İşıqlı Qaragöl

İşıqlı Qaragöl, bəzən Qaragöl kimi qeyd olunur — Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir. Göl dəniz səviyyəsindən 2.666 metr yüksəklikdə yerləşir və təxminən 2 kvadrat kilometr əraziyə malikdir.[1] Gölün suyu soyuq və təmizdir.[1] Göldə İşxan qızılbalığının növləri yaşayır.[1]

İşıqlı Qaragöl
azərb. İşıqlı Qaragöl
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2657.5 m
Eni 1,2 km
Uzunluğu
  • 1,6 km
Sahəsi
  • təq. 2 km²
Həcmi > 9 hm³
Dərin yeri təq. 7,5 m
Tökülən çay Həkəri çayı
Yerləşməsi
39°35′52″ şm. e. 46°13′53″ ş. u.HGYO
Ölkələr
Rayonlar
İşıqlı Qaragöl xəritədə
İşıqlı Qaragöl
İşıqlı Qaragöl
İşıqlı Qaragöl xəritədə
İşıqlı Qaragöl
İşıqlı Qaragöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2021-ci il mayın 12-dən başlayaraq, Azərbaycanla Ermənistan arasında Qaragöl ətrafında gərginlik yaşanır.[2] Ermənistan tərəfi Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan tərəfi isə bunun yalan olduğunu, hələ Sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini qeyd edib.[3][4]

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan sərhədini keçərək Sünik rayonundakı Qaragöl ərazisi boyunca 3.5 kilometr irəliləyib.[5][3] Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, "Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir".[3]

  1. 1 2 3 Hakobyan, Tadevos Kh.; Melik-Bakhshyan, Stepan T.; Barseghyan, Hovhannes Kh. Հայաստանի և հարակից շրջանների տեղանունների բառարան [Dictionary of toponymy of Armenia and adjacent territories] (erməni). 4. Yerevan: Yerevan State University Publishing House. 1998. səh. 584. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
  2. "Armenia and Azerbaijan in new border crisis". eurasianet.org. eurasianet.org. 14 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2021.
  3. 1 2 3 ""Azərbaycan əsgərləri hər gün irəli gəlir" - Xoznavar kəndinin sakinləri Qaragöl barədə danışır". www.bbc.com. BBC. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2021.
  4. "Qazax rayonunda işğal olunmuş kəndlər qaytarılacaqmı?". www.azadliq.org. www.azadliq.org. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2021.
  5. "Armenia accuses Azerbaijan of new territorial 'infiltration'". www.aljazeera.com. www.aljazeera.com. 1 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2021.