Böyük İşıqlı

Böyük İşıqlı (erm. Մեծ Իշխանասար) vulkanı - Azərbaycan Respublikasının qərbində, Laçın rayonunun cənub-qərbində Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Vulkanın mütləq hündürlüyü dəniz səviyyəsindən 3552 metrdir.[1] Böyük İşıqlı yatmış vulkandır və burada mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir.[2] Yamacında İşıqlı Qaragölü yerləşir. Həmçinin 17 oktyabr 1987-ci il tarixində yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğu da, Böyük İşıqlı dağının yamacında, 2650–2700 m mütləq yüksəklikdə yerləşir.[3]

Böyük İşıqlı
Ümumi məlumatlar
Növü Yatmış vulkan
Vulkan forması Stratovulkan
Son püskürmə Naməlum
Mütləq hündürlüyü 3552 m
Yerləşməsi
39°35′05″ şm. e. 46°10′35″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Ermənistan Ermənistan
Rayon Laçın rayonu
Sünik mərzi

Böyük İşıqlı xəritədə
Böyük İşıqlı
Böyük İşıqlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük İşıqlı dağı Ermənistanla sərhəddə yerləşir. Qarabağ yaylasında ən yüksək zirvələrdən biridir. İşıqlı komponenti dağın (başı daim qarla ortulu olduğundan) işıq saçdığını, parıldadığını bildirir.[4]

  • 8-ci siniflər üçün dərslik. Azərbaycan Respublikasının Fiziki Coğrafiyası. Təhsil. Bakı-2011 Səh.17
  1. "Oroqrafiya və yüksəklik qurşaqları". 2015-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
  2. "Kiçik Qafqaz vilayətinin geologiyası". 2015-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  3. "Qaragöl Dövlət Təbiət Qoruğu". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  4. Böyük İşıqlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.