Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Primatlar
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae) Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Prizmalar
Prizmalar və ya prizmatron, prizmavijn (ing. prismavision) — bir aparıcı çərçivənin daxilində alüminium prizmaları (lamelləri) birləşdirən (adətən 56 ədəd sayında) reklam qurğusu. Lamellər sinxron şəkildə müəyyən vaxt intervalı ilə elektrik vasitəsilə hərəkətə gətirilir və beləliklə, bir konstruksiya üzərində 3 müxtəlif dizayn yerləşdirilə bilər. Reklam informasiyası bir qayda olaraq poster kağızının və ya yapışqan plyonkanın üzərində çap olunub lamellərə yapışdırılır. Bilbordun müəyyən mənada təkmilləşdirilmiş forması olan pirzmaların reklam sahəsi adətən 3 x 6 m və ya 3 x 12 m, nadir hallarda 1,8 x 1,2; 3 x 5 və ya 3 x 11 metr təşkil edir. Prizmalar xarici işıqlandırma sistemi ilə təchiz oluna bilər. Prizmatron açıq hava reklamının ən effektiv vasitələrindən biridir, çünki faktiki olaraq bir prizma 3 biqbordu əvəz edir – bunun sayəsində bu reklam daşıyıcıları şəhərin memari görünüşünü pozmadan onunla qarmonik vəhdət yaradır. == Mənbə == Prizmalar.
Piratlar Respublikası
Piratlar Respublikası (ing. Republic of Pirates) — Vest-Hinddə dəniz quldurluğunun qızıl dövründə mövcud olmuş özünü ada respublikası. Bu, nominal olaraq Britaniya imperiyasının ərazisi idi, baxmayaraq ki, de-fakto olaraq onun nəzarəti altında deyildi. Bu, 1706-cı ildə dəniz quldurları tərəfindən qurulmuşdur və mövcud olduğu müddət ərzində bütün dünyada quldurların qalası, əsas bazası olmuşdur. Formal mənada nə dövlət, nə də respublika olmasa da, öz pirat kodeksi ilə tənzimlənirdi. Britaniya dənizçisi Vuds Rocers 1718-ci ildə kralın əfv fərmanı ilə Nassauya gələnə və Britaniya nəzarətini bərpa edənə qədər dəniz quldurlarının fəaliyyəti Karib dənizində gəmiçilik və ticarətə böyük zərbə vurmuşdu.