Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırıqlı
Qırıqlı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qırıqlı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. == Oxşar == Qırıxlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qıyıqlı
Qıyıqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Toponim, çox güman ki, Səlcuq oğuzlarının kıyıq tayfasının adından və mənsubiyyət bildirən "-lı" şəkilçisindən ibarət olub, "kıyık tayfasından olanlar" mənasını bildirir. == Tarixi == Yerli əhalinin məlumatına görə, kənd rayonun Muşavaq kəndindən köçüb gəlmiş Qıyıq Alının nəslinin məskunlaşması nəticəsində yaranmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Qıyıqlı kənd kitabxana filialı, Qıyıqlı kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Qıyıqlı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Qıyıqlı kənd tibb məntəqəsi yerləşir.
Dönük Qırıqlı
Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Nurlan Sultanov — Vətən müharibəsi şəhidi. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Qırıqlı-Muğanlı
Qırıqlı-Muğanlı — Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Qırıqlı-Muğanlı- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Muğanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Muğanlı kəndlərinin bir-birindən fərqləndirmək üçün "qırıqlı kəndi yaxınlığında yerləşən Muğanlı kəndi" mənasındadır.
Qırıqlı (Goranboy)
Qırıqlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Qırıqlı kəndi Goranlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırıqlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfavilər dövıündə də qırıqlılar acarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasını göstərir. Qırıqlılar XIX əsrin əvvəllərində Qazax va Borçalı mahallarnda yaşamışlar. Nadir şah Əfşar (XVIII əsr) da mənşəcə həmin tayfadan olmuşdur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Korçayın (Kürək çayının qolu) sahilində, düzənlikdə yerləşir.
Qırıqlı (Göygöl)
Qırıqlı, Qırıxlı—Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qırıqlı oyk., düz. Goranboy r-nunun Goranlı i.ə.v.-də kənd. Korçayın (Kürək çayı¬nın qolu) sahilində, düzənlikdədir. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XIII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfəvilər dövründə də qmqlılar əfşarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasım göstərir. Qınqlılar XIX əsrin əvvəllərində Qazax və Borçalı mahallarında yaşamışlar.
Qırıqlı bələdiyyəsi
Qırıqlı bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Qırıqlı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Qırışıqlıq
Qırışıqlıq — yer qabığının bu və ya digər sahəsində olan qırışıqların məcmusuna deyilir. Qırışıqlığın üç morfoloji tipini ayırırlar: 1. geosinklinal, 2. platforma və 3. aralıq və ya keçid qırışıqlıq tipi. Yerin inkişaf tarixində qırışıqlıq sistemlərinin əmələ gəlmə dövrlərinə əsasən arxey, proterozoy, kaledon, hersin və alp qırışıqlıqları ayırırlar. Bəzi alimlər baykal, sakit okean və qırışıqlıqlar da ayrılmasını təklif edirlər. == Bünövrə qırışıqları == Bünövrə qırışıqları qədim qırışıq bünövrədə təkrar deformasiya nəticəsində əmələ gəlmiş qırışıqlardır. Bu zaman bünövrə üzərində yatan çökmə süxurlarda örtük qırışıqları inkişaf edir. Bünövrə qırışıqları adətən kəskin bucaq uyğunsuzluğu ilə müxtəlif mənşəli daha gec, o cümlədən platforma struktur-formasion kompleksləri ilə örtülür və ya bilavasitə yer səthinə çıxır.
Qırıqlı bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qırıqlı bələdiyyəsi (Göygöl)
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşıqlıq
Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin intensiv inkişafının daha da artdığı Hacıbəyovdən sonrakı dövrdə peşəkar bəstəkarlıq yaradıcılığında musiqi təfəkkürünün formalaşmasını nəzərdən keçirərkən və tədqiq edərkən baş verən təzahürün həlledici mənbələrinin rolunun təhlilinə diqqət yetirəcəyik. Yəni – aşıq sənəti, kamil muğam qatları və müasir bəstəkarlıq yaradıcılığının yeni üslub xüsusiyyətləri kimi musiqi mədəniyyəti mənbələrindən Ü.Hacıbəyov yaradıcılığı əsasında uğurla və çox həssaslıqla istifadə nəzərdə tutulur. Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. Bu irs sitat xarakterli deyildir, çox taktla və yerində intonasiya, metroritm, səciyyəvi səslənmələr, obrazlı tərkib hissələrdən istifadə edir. Bu da təbiidir, belə ki, aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır.
İşıqlı
İşıqlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. İşıqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. İşıqlı (dağ) — Azərbaycanın Laçın rayonunda dağ. Böyük İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ. Kiçik İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ.
Qırışıqlıq epoxası
Qırışıqlıq epoxası (rus. эпоха складчатости, ing. folding epoch) — qırışıq əmələgəlmə və eləcə də dağəmələgəlmə və qranitoidli in-truziv maqmatizm proseslərinin güclənmə epoxası. Q. e.-da struktur planın əsaslı surətdə yenidən qurulması və qırışıqlıq sistemi və ya vilayətlərin inkişafında müəyyən dönüş baş verir.
Qırışıqlıq fəzası
Qırışıqlıq fəzası (rus. - фаза складчатости, ing. folded phase) — (tektogenez) – uzunmüddətli və fasiləsiz tektonik hərəkətlərin, (xüsusilə qırışıq əmələgəlmənin) nisbətən qısa müddətli sürətlənməsi hadisəsi, qalxma və yuyulma sayəsində yaranan bucaq qeyri-uyğunluğu şəklində öz əksini tapır.
Qışqırıq (film)
Qışqırıq 4
Qışqırıq 4 (ing. Scream 4) — Ues Kreyven tərəfindən 2011-ci ildə çəkilən filmdir. == Xarici keçidlər == Qışqırıq 4 — Internet Movie Database saytında.
Xəyal qırıqlığı
Xəyal qırıqlığı — Hisslərin gözləniləndən daha çox olması, lakin qarşılığının olmaması, uğrunda çalışılan şeyə nail ola bilməmə halıdır. Bu bəzən ümidsizliyə də yol aça bilir. Bu səbəblə bu iki ifadə dəyişəcəkli olaraq istifadə oluna bilir.
Qışqırıq 5
Qışqırıq (ing. Scream) — Mett Bettinelli-Ollin və Tayler Cillett tərəfindən 2022-ci ildə çəkilmiş amerikan sleşer filmi. "Qışqırıq" film seriyasının sayca beçinci filmidir. 2011-ci ildə buraxılmış "Qışqırıq 4" filminin davamıdır. Bu Ues Kreyvenin rejissorluq etmədiyi ilk "Qışqırıq" filmidir. Kreyven 2015-ci ildə vəfat etmişdir.
Böyük İşıqlı
Böyük İşıqlı (erm. Մեծ Իշխանասար) vulkanı - Azərbaycan Respublikasının qərbində, Laçın rayonunun cənub-qərbində Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Vulkanın mütləq hündürlüyü dəniz səviyyəsindən 3552 metrdir. Böyük İşıqlı yatmış vulkandır və burada mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir. Yamacında İşıqlı Qaragölü yerləşir. Həmçinin 17 oktyabr 1987-ci il tarixində yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğu da, Böyük İşıqlı dağının yamacında, 2650–2700 m mütləq yüksəklikdə yerləşir. Böyük İşıqlı dağı Ermənistanla sərhəddə yerləşir. Qarabağ yaylasında ən yüksək zirvələrdən biridir. İşıqlı komponenti dağın (başı daim qarla ortulu olduğundan) işıq saçdığını, parıldadığını bildirir. == Mənbə == 8-ci siniflər üçün dərslik.
Kiçik İşıqlı
Kiçik İşıqlı — Laçın rayonu ərazisində dağ. Dağ Qarabağ yaylasındadır. Ermənistanla sərhədin yaxınlığında, Böyük İşıqlı dağından şimaldadır. Hündürlüyü 3455 m. Böyük İşıqlı dağından (3552 m.) nisbətən alcaq olduğu üçün belə adlandırılmışdır.
