Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cursus publicus
Cursus publicus (kursus publikus; latın dilindən tərcümədə – «ictimai yol»; yun. δημόσιος δρόμος) — Roma imperiyası və daha sonra Bizans imperiyası dövründə tətbiq edilən dövlət nəqliyyat sistemi. Sistem imperator Oktavian Avqustun (e.ə. 27–14) hakimiyyəti dövründə yaradılmışdır. Sistemin məqsədi əhəmiyyətli məktubların ötürülməsi, daha sonra isə ali təbəqədən olan şəxslərin və dəyərli məhsulların nəqliyyatı idi. Cursus publicus nəqliyyatda iştirak etməmiş və sadəcə infastrukturu təşkil etmişdir. Roma imperiyası dövründə sistemə postlar da daxil idi. Burada atlar dəyişdirilir, eləcə yatmağa yer və qida kimi xidmətlər verilir di. Sistem vilayət əhalisinin yardımı və ağır iqtisadi yük ilə fəaliyyət göstərirdi. Sistemdə dövlətə aid məqsədlər üçün buraxılmış formal icazə tələb edilirdi, lakin bu, adətən nüfuzlu şəxslər tərəfindən özəl səbəblərə görə əldə edilirdi.
Publik hüquqi şəxs
Publik hüquqi şəxs — dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquq dedikdə, ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusu nəzərdə tutulur.
"ABAD" publik hüquqi şəxs
"ABAD" — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. "ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir.
ABAD publik hüquqi şəxs
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi