Cursus publicus

Roma imperiyasındakı əsas yollar. təq. 125-ci il.

Cursus publicus (kursus publikus; latın dilindən tərcümədə – «ictimai yol»; yun. δημόσιος δρόμος) — Roma imperiyası və daha sonra Bizans imperiyası dövründə tətbiq edilən dövlət nəqliyyat sistemi. Sistem imperator Oktavian Avqustun (e.ə. 27–14) hakimiyyəti dövründə yaradılmışdır. Sistemin məqsədi əhəmiyyətli məktubların ötürülməsi, daha sonra isə ali təbəqədən olan şəxslərin və dəyərli məhsulların nəqliyyatı idi. Cursus publicus nəqliyyatda iştirak etməmiş və sadəcə infastrukturu təşkil etmişdir. Roma imperiyası dövründə sistemə postlar da daxil idi. Burada atlar dəyişdirilir, eləcə yatmağa yer və qida kimi xidmətlər verilir di. Sistem vilayət əhalisinin yardımı və ağır iqtisadi yük ilə fəaliyyət göstərirdi.[1] Sistemdə dövlətə aid məqsədlər üçün buraxılmış formal icazə tələb edilirdi, lakin bu, adətən nüfuzlu şəxslər tərəfindən özəl səbəblərə görə əldə edilirdi. Cursus publicus Qərbi Roma imperiyasının süqutu ilə məhv edilmiş, şərqdə isə IV–X əsrlərdə yüksək əməliyyat xərclərinə görə ləğv edilmişdir. Cursus publicus müasir ədəbiyyat «Roma poçtu» adlandırılır, fəqət onun istifadəsi müasir poçt sistemindən çox fərqli idi.[2]

  1. Kolb, 2012. səh. 98
  2. Kolb, 2012. səh. 95
  • Pflaum, Hans-Georq. "Essai sur le cursus publicus dans le Haut-Empire". Mémoires présentés par divers savants à l'Académie des inscriptions et belles-lettres de l'Institut de France (fransız). 14 (1). 1940: 189—391.
  • Arnold Hyu Martin, Cons. XXI Industry, trade and transport. The cursus publicus // The Later Roman Empire, 284-602: A Social Economic and Administrative Survey (ingilis). Taylor & Francis. 1964. səh. 830—834. ISBN 9780801833540.}
  • Hendi, M. F. Studies in the Byzantine Monetary Economy c.300—1450 (ingilis). Kembric: Cambridge University Press. 1985. ISBN 0 521 24715 2.}
  • Kolb, Anna. Transport und Nachrichtentransfer im Roemischen Reich (alman). Berlin: Walter de Gruyter. 2001. səh. 380. ISBN 9783050048246.
  • Silverştayn, A. C. Postal Systems in the Pre-Modern Islamic World (ingilis). Kembric: Cambridge University Press. 2007. səh. 29—40. ISBN 9781139464086.
  • Krogez-Petreken, S.; Nelis-Klement, J. "La circulation des hommes et de l'information". Rome et l’Occident (ii e siècle av. J.-C.-ii e siècle apr. J.-C.). Gouverner l’Empire (fransız). Roma. 2009: 107—139, esp. 129—133. doi:10.1400/37766.
  • Kolb, Anna. Transport and communication in the Roman state: the cursus publicus (PDF) (ingilis). Travel and geography in the Roman Empire. 2012. səh. 95—105. 1 aprel 2018 tarixində arxivləşdirilib (PDF).
  • R. S. Gentry. The Vehiculatio in Roman Imperial Regulation: Particular Solutions to a Systematic Problem (ingilis). 12. Madison Historical Review. 2015. səh. 1—14.