Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaragilə
Qaragilə (lat. Vaccinium) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin vacciniaceae fəsiləsinə aid bitki cinsi.
Adi qaragilə
Cır qaragilə (lat. Vaccinium uliginosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Sinonimləri == Myrtillus uliginosus (L.) Drejer Vaccinium gaultherioides Bigelow Vaccinium occidentale A. Gray Vaccinium pedris Holub Vaccinium pubescens Wormsk. ex Hornem. Vaccinium uliginosum var. album J.Y. Ma & Yue Zhang Vaccinium uliginosum subsp. gaultherioides (Bigelow) S.B. Young Vaccinium uliginosum var. gaultherioides (Bigelow) Bigelow Vaccinium uliginosum subsp. occidentale (A. Gray) Hultén Vaccinium uliginosum var. occidentale (A. Gray) H. Hara Vaccinium uliginosum var.
Qaragilə (cins)
Cır qaragilə
Cır qaragilə (lat. Vaccinium uliginosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Sinonimləri == Myrtillus uliginosus (L.) Drejer Vaccinium gaultherioides Bigelow Vaccinium occidentale A. Gray Vaccinium pedris Holub Vaccinium pubescens Wormsk. ex Hornem. Vaccinium uliginosum var. album J.Y. Ma & Yue Zhang Vaccinium uliginosum subsp. gaultherioides (Bigelow) S.B. Young Vaccinium uliginosum var. gaultherioides (Bigelow) Bigelow Vaccinium uliginosum subsp. occidentale (A. Gray) Hultén Vaccinium uliginosum var. occidentale (A. Gray) H. Hara Vaccinium uliginosum var.
Qafqaz qaragiləsi
Qafqaz qaragiləsi (lat. Vaccinium arctostaphylos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü.
Qarağıl (Azərşəhr)
Qarağıl (fars. قراغيل‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,527 nəfər yaşayır (332 ailə).
Qarakilsə
Gürcüstan Qarakilsə (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Ermənistan Qarakilsə rayonu — Ermənistan Respublikasında mövcud olmuş rayon. Qarakilsə (şəhər) — Qərbi Azərbaycanın (Ermənistan Respublikası) Qarakilsə rayonunda şəhər. Qarakilsə (Abaran) — Qərbi Azərbaycanın (Ermənistan Respublikası) Abaran rayonunda kənd. Qarakilsə (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Qarakilsə petroqlifləri — tarixi Azərbaycan ərazisində qayaüstü abidələr. Üçüncü Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Türk Qarakilsəsi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Türk Qarakilsəsi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunun ərazisində kənd.
Qarayilər
Qarayilər, Gəraylılər, Qaraylar, Qara Tatarlar və ya Karayitlər(fars. قرایی ها،گرایلی ها‎) İranda yaşayan Türk soylu xalqlardandır.Qəraylərin çoxu Rəzavi Xorasan ostanının Türbət Heydəriyə şəhərində sakindirlər.Bu şəhəri İshaq xan Qarayi təsis edib. Qarayilər həm də Rəzavi Xorasan ostanının Türbət Cam şəhərində, Kirman ostanının Sircan və Bərdsir şəhərlərində və Qaşqayların arasında da yaşayırlar və Qaşqay elinin oymaqlarının birini təşkil edirlər. == Tarixçə == XII əsrdə Qəraylər Monqolustanın Qaraqum məntəqəsin işğal etdilər amma sonra Monqollar onları məğlub etdilər. Monqolların qələbəsindən sonra iki qrupa bölündülər.Bir qrup ərazilərin öz ata-baba torpaqlarında saxladılar Digər qrup Hülaku xan ilə İran və Azərbaycanı fəth etmək üçün əməkdaşlıq etdilər.Monqulların hakimiyyətinin tənəzzülündən sonra Türkiyə hicrət etdilər. 14-cü əsrdə Əmir Teymur 40000 Qarayi ailəsin Türkiyədən Səmərqənddə köçürdü ki onlardan 12000 ailə Xorasana getdilər. 16-cı əsrdə Səfəvilər dövləti onların bir qismin Hərat və Mərvdə sakinləşdirdi. Amma sonra bu qəbilər Məşhədin cənubuna qayıtdılar.18-ci əsrdə Nadir şah Əfşar, Xorasanın şərqin onlara verdi və Türbət Heydəriyə onların mərkəzi oldu.Qacarlar dövründə onlar müstəqilliklərini mərkəzi hökumətdən saxlamışdırlar amma Abbas mirzə Qovanlı-Qacar, onların liderləri Məhəmməd xanı həbs edəndən sonra Qarayilərin müstəqillikləri və Türbət Heydəriyədə ki hakimiyyətləri sona çatdı və Qacar şahları və şahzadələri məntəqənin hakimiyyətin ələ aldılar və ondan sonra Qarayi elinin liderləri bütün 19-cu əsrin boyunda məntəqənin Qacar hökmdarının vəziri və müavini kimi oldular.Məhəmməd xan Təbrizdə bir hörmətli məhbus kimi şəxsi evində yaşadı və sonra orada da vəfat etdi. == Dil və Məzhəb == Qarayilər əski zamanlarda kamilən Türk dilli xalqlardan idilər və dinləri Şamanizm, Yəhudilik, Xristianlıq və İslam idi. Hal-hazırda İrandakı Qarayilərin əksəriyyəti Fars dilli və Bəluc dilli olublar və çox azı Türk dilində danışırlar, və əksəriyyətinin dini İslam və şiə məzhəbidir.
