Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Radon
== Radon (Rn) == Radon (Ra)- D. İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
Radonizm
Radon təşkilatçılığı. Radonizm düşüncələri. Radonist təlimləri Radonizm 2014 cü ildə yaradılmış idarə etmə təşkilatıdır. Adı kimyəvi element olan Radonun adından götürülmüşdür. Arc Sinus ləqəbli bir şəxs tərəfindən yaradılmış bu gizli təşkilat hal hazırda Y nəfər tərəfindən idarə olunur. Simvol: Radon simvolu qədim kelt mədəniyyətində istifadə olunan triquetra simvoludur. Təşkilatda idarə etmə: Radon təşkilatı Y nəfər tərəfindən demokratik şəkildə idarə olunur. Üzvlər arasında fərq qoyulmur. Radonist təlimi məntiqi, siyasi düşüncələri, dostluğu əks etdirir. Radonizm təşkilatında dini, irqi fərq qoyulmur.
Redon (rayon)
Redon (fr. Redon) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İl və Vilen. Suprefektura — Redon. Rayon əhalisi 2006-cı ildə 101 710 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 78 nəf / km². Rayon sahəsi — 1302,57 km².
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Rayon
Rayon (fr. rayon — radius, şüa) — böyük yaşayış məntəqəsi. Rayona tabe kəndlər, qəsəbələr, qismən də şəhər və şəhər tipli qəsəbələr vardır.
Ardon
Ardon rayonu — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. Ardon (şəhər) — Şimali Osetiya Respublikasında şəhər Ardon (çay) — Şimali Osetiyada, Şimali Qafqazda çay, Terek çayının sol qolu.
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
Abvil (rayon)
Abvil (fr. Abbeville) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement). Departamenti — Somma. Suprefektura — Abvil. Rayon əhalisi 2013-ci ildə 134 155 nəfərdir. Əhalinin sıxlığı 78 nəfər/ km² təşkil edir. Rayonun sahəsi — 1733 km²-dir.
Ajen (rayon)
Ajen (fr. Agen) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lo və Qaronna. Suprefektura — Ajen. Rayonun əhalisi 2006-cı ildə 114 951 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 113 nəf. / km². Rayon ərazisi — 1013 km².
Alanson (rayon)
Alanson (fr. Alençon) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement). Departamenti — Orn. Suprefektura - Alanson. 2015-ci ildə əhalisinin sayı – 87127 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 56 nəfər / km² təşkil edir. Rayonun sahəsi — 1548,5 km² .
Albervil (rayon)
Albervil (fr. Albertville) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Savoyya. Suprefektura - Albervil. Rayonun əhalisi 2006-cı ildə 108 813 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 44 nəfər / km². Rayonun sahəsi — 2466 km².
Albi (rayon)
Albi ( fr. Albi) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Tarn. Suprefektura - Albi. Rayonun əhalisi 2006-cı ildə 177.880 nəfər təşkil etmişdir. Əhalinin sıxlığı — 65 nəfər / km². Rayon ərazisi — 2732 km².
Ales (rayon)
Ales (fr. Alès) — Fransanın Langedok-Russilyon regionun rayonlarından biri. Departamenti — Qar. Suprefektura — Ales. Rayonun əhalisi 2006-cı ildə 143 284 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 108 nəfər / km² təşkil edir. Rayonun sahəsi — 1322 km².
Altkirş (rayon)
Altkirş (fr. Altkirch) — Fransanın Elzas regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Reyn. Suprefektura - Altkirş. 2012-ci ildə rayonun əhalisi 69 355 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 105 nəfər / km² . Rayon sahəsi — 663 km².
Amber (rayon)
Amber (fr. Ambert) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Püi-de-Dom. Suprefektur - Amber. Rayonun əhalisi 2006-cı ildə 27 458 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 23 nəfər / km². Rayonun sahəsi 1188 km².
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Amyen (rayon)
Amyen (fr. Amiens) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Somma. Suprefektura — Amyen. Rayon əhalisi 2013-cü ildə 300.657 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 129 nəfər / km². Rayon sahəsi — 2321 km².
Anqulem (rayon)
Anqulem (fr. Angoulême ) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şaranta. Suprefektura — Anqulem. Rayonun əhalisi 2006-cı ildə 191 609 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 58 nəfər / km². Rayon ərazisi — 3320 km².
Anseni (rayon)
Anseni (fr. Ancenis) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luara-Atlantik. Suprefektura — Anseni. Rayonun əhalisi 2006-cı ildə 55.212 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 70 nəfər / km² . Rayon ərazisi — 791 km².
Ansi (rayon)
Ansi (fr. Annecy) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Savoyya. Suprefektura — Ansi. Rayonun əhalisi 2006-cı ildə 249,501 təşkil edirdi. Əhalinin sıxlığı — 198 nəf. / km². Rayonun sahəsi — 1262 km².
Ardon (çay)
Ardon (Oset. Æрыдон "dəli çay") Şimali Osetiyada, Şimali Qafqazda çay, Terek çayının sol qolu. == Coğrafiya == Çayın uzunluğu 102 km, hövzəsinin sahəsi 2700 km²-dir. Ardon çayı, Mamisondon, Nardon, Adaykom və Tsmiakomdon çaylarının axması nəticəsində yaranır ki, bu da öz növbəsində Baş Qafqaz silsiləsinin buzlaqlarından əmələ gəlir. Ardon çayı Şimali Osetiya qoruğunun ərazisindən axır. Dağətəyi Osetiya düzənliyinə girməzdən əvvəl Ardon çay dərin Alagir dərəsindən axır. Daha sonra Şimali Osetiyada Rokski aşırımı ilə cənubu birləşdirən Trans-Qafqaz magistral yolunda dərədən keçir. Digər Hərbi Osetiya yolu Mamison keçidindən Gürcüstanın Oni şəhərinə keçir. Ardon çayının dərəsində və onun qollarında, qurğuşun-sink filizlərinin Sadon yatağı və Buron, Sadon, Yuxarı Zqid, Mizur və Xolst yaşayış şəhərləri yerləşir. Aşağı Zaramaq kəndindən Baddon çayının axmasına qədər təxminən 16 km uzunluğunda çayın kənarında, mövcud və tikilməkdə olan Zaramaq Su Elektrik Stansiyası var.
Ardon (şəhər)
Ardon (Osetin. Ӕрыдон) Şimali Osetiya Respublikasında şəhərdir. Ardonski rayonunun inzibati mərkəzidir. Bələdiyyəni "Ardon şəhər qəsəbəsi" təşkil edir. == Coğrafiya == Ardon şəhəri Osetiya yamacında, Ardon çayının sol sahilində və Tarqaydon qolunda, Vladiqafqazdan 35 km şimal-qərbdə yerləşir. Şəhərdə mülayim kontinental iqlim üstünlük təşkil edir. Ən isti ay iyul ayı hesab olunur, ortalama temperatur 20.4 ° C, ən soyuq ay yanvar ayıdır.Şəhərdə orta temperatur 9.4 ° C təşkil edir. Hər il şəhərdə təxminən 512 mm yağış yağır. == Tarixi == 1824-cü ildə Elizavetinski və Konstantinovski hərbi yaşayış məntəqələri arasındakı yol Terekin sol sahilinə köçürüldü. Onu qorumaq üçün Ardon da daxil olmaqla bir sıra yeni məkanlar inşa edildi.
Ardon rayonu
Ardon rayonu (oset. Æрыдоны район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ardon şəhəridir. == Coğrafiya == Ardon rayonu respublikanın mərkəzi hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Rayonun sahəsi - 377.08 km². Respublikanın aşağıdakı rayonları ilə həmsərhəddir: cənub-şərqdə Priqorodnı, cənubda Alagirski, qərbdə Digor, şimal-qərbdə Kirov, şərqdə isə Pravoberejnı. Rusiya Federasiyasının və ya xarici dövlətlərin subyektləri ilə sərhədləri olmayan respublikanın yeganə daxili rayonudur. Rayondan axan ən əhəmiyyətli çaylar: Ardon, Fiaqdon, Terek, Suadaqdon, Saudon, Dur-Dur və s. == Əhali == Urbanizasiya Şəhər şəraitində rayon əhalisinin 60,88 % yaşayır. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: == Təhsil == 11 orta məktəb; 18 məktəbəqədər müəssisə; 2 əlavə təhsil məktəbi; 3 orta ixtisas təhsili müəssisəsi.
Astara (rayon)
Astara rayonu (tal. Ostoro) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Astara rayonu Azərbaycan Respublikasının cənubunda, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Şimaldan, Lənkəran rayonu ilə, Şimal-Qərbdən Lerik rayonu ilə həmsərhəddir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Mərkəzi Astara şəhəridir. == Tarixi == == Qədim dövr == === Tunc dövrü === Tunc və antik dövrə aid Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları", Koraoba kəndindəki 3 ədəd kurqanlar var. === Dəmir dövrü === Dəmir dövrünə aid Koroba kəndindəki, "Koraoba daş qutu nekropolu" var. == Antik dövr == E.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", Miki kəndindəki "Miki dolmen nekropolu"nu və e.ə.
Avallon (rayon)
Avallon (fr. Avallon) — Fransanın Burqundiya regionun rayonlarından biri. Departamenti — Yonna. Suprefektura — Avallon. Rayonun əhalisi 2006-cı ildə 49.516 nəfər idi. Əhalinin sıxlığı 22 nəfər / km²dir. Rayonun sahəsi — 2209 km².
Avinyon (rayon)
Avinyon (fr. Avignon) — Fransanın Provans-Alp-Kot d'Azur regionun rayonlarından biri (fr. Arrondissement). Departamenti — Voklüz. Suprefektura — Avinyon. Rayonun əhalisi 2006-cı ildə 288.611 nəfər idi. Əhalinin sıxlığı — 312 nəf/km². Rayon ərazisi — 924 km².
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.