Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qutucuq
Kompüter texnologiyalarında qutucuq (ingiliscə - checkbox, tickbox və ya tick box) istifadəçi interfeysinin elə bir elementidir ki, istifadəçilərə müxtəlif seçimlər içərisindən bir neçəsini seçməyə imkan verir. Adətən onlar ekranda balaca kvadrat qutu şəklində görünür, ağ boşluq formasında (işarələnməmiş halda) və ya X (işarələnmiş halda) ilə fərqləndirilir. Bir çox hallarda X işarəsinin yerinə kiçik quş işarəsi də qoyulur.
Quyucuq
Quyucuq (Əbhər)
Quyucuq (Heris)
Quyucuq (fars. قويوجاق‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (7 ailə).
Quyucuq (Həştrud)
Quyucuq (fars. قويوجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (4 ailə).
Quyucuq (Miyanə)
Quyucuq (fars. قويوجاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 248 nəfər yaşayır (62 ailə).
Quyucuq (Sayınqala)
Quyucuq (fars. قويجق‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (20 ailə).
Quyucuq (Urmiya)
Quyucuq (fars. قويوجق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (14 ailə).
Quyucuq (Əbhər)
Quyucuq (fars. قويوجوق‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (4 ailə).
Quyucuq-i Ülya (Xudabəndə)
Quyucuq-i Ülya (fars. قويجوق عليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 312 nəfər yaşayır (63 ailə).
Dialoq qutucuğu
kompüterlərdə qrafik istifadəçi interfeysinin bir elementi olan dialoq qutucuğu elə pəncərə növüdür ki, istifadəçi və kompüter arasında ünsiyyəti asanlaşdırmağa xidmət edir. O istifadəçiyə məlumat ötürə, istifadəçidən məlumat istəyə və ya eyni zamanda hər ikisini edə bilər. Adətən dialoq qutucuqları istifadəçilərə bir neçə seçimdən birini və ya bir neçəsini seçmək üçün və ya suala cavabları daxil etmək üçün verilir. Bunlar bəzən sağda şəkildə göstərilən formada bildiriş kimi peyda olurlar.
Quzucaq
Quzucaq-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Quzucaq-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Quyuluq məhəlləsi
Quyuluq məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biridir. Bu məhəllə su quyuları ilə bol olduğundan belə adlandırılmışdır. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur.
Quyuluq məscidi
Quyuluq məscidi — XVIII əsr də Şuşanın Quyuluq məhəlləsində tikilmişdir. (İNV № 5146) == Haqqında == Quyuluq məscidi Azərbaycanın Qarabağ bölgəsinin Şuşa şəhərində, paytaxt Bakıdan 350 km məsafədə yerləşir. Məscid Şuşanın Güləgül məhəlləsinin Ocaqqulu küçəsində yerləşir. Quyuluq məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biri idi. Təxminən 30 il davam edən işğal dönəmində məscid dağıntılara məruz qalmışdır. Quyuluq məscidi əsas fasadın memarlıq kompozisiyasına görə müxtəlif formalı enli tağları olan eyvanlı Şuşa məhəllə məscidləri tipinə aid edilir. Buna görə də, ibadətxana ilə ibadət zalı üzvi bütövlük təşkil edir. Məscid daxili məkanın memarlıq-konstruktiv həllinə görə təkhəcmli və yastı taxta tavanlı olmuşdur. XVIII əsrdə tikilməsi ehtimal edilən məscid 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.
Ecvort qutusu
Ecvort qutusu — İqtisadiyyatda Edgeworth qutusu və ya Edgeworth-Bowley 2 fərd arasında 2 əmtəənin mübadiləsinin mümkün hallarını təsvir etmək üçün Francis Edgeworth tərəfindən təklif olunmuş, Vilfredo Pareto və Arthur Bowley tərəfindən təkmilləşdirilmiş ağıllı qrafikdir. O, xüsusilə mübadilə iqtisadiyyatında ümumi tarazlığı və ya Rifah İqtisadiyyatının Birinci Teoremi`ni ifadə etmək üçün istifadə olunur.
II Qutluq
II Qutluq xaqan - Uyğurların VII xaqanı və seçki ilə gələn ilk hökmdarı olub. Tun Bağa Tarxanın generalı olaraq böyüyən Qutluq 795-ci ildə xaqan seçildi. 10 il hakimiyyət sürən Qutluq xaqanın dövründə Manilik yenidən rəsmi din oldu.
