Prizmalar

Prizmatron

Prizmalar və ya prizmatron, prizmavijn (ing. prismavision) — bir aparıcı çərçivənin daxilində alüminium prizmaları (lamelləri) birləşdirən (adətən 56 ədəd sayında) reklam qurğusu.

Lamellər sinxron şəkildə müəyyən vaxt intervalı ilə elektrik vasitəsilə hərəkətə gətirilir və beləliklə, bir konstruksiya üzərində 3 müxtəlif dizayn yerləşdirilə bilər. Reklam informasiyası bir qayda olaraq poster kağızının və ya yapışqan plyonkanın üzərində çap olunub lamellərə yapışdırılır. Bilbordun müəyyən mənada təkmilləşdirilmiş forması olan pirzmaların reklam sahəsi adətən 3 x 6 m və ya 3 x 12 m, nadir hallarda 1,8 x 1,2; 3 x 5 və ya 3 x 11 metr təşkil edir. Prizmalar xarici işıqlandırma sistemi ilə təchiz oluna bilər.

Prizmatron açıq hava reklamının ən effektiv vasitələrindən biridir, çünki faktiki olaraq bir prizma 3 biqbordu əvəz edir – bunun sayəsində bu reklam daşıyıcıları şəhərin memari görünüşünü pozmadan onunla qarmonik vəhdət yaradır.