Quyuluq məscidi — XVIII əsr də Şuşanın Quyuluq məhəlləsində tikilmişdir. (İNV № 5146)[1][2]
Quyuluq məscidi | |
---|---|
39°45′35″ şm. e. 46°45′19″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa rayonu |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | naməlum |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 5146 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Quyuluq məscidi Azərbaycanın Qarabağ bölgəsinin Şuşa şəhərində, paytaxt Bakıdan 350 km məsafədə yerləşir.[3][4] Məscid Şuşanın Güləgül məhəlləsinin Ocaqqulu küçəsində yerləşir.[5][6] Quyuluq məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biri idi.[7][8][9] Təxminən 30 il davam edən işğal dönəmində məscid dağıntılara məruz qalmışdır.[10]
Quyuluq məscidi əsas fasadın memarlıq kompozisiyasına görə müxtəlif formalı enli tağları olan eyvanlı Şuşa məhəllə məscidləri tipinə aid edilir. Buna görə də, ibadətxana ilə ibadət zalı üzvi bütövlük təşkil edir. Məscid daxili məkanın memarlıq-konstruktiv həllinə görə təkhəcmli və yastı taxta tavanlı olmuşdur.
XVIII əsrdə tikilməsi ehtimal edilən məscid 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.