Qaraşirə
Nargilə
Qəlyan — Orta Şərq, Qafqaz və Cənubi Asiyaya xas ənənəvi bir tütün çəkmə vasitəsi İstifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. Qəlyanın içim şəkli və forması yüzlərlə il keçdikdən sonra daha da formlaşmışdır. Bu istifadə ənənəsi ilə sadə bir alətdən daha çoxunu ifadə edir, hətta şərq mədəniyyətinin bir parçası halına gəlmişdir. Qəlyan təməl olaraq 4 hissədən meydana gələr: Sər: Qəlyanın uzun gövdəsi. Boyun qisimi dar olmaqla birlikdə qarın qisiminə enildikcə diametri genişləyən, quruluş olaraq dolçaya bənzəyən bir parçadır. Şüşə, metal və dulusçuluqdan edilir. Lülə: Ən üstdə olan, təmbəkinin qoyulduğu dəlikli tabaq. Gümüş, düyü ya da misdən edilmiş, oymalarla bəzəkli bir mühafizə ilə çevrilidir, üzərinə köz qoyularaq lazımlı istilik təmin edilir. Marpuç: Tüstünü şüşədən alan və ağıza çatdıran hissədir. Bu hissədə istifadə edilən xortum qoyun dərisindən edilir.
Qaragöl
Azərbaycanda Qaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd. İşıqlı Qaragöl — Laçın rayonu ilə Gorus rayonu sərhəddində yerləşən göl.
Böyük Qarakilsə
Böyük Qarakilsə, Kirovakan, Vanadzor — Ermənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi. == Tarixi == 1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir. Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935), Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan, 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır. Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir.
Kiçik Qarakilsə
Kiçik Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə, Gümrü şəhərinin cənubunda yerləşir. Kəndin adı Xılqarakilsə, Xli-Qarakilsə, Qafqazın 5 verstlik xəritəsində Kiçik Qarakilsə formalarında qeyd edilmişdir. Toponim kəndin yaxınlığındakı qara rəngli kilsənin adı əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «kiçik» sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Azatan qoyulmuşdur. == Əhalisi == Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Azərbaycanlılar 1828-ci ildə qovulmuş, 1829-1830 - cu illərdə Türkiyənin Qars, Alaşkert bölgələrində ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Pəriçınqıl Qaragölü
Pəriçınqıl Qaragölü — Laçın rayonu ərazisində göl. Alagöllər dağının (Qarabağ yaylası) cənub-qərb yamacında, 2961 metr yüksəklikdə şirin sulu göldür. Mal-qaranın suvarılmasında istifadə olunur. Ərazidəki Qaragöl adlı bir neçə göldən fərqləndirmək üçün Pəriçınqıl dağının adından istifadə olunmuşdur. Gölün sahəsi 0,94 km², maksimal dərinliyi isə 5,4 metrdir.
Qalacıq (Qarakilsə)
Qalacıq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 21 km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, Bazarçay kəndindən 4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qala (qələ) sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması əsasında yaranmışdır. Relyef əsasında yaranan quruluşca düzəltmə toponimdir. Kəndin adı qeyri-rəsmi dəyişdirilərək Spandaryan qoyulmuşdur.
Qaradağlı (Qarakilsə)
Qaradağlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. == Əhalisi == Buraya ermənilər 1828-1830-cu illərdə İrandan köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ilin axırlarında azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir.
Qarakilsə (Abaran)
Qarakilsə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində Qarakilsə formasında qeyd edilmişdir. Toponim kənddəki qara daşdan tikilmiş alban kilsəsinin adı əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Hartavan qoyulmuşdur.
Qarakilsə (Başkeçid)
Qarakilsə — Gürcüstan Respublikasının Kvemo Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Qarakilsə (Loru)
Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qarakilis formasında qeyd edilmişdir. Burada Qarakilsə adlı iki kənd olmuşdur: Böyük Qarakilsə, Kiçik Qarakilsə. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernahovit qoyulmuşdur. == Əhalisi == Böyük Qarakilsədə 1831-ci ildə ermənilərdən başqa 8 nəfər azərbaycanlı yaşamışdır. Kiçik Qarakilsədə 1886-cı ildə yalnız 106 nəfər azərbaycanlı yaşamışdır. XIX əsrin 90-cı illərində azərbaycanlılar deportasiya edilmişdir. İndi burada yalnız ermənilər yaşayır.
