Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi

"Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi — əmək bazarı və sosial müdafiə sahələrində (bundan sonra – müvafiq sahə) mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan publik hüquqi şəxsdir.Observatoriya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin (bundan sonra — Nazirlik) tabeliyində fəaliyyət göstərir[1].

Yaranması[redaktə | mənbəni redaktə et]

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanının[2] 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərara ilə yaradılmışdır [3]

Əsas fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

Observatoriya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur. Observatoriya ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Observatoriya bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Observatoriya müstəqil balansa, əmlaka, xəzinə və bank hesablarına, loqotipə (emblemə), üzərində Nazirliyin adı və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.Observatoriya Bakı şəhərində yerləşir [4]

Nizamnaməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmişdir (2 nömrəli əlavə). Milli Observatoriyanın Nizamnaməsi aşağıdakı hissələrdən ibarətdir:Ümumi müddəalar,Observatoriyanın fəaliyyət istiqamətləri, Observatoriyanın vəzifələri və hüquqları,Observatoriyanın idarə olunması, Observatoriyanın nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti, Observatoriyanın fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, Observatoriyada uçot və hesabat,Observatoriynın yenidən təşkili və ləğvi [5].

Strukturu[redaktə | mənbəni redaktə et]

ƏB SMM üzrə Milli Observatoriyanın strukturu sədr,sədr müavini və “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın Aparatından ibarətdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-02.
  2. "Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanı". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.
  3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-02.
  4. "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-02.
  5. "Əmək Bazarı və Sosial Məsələlər üzrə Observatoriyanın Nizamnaməsi". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]