Böyük Qarakilsə, Kirovakan, Vanadzor — Ermənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi.
Şəhər | |
Böyük Qarakilsə | |
---|---|
40°48′46″ şm. e. 44°29′18″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.350 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 2001–2024 |
Nəqliyyat kodu | 36 |
Digər | |
vanadzor.am {{ref-ermənicə}} | |
Vikianbarda əlaqəli mediafayllar |
1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir.
Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935)[1][2], Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan[1], 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır.
Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir. "Böyük" sözü fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Şəhər Bazum və Pəmbək silsilələri arasındakı çökəklikdə yerləşir.
1835-ci ilə olan məlumata əsasən Gürcüstan quberniyasının Şörəyel – Pəmbək distansiyasında, Pəmbək çayının sağ sahilində yerləşən Qarakilsə kəndinin əhalisi 103 tatar ailəsindən ibarət idi.[3]
1980-ci ildə 149 min əhalisi olub və əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
КИРОВАКАН (1935 иләдәк Гаракилсә) – Ерм. ССР-дә шәһәр. Базум вә Пәмбәк силсиләләри арасындакы чөкәкликдә, Пәмбәк, Тандзут вә Ванадзорикет чајларынын бирләшдији јердәдир. Д.ј. ст. Автомобил јоллары говшағы. Әһ. 149 мин (1980). Кимја, машынгајырма, јүнҝүл вә јејинти сәнајеси, ИЕМ; педагожи ин-т, өлкәшунаслыг музеји, драм театры вә с. вар. Тикинти материаллары истеһсал олунур. С. М. Кировун шәрәфинә адландырылмышдыр.
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |