Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ramazanlı
Ramazanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Ramazanlı kəndi Qaçaqkənd inzibati ərazi vahidliyinin tərkibindədir . Kənd Akkuşa çayının sol sahilidə , Qaçaqkənd-Xəzərkənd yolu üzərində yerləşir.
Leyla Ramazanlı
İlqar Ramazanlı
Ramazanov İlqar Etibar oğlu (2 noyabr 1994 – 3 noyabr 2020, Şuşa) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramazanlı İlqar 2 noyabr 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindəndir. == Hərbi Xidməti == Azərbaycan Ordusunun əsgəri olan İlqar Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. İlqar Ramazanlı 03.11.2020-ci ildə Şuşa uğurunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlqar Ramazanlı ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Əlizamin Ramazanlı
Əlizamin Ümid oğlu Ramazanlı (9 may 2000; Bərdə rayonu, Azərbaycan — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlizamin Ramazanlı 2000-ci il mayın 9-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Əlizamin Ramazanlı 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əlizamin Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin Ramazanlı oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Raymond Ramazani Baya
Raymond Ramazani Baya (16 iyun 1943 – 1 yanvar 2019) — Konqo Demokratik Respublikası siyasətçisi. O, bir müddət ölkəsinin xarici işlər naziri olmuşdur. Baya 23 iyul 2004-cü ildə vitse-prezident Jan-Pyer Bemba tərəfindən bu vəzifəyə təyin edilmiş və hökumət nəzdində fəaliyyət göstərməyə başlamışdır. == Bioqrafiyası == Ramazani prezident Mobutu Sese Sekonun hakimiyyəti dövründə bir çox vəzifədə çalışmışdır. O, bir müddət İnformasiya Naziri və ölkəsinin Fransada səfiri kimi fəaliyyət göstərmişdir. Bir il sonra Mobutu devrildikdən sonra Ramazani Loran Kabilanın yeni hökumətində işləməkdən imtina etmişdir. O, mərkəzi Qbadolitdə yerləşən və Jan-Pyer Bembanın başçılıq etdiyi üsyançı qrup olan Konqo Azadlıq Hərəkatına qoşulmuşdur. 2003-cü ildə qrup digər üsyançı qruplarla birləşdi və Cozef Kabila hakimiyyətə gəldi. Bemba vitse-prezident oldu və o, digərləri arasından xarici işlər naziri seçmək hüququnu əldə etdi. Antuan Qonda xarici işlər naziri oldu.