Keçid qutusu
== Keçid qutusu == Keçid qutusu-iki qurğunun arasına (kompüterlə modem və ya kompüterlərlə printer arasına) siqnalları yoxlamaq və lazım gələrsə, kabelin ayrı-ayrı naqilləri ilə verilən siqnalları dəyişdirmək məqsədilə qoşulan kiçik cihazdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oyun qurucu
Oyun qurucu məşqçinin verdiyi tapşırıqları anlamalı və yerinə yetirməli, oyunun tempinə nəzarət etməlidir. Hücumların başladılması və inkişafı da onun vəzifələrindəndir. Bu mövqedəki oyunçular: NBA-də: Kris Paul, Derrik Rouz, Toni Parker, Stiven Kurri, Kayri Irving, Rasl Vestbrook, Rajon Rondo və s.
Qurcuq (Miyanə)
Qurcuq (fars. گورجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (38 ailə).
Qutluq xaqan
Tutu Qutluq xaqan (地頭可汗阿史那庫頭) — Bumın xaqanın ortancıl oğlu idi. == Hakimiyyəti == Qardaşı Muğan xaqanın dövründə ölkənin şərq bölgələrində "kiçik xaqan" kimi təsdiq olunmuşdur. 563-cü ildə Muğan xaqanın Şimal Ki imperiyasına qarşı səfərinə qoşulmuşdur.
Qutluq İnanc
Qutluq İnanc – Eldəgiz şahzadəsi, Məhəmməd Cahan Pəhləvanın ögey oğlu. == Həyatı == Məhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176–1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172–1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı, lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.
Siyahı qutusu
Siyahı qutusu — istifadəçinin statik, çox sətirli mətn qutusunda olan siyahıdan bir və ya daha çox element seçməsinə imkan verən qrafik nəzarət elementidir.
Skinner qutusu
Skinner qutusu (ing. Skinner box) və ya operant tənzimləmə otağı (ing. operant conditioning chamber) – içərisindəki heyvanın (əsasən siçanın) qida və su əldə edə bilmək üçün basa biləcəyi bir düymənin olduğu aparat. Heyvanın tələb olunan hərəkəti etməsi və qarşılığında mükafatlandırılması prinsibi ilə işləyir. Təcrübənin əvvəlində qutunun içinə bir siçan qoyulur. Siçanın qutudakı hərəkətlərinə məhdudiyyət qoyulmur və rahatca dolaşmasına icazə verilir. Qutunun içində dolaşarkən qida əldə etməsini təmin edən düyməyə təsadüfən basan siçan sonrakı cəhdləri boyunca sürət qazanır və düyməyə basdıqca mükafatlandırıldığını öyrənir. Beləcə, operant tənzimləmə uğurla həyata keçirilmiş olur. Berres Frederik Skinner tərəfindən ixtira olunan bu qutuda bir heyvanın hər reaksiyasını qeydə alan cihaz var. Skinner qutusunun quruluşu heyvandan və təcrübənin formasından asılı olaraq dəyişdirilə bilər.
Sürətlər qutusu
Sürətlər qutusu — müxtəlif tipli sənaye mexanizmlərinin və transmissiyalarının dişli çarxlardan ibarət avadanlığı. Nəqliyyatda tətbiq olunan sürətlər qutusu mühərrikdən gələn dövrlər sayının və momentin böyük diapazonda dəyişdirilməsi üçün tətbiq olunur. Bunlar çox da çevik olmayan daxili yanma mühərrikidirlər. Buxar və elektrik ilə işləyən mühərriklər adətən sürətlər qutusuz hazırlanırlar. Ona görə ki, bu mühərriklər müxtəlif dövrlər sayını alınan enerjinin köməyi ilə böyük həddə tənzim edə bilirlər. Bundan əlavə sürətlər qutusu nəqliyyatın arxaya hərəkətini mümkün edir. Metalkəsən və başqa dəzgahlarda sürətlər qutusu optimal kəsmə rejimlərini təmin etmək üçün tətbiq olunurlar. Alətin və ya hissənin fırlanması (məsələn, torna və ya burğulama dəzgahında) tənzim olunur. ==== Təsnifatı ==== Sürətlər qutusu bir neçə əlamətinə görə təsnifatlaşırlar. Güc ötürmə üsuluna görə: Mexaniki qutular, burada adətən dişli ötürmələrdən istifadə olunur.
Qutunun dışında düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qutunun xaricində düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.