Toyqar İşıqlı
Toyqar İşıqlı (16 aprel 1974, Gölcük[d], Kocaeli ili) — türk bəstəkarı, musiqi prodüseri və müğənnisi. Film və serial musiqisi üzrə fəaliyyət göstərən sənətkar mindən çox əsər bəstələmişdir. Serial musiqi albomları ilə yanaşı, onun öz sözləri, bəstəsi və şərhi ilə solo albomları da var. Arven Müzik film istehsalı və yayımlanması şirkətinin sahibidir. == Həyatı == 1974-cü ildə Gölcükdə anadan olub. Gölcük Barbaros Hayrettin Liseyini bitirib. Daha sonra İstanbula köçdü və Mərmərə Universitetində vokal ixtisası üzrə bakalavr təhsili aldı. O, magistr dərəcəsini İstanbul Texniki Universiteti MİAM-da (Musiqidə İrəli Araşdırmalar Mərkəzi) almışdır. Hal-hazırda, İstanbul Texniki Universitetində musiqişünaslıq və musiqi nəzəriyyəsi üzrə aspirantura təhsili alır. Toygar Işıklı Berklee Musiqi Kollecində də film musiqisi oxuyub.
İşıqlı (Füzuli)
İşıqlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qubadlı rayonunun Muradxanlı inzibati ərazi vahidində kənd. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Ciyciyi olmuşdur. Zəngilan rayonunda Ciyciyi dərəsi adlı yer də qeydə alınmışdır. Kənd sonralar Şeyx Şərif adlı şəxsin adı ilə Şıxlı adlanmış, sonralar tələffüzdə İşıqlı formasına düşmüşdür 1937-ci ildə yaxınlığındakı Binədərəsi, Damlanıc və Narcaq kəndləri də bu kəndə birləşdirilmiş, kəndin ərazisi xeyli böyümüşdür. Kəndin ərazisindəki köhnə qəbiristanlıq hazırda Şeyx Şərif qəbiristanı adlanır; Füzuli rayonunun Dədəli inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir.
İşıqlı (Qubadlı)
İşıqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Toponimikası == İşıqlı kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Ciyciyi olmuşdur. Zəngilan r.nunda Ciyciyi dərəsi adlı yer də qeydə alınmışdır. Kənd sonralar Şeyx Şərif adlı şəxsin adı ilə Şıxlı adlanmış, sonralar tələffüzdə İşıqlı formasına düşmüşdür. 1937-ci ildə yaxınlığındakı Binədərəsi, Damlanıc və Narcaq kəndləri də bu kəndə birləşdirilmiş, kəndin ərazisi xeyli böyümüşdür. Kəndin ərazisindəki köhnə qəbiristanlıq hazırda Şeyx Şərif qəbiristanı adlanır. == Əhalisi == 1912-ci ilin "Qafqaz təqvimi"nə görə kənddə əsasən kürdlərdən ibarət 208 nəfər yaşayırdı.
İşıqlı (dağ)
İşıqlı — Laçın rayonu ərazisində dağ. Qarabağ silsiləsinin ən hündürlüyüdur zirvələrindən biridir. Ermənistanla sərhəddə yerləşir. Hündürlüyü 2520 m. Tədqiqatçılara görə, dağın başının qarlı olması və qarın gün işığında parıldaması bu adın yaranmasına səbəb olmuşdur. Oronimi Şıxlı nəslinin adı ilə də bağlayırlar.
İşıqlı (dəqiqləşdirmə)
İşıqlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. İşıqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. İşıqlı (dağ) — Azərbaycanın Laçın rayonunda dağ. Böyük İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ. Kiçik İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ.
İşıqlı Qaragöl
İşıqlı Qaragöl, bəzən Qaragöl kimi qeyd olunur — Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir. Göl dəniz səviyyəsindən 2.666 metr yüksəklikdə yerləşir və təxminən 2 kvadrat kilometr əraziyə malikdir. Gölün suyu soyuq və təmizdir. Göldə İşxan qızılbalığının növləri yaşayır. == Tarixi == 2021-ci il mayın 12-dən başlayaraq, Azərbaycanla Ermənistan arasında Qaragöl ətrafında gərginlik yaşanır. Ermənistan tərəfi Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan tərəfi isə bunun yalan olduğunu, hələ Sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini qeyd edib. Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan sərhədini keçərək Sünik rayonundakı Qaragöl ərazisi boyunca 3.5 kilometr irəliləyib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, "Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir".