Baden-Baden (alm. Baden-Baden) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005).
Baden-Baden | |
---|---|
Baden-Baden | |
48°45′46″ şm. e. 8°14′27″ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Region | Baden-Vürtemberq |
Rayon | Karlsruhe |
Tarixi və coğrafiyası | |
Sahəsi | 140.18 km² |
Mərkəzin hündürlüyü | 181 m |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 54.581 nəfər (2005) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodları | 07221, 07223 |
Poçt indeksləri | 76530, 76531, 76532, 76533, 76534 |
Nəqliyyat kodu | BAD |
Digər | |
baden-baden.de (alm.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.
Almaniya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |