətin Qars dairəsində Oxçi və Oxçioğlu,Cənubi Azərbaycanda Oxçu və Oxçular kənd adları ilə mənşəcə eynidir. Orta əsrlərdə Anadolunun şərqində bir mahal Oxçi adlanırdı. 1588-ci ilə aid mənbədə Bərdə nahiyəsində Oxçulu adlı elin yaşadığı qeyd olunmuşdur.
Oxçu qalası
Oxçu qalası (erməni mənbələrində "Baqaberd") — Qafan rayonunda Oxçuçay və Kığı çaylarının qovuşan yerində Novruzyurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala Zəngəzurun iki zirvəsini - Xustub və Gəzbel dağ zirvələrini bir-birindən ayıran hərbi-strateji baxımdan çox əhəmiyyətli bir mövqedə yerləşmişdir Qalanın inşa olunma tarixi VI-VII əsrlərə aid edilir. Oxçu qalası Zəngəzurdakı beş Babək qalasından biridir. Böyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi söylənilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuşdur. Son vaxtlara kimi Oxçu qalasının 17 bürcü qalmaqda idi. Ümumiyyətlə, qalanın 26-27 bürcü olduğu güman edilir. Qalanın iki tərəfi sıldırım, digər iki tərəfi isə ikiqat hasar divarları vasitəsilə ətraf ərazilərdən ayrılır. Oxçu qalası vulkanik yonulmamış daşlarla, əhəng məhsulu vasitəsilə tikilmişdir. Bu qala ilə üzbəüz Oxçu çayının digər sahilində başqa bir (çox güman ki, keşikçi) qalanın qalıqları vardır.
Poxlu dərə
Poxlu dərə — Bakının Şimal-Şərq tərəfində, Qanlı təpənin ətəyindəki, indiki Təzə Bazarın yerləşdiyi dərə. == Adının mənşəyi == XIX əsrin ortalarınadək, yəni Bakıda kanalizasiya düzələnədək həyətlərin nəcisləri xüsusi arabalarla gecə vaxtı daşınaraq, şəhər xaricinə çıxarılırdı. Bu məxsusi arabalar iri ağızları olan dəmir və taxta çəlləklər düzəldilirdi. Həmin zamanlarda şəhərdə yüzə qədər belə araba var idi. Arabaçılar öz yüklərini adətən şəhərdən çox kənarda olan indiki Təzə Bazarın yerləşdiyi dərəyə boşaldırdılar. Yayın isti aylarında üfunətdən bu ərazidən keçmək mümkün deyildi. Elə həmin vaxtdan da bu dərə "Poxlu dərə" adlanır. Həmin dövrlərdə bu yerlər şəhərin kənarı idi. Lakin sonralar şəhər böyüdükcə nəcis daha uzağa daşınırdı. Bundan sonra bu ərazidə şəhərin kasıb və imkansız təbəqəsindən olan sakinləri məskunlaşmışdır.
Vətən oğlu
Vətən oğlu (film, 1941)
Bahar oğlu
Bahar oğlu — xalq artisti, bəstəkar Eldar Mansurovun Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi oratoriyası. Oratoriya "Xalqın baharı", "Dahi sərkərdə", "Heydərnamə" və "Bahar oğlu" adlı dörd hissədən ibarətdir. Oratoriyanın sözlərinin mətni əməkdar incəsənət xadimi şair Baba Vəziroğluya məxsusdur. Oratoriya ulu öndərin yubiley tədbirlərində xalq artisti, müğənni Mübariz Tağıyevin ifasında səslənib. == İstinadlar == == Xarici keçidlər == Bahar oğlu [Notlar] : oratoriya /musiqi E. Mansurov; söz. B. Vəziroğlu ; fortepiano üçün işləyəni Ə. Rzayev ; ifa M. Tağıyev.