Qarakilsə (Çaldıran)
Qarakilsə (fars. قره كليسا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 174 nəfər yaşayır (32 ailə).
Qarakilsə (şəhər)
Sisian və ya Qarakilsə — Ermənistan Respublikası ərazisində şəhər. Sisian rayonunun mərkəzi. == Tarixi == Qarakilsə şəhərindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. Qarakilsə İndiki Sisyan rayonun mərkəzi, şəhərtipli qəsəbəsidir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 02.03.1940-cı il fərmanı ilə adı dəyişdirilərək Sisavan, sonradan Sisyan adlandırılmışdır. == Əhalisi == Ermənilərlə yanaşı burada 1831-ci ildə 63 nəfər, 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 297 nəfər, 1897-ci ildə 481 nəfər, 1914 - cü ildə 866 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünün qurbanı olmuşdur.
Qarakilsə petroqlifləri
Qarakilsə qayaüstü təsvirləri — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində qayaüstü təsvirlərdir. Bu təsvirlər iki qrupa ayrılır: e.ə. 5-4-cü minilliklərə aid e.ə. 3-2-ci minilliklərə aid. Həmin təsvirlərdə bölgənin o vaxtki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahali kimi Qarakilsə ərazisi də qədimdən türk-oğuz tayfalarının ana yurdu olmuş, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır. == Həmçinin bax == Zəngəzur Göyçə Basarkeçər == Mənbə == Сисиан (справочник-путеводитель), Ереван, 1987, Ə.Ələkbərli.
Qarakilsə rayonu
Sisian və ya Qarakilsə rayonu — Ermənistan Respublikasında rayon. Rayon mərkəzi Sisian şəhəridir. == Tarixi == Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Ərazisi 1719 kv. km-dir. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş adı Sisian) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. == Coğrafi mövqeyi == Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı rayon boyu axıb gedir.
Sofulu (Qarakilsə)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. == Tarixi == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir. Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – “başçı”, “knyaz”, “şahzadə” (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi “Si” və “Sakan” hissələrindən ibarətdir və “Si sakları” mənasını verir. “Sakan” komponenti Sak etnoniminə və - an şəkilçisinə ayrılır. Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!).
Şıxlar (Qarakilsə)
Şıxlar — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. Toponim türk tayfasından olan şeyxlər (şıxlar) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıl Şəfəq qoyulmuşdur. == Tarixi == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Şeyxler, Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasında qeyd edilmişdir. 1918-ci ildə kənd əhalisi ermənilər tərəfindən vandalizmə, habelə etnik təmizləməyə məruz qalmışdır..
Ərəfsə (Qarakilsə)
Ərəfsə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sisian rayonunda kənd. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sisyan nahiyəsində Ərəfsa kimi qeyd olunmuşdur Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib, Ərəfsə sözünün əvəzinə ermənicə "Günəşli" mənasını verən Arevis qoyulmuşdur. Ərəfsənin tarixi adlarından biri də Şəhərcikdir. 1903-cü ildə nəşr olunmuş "Qafqaz" xəritəsində kəndin adı məhz "Şəhərcik" kimi verilmişdir. == Tarixi == Ərəfsə kəndi müxtəlif vaxtlarda ətrafda mövcud olan dövlət qurumlarının tərkibinə daxil olub. Xanlıqlar dövründə Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra kənd əvvəlcə Tiflis, sonra isə Yelisavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, mərkəzi Qarakilsə olan Sisian mahalının tərkibində olmuşdur. Çar Rusiyasının çökməsindən sonra Ərəfsə kəndi yuxarıda göstərilən quberniya və qəza tərkibində Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olmuşdur. Şimali Azərbaycanın təkrar Rusiya tərəfindən — bu dəfə bolşeviklərin iştirakilə işğal oluunmasından sonra Zəngəzur qəzası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun layihəsinə uyğun olaraq, iki yerə bölünmüş, şərqi Azərbaycan SSR-ə, qərbi isə Ermənistan SSR-ə verilmişdir. Bununla da Türkiyənin Azərbaycan və Orta Asiya türkləri ilə birbaşa təmasda olmasının qarşısı alınmışdı.
Qaraqala
Kəndlər Qaraqala (Loru) — Tiflis quberniyasının Loru - Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Qaraqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qaraqala (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Qaraqala (Sərdarabad) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Qaraqala (Qars) Digər Qaraqala yaşayış yeri — Qaraqala nekropolu — Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaraqala — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ.
Qarğılı
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. == Toponimikası == Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Macrachaenium gracile var. gracile
Macrachaenium (lat. Macrachaenium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Macrachaenium gracile Hook.f. Sinonim Macrachaenium gracile var.
Qaraağıl (Çaldıran)
Qaraağıl (fars. قره اغ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (26 ailə).