Piratlar Respublikası


Piratlar Respublikası (ing. Republic of Pirates) — Vest-Hinddə dəniz quldurluğunun qızıl dövründə mövcud olmuş özünü ada respublikası.[1] Bu, nominal olaraq Britaniya imperiyasının ərazisi idi, baxmayaraq ki, de-fakto olaraq onun nəzarəti altında deyildi. Bu, 1706-cı ildə dəniz quldurları tərəfindən qurulmuşdur və mövcud olduğu müddət ərzində bütün dünyada quldurların qalası, əsas bazası olmuşdur. Formal mənada nə dövlət, nə də respublika olmasa da, öz pirat kodeksi ilə tənzimlənirdi.[2]

Tarixi dövlət
Piratlar Respublikası
Bayraq
Bayraq
 — 1718

Paytaxt Nassau

Britaniya dənizçisi Vuds Rocers 1718-ci ildə kralın əfv fərmanı ilə Nassauya gələnə və Britaniya nəzarətini bərpa edənə qədər dəniz quldurlarının fəaliyyəti Karib dənizində gəmiçilik və ticarətə böyük zərbə vurmuşdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Woodard, Colin. The Republic of Pirates: Being the True and Surprising Story of the Caribbean Pirates and the Man Who Brought Them Down (ingilis). Houghton Mifflin Harcourt. 12 May 2008. ISBN 978-0-547-41575-8.
  2. Ciferri, Alberto. An Overview of Historical and Socio-economic Evolution in the Americas. Cambridge Scholars Publishing. 9 August 2019. ISBN 978-1-5275-3821-4 – Google Books vasitəsilə.