Oxçu Şabadini
Oxçu Şabadini — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 4 km şimalda, Oxçuçayın sahilində yerləşirdi. == Etimologiyası == Toponim türkmənşəli "oxçu" etnonimi ilə, türk dilində "uçurum, yamac, dağın döşü", "iki dağarası çökəklikdə yüksəklik" mənasında işlənən "çap" (→şab) sözündən və monqol dilində "maldar köçərinin təsərrüfatı" mənasında işlənən "adin" sözündən əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 65 nəfər, 1873-cü ildə 371 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 433 nəfər, 1904-cü ildə 789 nəfər, 1914-cü ildə 516 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Çiçək Otlu
Çiçək Otlu (1973, Ulduzəli, Sivas ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Çiçək Otlu 1973-cü ildə Sivas ilinin Yıldızeli ilçəsində anadan olub. Orta təhsillidir. 90-cı illərdə Kommunist Partiyasının nəşri olan Atılım qəzetində çalışıb. 2005-2009-cu illərdə Fəhlə Qadınlar Assosiasiyasının prezidenti olub. 2009-2016-cı illərdə Məzlumların Sosialist Partiyası sədrinin müavini, 2016-2019-cu illərdə sədri vəzifəsində təmsil olunub. 2021-2023-cü illərdə Sosialist Qadınlar Assambleyalarının sözçüsü, Sosialist Qadınlar Jurnalının isə rəhbəri olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Başqırd oxu
Başqırd oxu (rus. Башкирская стрела) – artefakt, Türingiyanın Şvarsa torpağında, Müqəddəs Laurensiya Lüteran kilsəsinin təpəsində ox. == Tarixi == Bu tarix 1813-1814-cü illər rus ordusunun xarici yürüşləriylə bağlıdır. 14 aprel 1814-cü il başqırd döyüşçüləri (o vaxtkı adları ilə desək şimal amurları) Şvarsburq-Rudolştadtın (Almaniya) imperator knyazlığının əraziləri vasitəsilə vətənə qayıdaraq, şahzadə Karl Hünterin (imperiya knyazı Qyuntera I Fridrixinin oğulu) dəvəti ilə Şvarsa kəndinə gəldi, harada ki, Müqəddəs Laurensiya kilsəsinin həyətində toplaşmış yerli sakinlər onları qarşıladılar. Karl Hünter Başqırd oxlarının döyüş qabiliyyətindən şübhələndi və Lüteran kilsəsi istiqamətində bir ox vurmağı təklif etdi. Başqırdlar məbədə ox vurmağa cəsarət etməyərək yerli kahinə təəccüblə baxdılar, ancaq o razılıqla başını salladı. Belə olduqda döyüşçülərdən biri gərilmiş yaya oxu qoydu, lüteran kilsəsinə tərəf atdı, ox damın metal tikməsini deşdi.. Taxta ox artıq çoxdan çürüyüb, amma almanlar, başqırd Batırlarının qoçaqlığını tarixə köçürmək üçün həmin oxun metal surətini hazırlamışdılar. Bu ox uzun illər Şvarsa şəhərciyində "Müqəddəs Laurensiya Kilsəsi" günbəzində nümayiş etdirilmişdir. Başqırd yazıçısı Yanıbaya Xammatovanın "Şimal Amurları" tarixi romanında 1812-1814-cü illərdə rus ordusunun Napoleon ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlarından bəhs olunur.
Oxu.az
"Global Media Group" və ya qısaca GMG — 2017-ci ildən fəaliyyət göstərən və Azərbaycan hökumətinin nəzarətində olan media-holdinq. Şirkətlər qrupuna Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. "Global Media Group" MMC-nin tərkibində olan şirkətlər — "Report" İnformasiya Agentliyi, "Oxu. Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb. GMG-nin Direktorlar Şurasının sədri azərbaycanlı sahibkar və sabiq dövlət məmuru Elnur Abdullayevdir 2019–2023-cü illərdə Azərbaycandakı media direktoru azərbaycanlı jurnalist Həmid Həmidov idi. == Каспий/Kaspi == "Каспий" qəzeti 1881-ci ildə rus dilində təsis edilib və 1919-cu ilə qədər nəşr olunub. 1999-cu ildə Sona Vəliyeva tərəfindən Azərbaycan, rus və ingilis dillərində yenidən fəaliyyəti bərpa edilib. 2020-ci ildən GMG-yə daxildir və həftəlik ictimai-siyasi qəzet olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla, Azərbaycan dilində isə həftəlik, rəngli olmaqla yenə 16 səhifədə nəşr olunur. == Baku.ws == "BAKU. WS" xəbər saytı 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb. Xəbər portalı dünya və yerli xəbərləri yayımlayır.
Yan oxu
Yan ağacları (bəzən yan oxu) — divar hanasının (toxucu dəzgahının) yan hissələrini təşkil edən yoğun və möhkəm ağac hissə.
Yer oxu
Yer oxu — Yerin sutkalıq hərəkəti zamanı ətrafında fırlandığı düz xəttdir. Yer oxu yerin mərkəzindən keçir və coğrafi qütblərdə yer səthini kəsir. Yer oxunun epliktika müstəvisinə olan orta meyilliyi 66 ∘ 33 ′ 19 ″ 85 {\displaystyle 66^{\circ }33'19''85} -dir. Lakin bu meyillik Günəş sisteminin digər planetlərinin cazibə qüvvəsinin təsiri nəticəsində hər il 0 ″ , 468 {\displaystyle 0'',468} artır. Hesablamalara görə bu bucaq təqribən 15000 il böyüyəcək və ondan sonra kiçilməyə başlayacaq.
Oxu (albom)
Oxu – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 45 dəqiqəlik alboma 11 mahnı daxildir.
Oxu... (Live)
Oxu... (Live) – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın ilk live (canlı) albomu.
Abant (Poseydonun oğlu)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Agenor (Plevronun oğlu)
Agenor (q.yun. Ἀγήνωρ – "cəsarətli") — yunan mifologiyasında personaj. O, Plevron və Ksantippin oğludur. Onun arvadı əmisi qızı Kalidon, qızı Epikast, oğulları isə Porfaon və Demonika idi. Pavsani Agenorun oğlunu və Ledanın atası Festiyanın adlarını qeyd edir.
Antiox (Heraklın oğlu)
Antiox (q.yun. Ἀντίοχος) — yunan mifologiyasında personaj. O, Klisfenin ərazi islahatından sonra formalaşmış Attikanın Antioxida filasının eyniadlı qəhrəmanıdır. Antiox Heraklın və Medanın oğludur. O, Filantın atası, Hippotun babasıdır. Heraklın övladlarının yürüşləri zamanı Korinfi fəth edən Alet onun nəvəsi olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Hoefer U. Antiochos 1 // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft neue Bearbeitung. Stuttgart: J.B. Metzler Verlag. 1894. /.
Tezer Özlü
Tezer Özlü (d. 10 sentyabr, 1943; Simav, Kütahya – ö. 18 fevral 1986; Sürix, İsveçrə) – türk yazıçı. == Həyatı == 1943-cü ildə Simavda anadan olmuş, atasının işi ilə əlaqədar olaraq uşaqlığını Simav, Ödemiş və Gerededə keçirmişdir. 10 yaşında İstanbula gəlmiş, Avstriya Qız Liseyinə getmiş, lakin oranı bitirməmişdir. 1962-1963-cü illərdə Avropanı gəzmiş, 1964-cü ildə teatrçı və yazıçı Güner Sümer ilə evlənmişdir. Onlar birlikdə Ankaraya köçmüşdür. Özlü sonralar Sümerdən ayrılaraq yenidən İstanbula köçmüşdür. 1967-1972-ci illər ərzində fasilələrlə İstanbuldakı müxtəlif xəstəxanaların psixiatriya klinikalarında müalicə almışdır. 1968-ci ildə rejissor Erden Kıralla evlənmiş, 1973-cü ildə bu evlilikdən qızı Dəniz dünyaya gəlmişdir.
Ölü buz
Ölü dil
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. == Dillərin məhv olma səbəbləri == Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
Ölü dillər
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. == Dillərin məhv olma səbəbləri == Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
Ölü dəniz
Ölü dəniz — (ivr. ‏ים המלח‏‎) (ərəb. الند الهدت‎) Fələstin, İsrail və İordaniya arasında axarı olmayan duzlu göl. İsrail və İordaniya özlərinin turizm cəhətdən mühüm əhəmiyyət kəsb edən məkanlarından olan Ölü dənizi itirməklə üz-üzədir. Dənizin öz səviyyəsinin enməsinə və suyunun azalmasına səbəb kimi əsas su mənbəyi olan İordan çayının genişlənməsi göstərilir. Yəni çay daha geniş ərazidən fırlanaraq və əkin sahələrini suvararaq gəldiyi üçün əvvəlki dövrlərlə müqayisədə daha az su kütləsini bura gəlib çatdırır. Həmçinin bu dənizdən qiymətli minerallar əldə olunur. Ölü dəniz dünyanın ən alçaq yeri kimi Yer planetində məşhurdur. Bununla yanaşı dünyada duzlu yer kimi də ad qazanmışdır. Bu dənizin suyu tamamilə müalicəvi və xeyirli minerallarla zəngindir, həmçinin kosmetika sənayesində də istifadə edilir.