Tezer Özlü (d. 10 sentyabr, 1943; Simav, Kütahya – ö. 18 fevral 1986; Sürix, İsveçrə) – türk yazıçı.
Tezer Özlü | |
---|---|
türk. Tezer Özlü | |
Doğum tarixi | 1943[1][2][…] |
Vəfat tarixi | 18 fevral 1986[3] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | tərcüməçi, yazıçı |
1943-cü ildə Simavda anadan olmuş, atasının işi ilə əlaqədar olaraq uşaqlığını Simav, Ödemiş və Gerededə keçirmişdir. 10 yaşında İstanbula gəlmiş, Avstriya Qız Liseyinə getmiş, lakin oranı bitirməmişdir. 1962-1963-cü illərdə Avropanı gəzmiş,[5] 1964-cü ildə teatrçı və yazıçı Güner Sümer ilə evlənmişdir. Onlar birlikdə Ankaraya köçmüşdür. Özlü sonralar Sümerdən ayrılaraq yenidən İstanbula köçmüşdür. 1967-1972-ci illər ərzində fasilələrlə İstanbuldakı müxtəlif xəstəxanaların psixiatriya klinikalarında müalicə almışdır.
1968-ci ildə rejissor Erden Kıralla evlənmiş, 1973-cü ildə bu evlilikdən qızı Dəniz dünyaya gəlmişdir. 1981-ci ildə Berlinə getmiş, Kıraldan ayrılmışdır. Kanadada yaşayan İsveçrə əsilli sanatçı Hans Piter Marti ilə tanış olmuş, 1984-cü ildə onunla evlənərək Sürixə köçmüşdür.[6] 18 fevral 1986-cı ildə orada dünyasını dəyişmişdir. Ölüm səbəbi döş xərçəngi olmuşdur. Məzarı Aşiyan qəbristanlığındadır.[7]