Qaradağlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd.
Tarixi Azərbaycan əraziləri | |
COMƏRDLİ kəndi | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Zəngəzur mahalı |
İndiki adı | Mrqavet |
Adının dəyişdirilmə tarixi | 20.10.1967 |
İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd.
İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[1] qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır.
Buraya ermənilər 1828-1830-cu illərdə İrandan köçürülmüşdür[2][3]. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır[4]. 1919 - cu ilin axırlarında azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 105 nəfər azərbaycanlı yaşamışdır[4]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953 - cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı[5] əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.